Şirvanşahlar

Bu məqalə Şirvanşahlar sülaləsi haqqındadır. Digər mənalar üçün Şirvanşahlar (dəqiqləşdirmə) səhifəsinə baxın.

ŞirvanşahlarŞirvanşahlar dövlətində hakim sülalə. Ərəb mənşəli sülalə olmuşdur. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir.[1] Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə,[2] çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür[3].

Şirvanşahlar
BanisiI Heysəm
Sonuncu hökmdarŞahrux
Əsası qoyulub861
Soyun kəsilməsi1583? (Əbubəkr mirzə Dərbəndinin öldüyü il. Oğlu Bürhan mirzə Dərbəndi haqqında məlumat yoxdur)
Milliyyətərəb
Titullar
Şirvanşah
Layzanşah
Dərbənd əmiri

Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rabia qəbiləsindəndir.[4] Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə xəlifə Osmanın zamanında Aranı işğal etdi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər də bu vaxtdan bölgədə yerləşməyə başladılar. Məzyədilərin nümayəndəsi sərkərdə Yezid ibn Məzyəd 799–801-ci illərdə Aran, Şirvan, Dərbənd və indiki Ermənistan ərazisinin hakimi idi. Ərazini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı Bərdədə idi. Onun dövründə çox sayda Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan olan ərəblər bölgəyə köçdu. Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu.[5]

859-cu ildə Məhəmməd ibn Yezid Gəncə şəhərini bərpa etdirdi və öz iqamətgahını da buraya köçürdü. Bərdə Sacilər tərəfindən işğal olunduqdaan sonra ərəblər, əsasən, Şirvan ərazisində cəmləşdilər. 861-ci ildə Məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid Şirvanın müstəqilliyini elan edərək ilk "Şirvanşah" titulunu götürdü.

Ərməniyyə, ŞirvanLayzan hökmdarları

RəsmAdıHakimiyyət dövrüƏvvəlki şahlarla əlaqəsi
Ərməniyyə hakimləri[6]
Yəzid ibn Məzyəd787–788
799–801
Məzyədilər sülaləsinin banisi
Əhməd ibn Məzyəd?Yəzid ibn Məzyədin qardaşı
Əsəd ibn Yəzid801–802~810Yəzid ibn Məzyədin oğlu
Məhəmməd ibn Yəzid802–803Yəzid ibn Məzyədin oğlu
Xalid ibn Yəzid~813

828–832841–844

Yəzid ibn Məzyədin oğlu
Məhəmməd ibn Xalid844–849Xalid ibn Yəzidin oğlu
Heysəm ibn Xalid849–861Xalid ibn Yəzidin oğlu
Şirvanşahlar (Heysəm oğulları)
I Heysəm861 — ?Xalid ibn Yəzidin oğlu
I Məhəmməd? — ?I Heysəmin oğlu
II Heysəm? — ?I Məhəmmədin oğlu
I Əli? — 917II Heysəmin oğlu
Layzanşahlar (Yəzid oğulları)
I Yəzid861 — ?Xalid ibn Yəzidin oğlu
I Məhəmməd? — 917Yəzid ibn Xalidin oğlu
II Yəzid917–948I Məhəmmədin oğlu
Şirvanşahlar (Yəzid oğulları)
I Yəzid (Layzanda II Yəzid)917–948I Məhəmmədin oğlu
II Məhəmmədsentyabr, 948 — iyun, 956I Yəzidin oğlu
Əhmədiyun, 956 — iyun, 981II Məhəmmədin oğlu
III Məhəmmədiyun, 981 — noyabr, 991Əhmədin oğlu
II Yəzidnoyabr, 991–1027Əhmədin oğlu
Şirvanşahlar (Kəsranilər)
I Mənuçöhr1027–1034II Yəzidin birinci oğlu
II Əli1034–1043II Yəzidin üçüncü oğlu
Qubad1043–28 iyul 1049II Yəzidin dördüncü oğlu
III Əli1049–1050II Yəzidin beşinci oğlu Əhmədin oğlu
Salar1050–1063II Yəzidin altıncı oğlu
I Fəribürz1063–1096Saların oğlu
II Mənuçöhr1096–1106I Fəribürzün birinci oğlu
I Əfridun1106–1120I Fəribürzün ikinci oğlu
III Mənuçöhr1120–1160I Əfridunun oğlu
II Əfridun1160III Mənuçöhrün birinci oğlu
I Axsitan1160–1197III Mənuçöhrün ikinci oğlu
Şahənşah1197–1200III Mənuçöhrün üçüncü oğlu
II Fəribürz1200–1204II Əfridunun oğlu
I Fərruxzad1204III Mənuçöhrün dördüncü oğlu
Güştasp1204–1225I Fərruxzadın oğlu
III Fəribürz1225–1243Güştaspın oğlu
II Axsitan1243–1260III Fəribürzün oğlu
II Fərruxzad1260–1282II Axsitanın oğlu
III Axsitan1282–1294II Fərruxzadın oğlu
Keykavus1294–1317III Axsitanın oğlu
Keyqubad1317–1348II Fərruxzadın oğlu
Kavus1348–1372Keyqubadın oğlu
Huşəng1372–1382Kavusun oğlu
Dərbəndilər
I İbrahim1382–15 sentyabr 1417Sultan Məhəmməd Dərbəndinin oğlu
I Xəlilullah1417–1465I İbrahimin oğlu
I Fərrux Yasar1465–1500I Xəlilullahın oğlu
Bəhram bəy1500-2021I Fərrux Yasarın oğlu
Qazi bəy1501I Fərrux Yasarın oğlu
Sultan Mahmud1501–1502Qazi bəyin oğlu
II İbrahim1502–1524I Fərrux Yasarın oğlu
II Xəlilullah1524–1535II İbrahimin oğlu
II Fərrux Yasar1527–1535II İbrahimin oğlu
Şahrux1535–1539II Fərrux Yasarın oğlu
Səfəvilərin işğalından sonrakı iddiaçılar
Burhan Əli1548–1549II Xəlilullahın oğlu[7] yaxud

