Hamburq

Hamburq (alm. Freie und Hansestadt Hamburg‎) — Almaniyada şəhər. Avropada ən böyük liman şəhərlərindən biri olub. Şəhərin latın dilində adı Hammonia idi. Hamburqu tez-tez "dünyaya açılan qapı" adlandırırlar və buna görə də Hamburqun gerbində və bayrağında şəhər qalasının qapıları təsvir edilmişdir. Dünyanın çox şəhərlərinin öz gerbi və bayrağı var, lakin çox nadir halda hansısa şəhər öz himninin olması ilə öyünə bilir. Belə ki, vaxtilə Hamburq sadəcə şəhər deyil, həm də Hanze şəhər-dövləti olub. 2010-cu ildə Hamburq şəhəri dünyada yaşayış üçün 10-cu ən əlverişli şəhər seçilmişdir.

Hamburq
Freie und Hansestadt Hamburg
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
53°33′ şm. e. 10°00′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat810
Sahəsi
  • 755,09 km² (31 dekabr 2017)[2]
Mərkəzin hündürlüyü6 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.892.122 nəf. (31 dekabr 2022)[3][4]
Rəqəmsal identifikatorlar
Telefon kodu040, 04721
Poçt indeksi20095–21149, 22041–22769, 27499
Nəqliyyat koduHH
Digər
hamburg.de/stadt-staat/
Xəritəni göstər/gizlə
Hamburq xəritədə
Hamburq
Hamburq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi mövqeyi

Hamburq Şimali Almaniyada, Elba çayının hər iki sahilində, Elbanın Şimal dənizinə töküldüyü yerdən təxminən 110 kilometr cənub-şərq istiqamətində yerləşir. Təbii yaranmış dəniz limanı Elba çayı sahili boyunca uzanır. Çayın hər iki tərəfindəki yaşayış sahələri bir-biriylə çoxlu sayda körpü, həmçinin Elbanın altından keçən köhnə (indi piyadalar üçün istifadə olunur) və yeni tunel vasitəsilə birləşdirilmişdir.

Tarixi

Şəhər adını İmperator Şarlmanın e.ə. 808-ci ildə tikdirdiyi qaladan almışdır. Alster və Elba çaylarının arasındakı batağlıqdakı qayalıq bir ərazidə inşa edilən qala Slavyanların axınlarına qarşı tikilmişdir. Hamburq adındakı burq qala mənasını verir. Ham sözünün mənası, qalanın mövqeyi kimi naməlumdu.

İkinci dünya müharibəsi əsnasında Hamburqun liman sahələri Müttəfiq aviasiyasının hava hücumlarına məruz qaldı. İkinci dünya müharibəsində 23 iyul 1943-cü ildə ingilis və Kanada təyyarələri gecələri, ABŞ təyyarələri də gündüzləri Hamburqu bombaladı. Noyabrda əməliyyat bitdiyində 9.000 ton partlayıcı atılmış və 280.000 bina dağıdılmışdı. Böyük Britaniya HHQ tərəfindən Gemorroy əməliyyatı kod adı verilən hücumda ən azı 42.600 insan öldü. Ölənlərin dəqiq sayı bilinmir. 1 milyon insan hücumlar sonrasında evakuasiya edildi. Döyüş sonunda epidemik xəstəliklər səbəbindən Neuengamme toplama düşərgəsində (bataqlıqlar içində, şəhər xaricində 25 km uzaqlıqda bir yer) və təxliyə gəmilərinin bombardmanı əsnasında daha çox insanın öldürüldüyü zənn edilir.

Əhalisi

İlSayı
950500
143016.000
1840136.956
1867271.000
1871302.000
1880412.000
1890573.000
1900705.738
1903743.860
İlSayı
1910931.035
19201.026.989
19301.145.124
19401.725.500
19501.605.606
19611.832.346
19701.793.823
19751.717.383[5]
19801.645.095
İlSayı
19871.592.770
19901.652.363
19951.707.901
20001.715.392
20011.726.363
20111.706.696[6]
20131.746.342
20141.758.041
20141.803.752[7]
İlSayı
20151.787.408
20161.810.438[8]
20171.830.584[2]
20181.841.179[9]
20191.841.179[10]
20211.852.478[10]
20211.853.935[11]
20221.892.122[3][4]
Vətəndaşlığına Görə Şəhərdəki Xarici Rezidentlər[12][13][14]
MilliyyətƏhali Sayı (31.12.2018)
 Türkiyə44,239
 Polşa29,058
 Əfqanıstan19,831
 Suriya15,763
 Rumıniya11,925
 Bolqarıstan10,547
 Portuqaliya10,541
 Rusiya9,335
 İtaliya8,806
 İran8,282
 İspaniya7,197
 Xorvatiya7,095
 Yunanıstan7,085
 Serbiya7,057
 Şimali Makedoniya6,883
 Qana6,194
 Filippin5,847
 Fransa5,439
 ÇXR5,369
 İraq5,031
 Avstriya4,583
 Hindistan4,411

İqtisadiyyatı

Hamburq həm ticari həm də xidmət sektoru baxımından Şimali Almaniyanın ən böyük iqtisadi mərkəzidir. Xüsusilə aviasiya sənayəsi, təyyarə istehsalına görə dünyanın ən böyük 3-cü şəhəridir. Kimya, maşın, gəmiqayırma və bank sektorları olduqca güclü inkişaf edib. 2008-ci ildə Hamburqda adam başına düşən illik gəlir ortalama 50.073 avro olub. Lakin Hamburqun 2007-ci il sonundakı borcu 21,8 Milyard avronu keçmişdir.

İstinadlar