İlahəddin Mamedov

İlahəddin Dilamuddinoviç Mamedov (2 iyul 2001, Xaçmaz, Azərbaycan — 12 oktyabr 2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

İlahəddin Mamedov
İlahəddin Dilamuddinoviç Mamedov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriXaçmaz, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriXocavənd, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriXaçmaz
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Rütbəsi Baş əsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Döyüşdə fərqlənməyə görə" medalı — 2020, "İgidliyə görə" medalı — 2021, "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020,"Azərbaycan Bayrağı" ordeni — 2021

Həyatı

İlahəddin Mamedov 2 iyul 2001-ci ildə Xaçmazda anadan olub.[2][3]

Hərbi xidməti

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İlahəddin Kəlbəcər, Cəbrayıl, Füzuli və Hadrutun azad edilməsində savaşıb. 2020-ci ildə oktyabr ayının 12-si Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub. Şəhidimiz Xaçmaz Şəhidlər Xiyabanında dəfn edilib.[4][5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.[8]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[9]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[11]

Təltifləri

İstinadlar