Keyqubad ibn Əbubəkr ibn İshaq ibn İbrahimin oğlu[8]

Mehrab1550Əlaqəsi bilinmir
Qurban Əli1550Əlaqəsi bilinmir
Qasım Mirzə1554Əlaqəsi bilinmir
Kavus Mirzə1577–1578Bürhan Əlinin bacısı oğlu
Əbubəkr Mirzə1578–1583Bürhan Əlinin oğlu

Şirvanşah şahzadələri

Dərbənd əmirləri

AdıHakimiyyət müddətiDigər şahlarla əlaqəsi
Heysəm ibn Məhəmmədiyun, 939 — may, 941
dekabr, 941 — may, 942
II Məhəmmədin oğlu
Əhmədmay, 942 — sentyabr, 953II Məhəmmədin oğlu
Əfridun28 oktyabr, 1068–1071I Fəribürzün ikinci oğlu
Rəşid ibn Fərruxzad~ 1221I Fərruxzadın ikinci oğlu
Sultan Məhəmməd~ 1340–1380Keyqubadın oğlu

Tabasaran əmirləri

AdıHakimiyyət müddətiDigər şahlarla əlaqəsi
Məhəmməd? — 917Əbu Tahir Yezidin oğlu
Heysəm ibn Məhəmmədsentyabr, 948–1025II Məhəmmədin oğlu
Hörmüz ibn Mənuçöhr? — 9 aprel 1065I Mənuçöhrün oğlu

Güştəsfi hakimləri

AdıHakimiyyət müddətiDigər şahlarla əlaqəsi
Cəlaləddin Sultanşah1226 — ?I Güştaspın oğlu

Şəki hakimləri

AdıHakimiyyət müddətiDigər şahlarla əlaqəsi
Əfridun ibn Fəribürz~1220III Fəribürzün oğlu

Gəncə hakimləri

AdıHakimiyyət müddətiDigər şahlarla əlaqəsi
Məhəmməd ibn Xalid849 — ?Xalid ibn Yezidin oğlu
II Mənuçöhr1063–1096I Fəribürzün oğlu

Bakı hakimləri

AdıHakimiyyət müddətiDigər şahlarla əlaqəsi
Qəzənfər DərbəndiI Xəlilullah dövrüI İbrahimin oğlu
Qazi bəyI Fərrux Yasar dövrüI Fərrux Yasarın oğlu

