İyirmi üçüncü simfoniya (Motsart)

İyirmi üçüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1773-cü ildə yazılmışdır.[1] O zaman müəllif on yeddi yaşında idi. Bu əsər İtalyan simfoniya tipinə (uvertüra növü) uyğundur.

Motsartın rəssam Saverio dalla Rosa tərəfindən çəkilmiş rəsmi, 1770 Yanvar

Tarixi

Bu əsər Motsart tərəfindən 1773-cü ilin mart ayından 1774-cü ilədək olan dövrdə Zalsburqda yazılmış doqquz simfoniyadan biridir. Simfoniyanın əlyazması Vyanada şəxsi kolleksiyada saxlanılır. Bu simfoniya Volfqanq Amadey Motsartın vəfatından sonra Hamburqda Avqust Kranz tərəfindən nəşr olunmuşdu.

Musiqişünas Volkerin[1] tədqiqatlarına əsasən (2005) bu simfoniyada Mannheim məktəbinin təsiri aydın şəkildə özünü göstərir. "Motsartın Mannheim üslubunun xarakterik üsusiyyətləri; məsələn, dar, şıltaq forte-fortepiano dəyişiklikləri və ya "Presto assai"nin birinci və ikinci skripkaları arasındakı dialoq hissələri kimi alətlərin işlənməsinin təfərrüatları qeyd edilə bilər".

Quruluşu

Simfoniya üç hissədən ibarətdir.

  1. Allegro spiritoso, 4/4
  2. Andantino grazioso, 3/8
  3. Presto assai, 2/4

Birinci hissə: Allegro spiritoso

İkinci hissə: Andantino grazioso

Üçüncü hissə: Presto assai

Notlar və ədəbiyyat

  • Ноти на IMSLP
  • Dearling, Robert: The Music of Wolfgang Amadeus Mozart: The Symphonies Associated University Presses Ltd, London 1982 ISBN 0-8386-2335-2
  • Kenyon, Nicholas: The Pegasus Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6
  • Zaslav, Neal:Mozart's Symphonies: Context, Performance Practice, Reception OUP, Oxford 1991 ISBN 0-19-816286-3

Xarici keçid

İstinadlar