Heç bir vəzifə tutmamış şahzadələr

Evlilikləri

AdıEvli olduğu Şirvanşah/şahzadəMüddətDigər əlaqələriAid olduğu sülalə
Sitt bint FəzlMənuçöhr ibn Yəzid?-1034Fəzl bin Məhəmmədin qızıŞəddadilər
II ƏbdülmalikYəzid ibn Əhmədin qızı Şəmkuyyə1035-?Mənsur ibn Maymunun oğluHaşimilər
Sitt bint Fəzl (2-ci dəfə)Əbu Mənsur Əli ibn Yəzid1035 (bir illik dulluqdan sonra)-?Fəzl bin Məhəmmədin qızıŞəddadilər
bilinmirSalar ibn YəzidbilinmirƏbüləsvar Şavurın qızıŞəddadilər
QaratəkinQubad ibn Yəzidın qızı1067–1068yoxduryoxdur
TamarIII Böyük Mənuçöhr1111–1120 (şahzadənin arvadı), 1120–1160 (şirvanşahın arvadı)IV Davidın qızıBaqrationilər
İsmətəddin Səfvət-İslamI Axsitan?-1192 (Şamaxı zəlzələsi)Dərbənd əmiri Əbül Müzəffər Seyf əd-Dinin qızıHaşimilər
Əmir Əmiran ÖmərI Axsitanın qızı1191–1192 (Şamaxı zəlzələsi)Məhəmməd Cahan Pəhləvanın oğluEldənizlər
Bikə xanımI İbrahim?-1417bilinmirbilinmir
bilinmirI Xəlilullah1421-?Miran şahın qızı, Qara Yusifin arvadıTeymurilər, Qaraqoyunlular
bilinmirI Fərrux YasarbilinmirAdil bəyin qızıyoxdur
Sultan YaqubI Fərrux Yasarın qızı Gövhər SultanbilinmirUzun Həsənin oğluAğqoyunlular
bilinmirQazi bəy?-1501bilinmirbilinmir
Şah İsmayıl XətaiII İbrahimin qızı1523Şeyx Heydərin oğluSəfəvilər
Pərixan xanımII Xəlilullah1524–1535Şah İsmayıl Xətainin qızıSəfəvilər
bilinmirƏbubəkr mirzə Dərbəndi1570Dövlət Gəray xanın qızıGəraylar

Alınmayan və ya sonu bilinməyən məsələlər

AdıEvlənməli olduğu Şirvanşah/şahzadəTarixSəbəbDigər əlaqələriAid olduğu sülalə
Əbu Nəsr ibn MaymunYəzid ibn Əhmədin qızı1001Yəzid ibn Əhməd Əbu Nəsri girov götürdükdən sonra onunla qohum olmaq istədiyini bildirmiş, ancaq daha sonra onu edam etdirmişdir.Ləşkəri ibn Maymunun qardaşıHaşimilər
Böyük TamaraI Axsitan1187I Axsitan Baqrationilər-Haşimilər evliliyi vasitəsilə arvadı İsmətəddin Səfvət-İslamə qohumluğu olan Gürcüstan kraliçası Böyük Tamaraya elçi göndərmiş, ancaq Tamara David Soslan adlı gənc osetin knyazına ərə getmişdir.III Georginin qızıBaqrationilər
RusudanI Güştasp və ya onun oğlu III Fəribürz1122Şirvanşah vəfat etdiyindən toy baş tutmamışdır.Böyük Tamaranın qızıBaqrationilər
Rusudan (2-ci dəfə)Cəlal əd-Din SultanşahbilinmirŞirvanşah I Güştasp oğlu Cəlal əd-Din Sultanşahı (girov kimi) gürcülərə vermişdir. Gürcülər isə onu Tamarın qızı hökmdar Rusudana ilə evləndirmək məqsədilə xaç suyuna salıblar. Evliliyin sonrakı taleyi haqda məlumat yoxdur.Böyük Tamaranın qızıBaqrationilər
ƏliŞirvanşahın qızıbilinmirFəzlullah Rəşidəddin oğlunun yalnızca nişanlanması ilə bağlı məlumat verir.Fəzlullah Rəşidəddinin oğluyoxdur
Şeyx Səfiəddin ƏrdəbiliIII Axsitanın qızıbilinmirŞeyx Səfiəddin Ərdəbili III Axsitanın təklifini rədd edir.yoxdurSəfəvilər
Məlik ƏşrəfI Keyqubadın qızı1344–1345Kavus ibn Keyqubad Məlik Əşrəfin təklindən imtina edir.Əmir Dəmirdaş Sulduzun oğluÇobanilər

Həmçinin bax

Mənbə