Ənvər İbrahim

Ənvər İbrahim (10 avqust 1947[1][2][…], Çerok Tok Kun[d], Pinanq[9][5]) — Malayziyanın keçmiş baş naziri və müxalifətinin lideri

Ənvər İbrahim
malay Dato’ Seri Anwar bin Ibrahim
Malayziyanın baş naziri
1993 – 1998
Şəxsi məlumatlar
Doğum tarixi10 avqust 1947(1947-08-10)[1][2][…] (76 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi
Uşağı6[6][7]
DiniSünni İslam[4]
Elmi fəaliyyəti
Elmi dərəcəsi

TəltifləriGrand Commander of the Order of Kinabalu
İmzanın şəkli
anwaribrahimblog.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1993-cü ildən 1998-ci ilə qədər baş nazir olub. Ənvər İbrahim Malayziya 1957-ci ildə müstəqillik qazandıqdan sonra iqtidarı əldən verməyən “Xalq Cəbhəsi” koalisiyasının əsas siyasi rəqibi hesab olunur[10].

İmpiçment

Ənvər İbrahim seks qalmaqallarında adı çəkilən siyasətçilərdəndir. 1998-ci ildə korrupsiya və homoseksual əlaqələr ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Homoseksual əlaqənin cinayət epizodu sayıldığı Malayziyada bəzi hüquq müdafiəçiləri bu ittihamların siyasi böhtan adlandırmışdılar[10].

2004-cü ildə məhkəmə bu ittihamları onun üzərindən götürdü. 2008-ci ildə növbəti parlament seçkiləri öncəsi o yenidən “homoseksual əlaqələrdə olma” ittihamı ilə məsuliyyətə cəlb olunur. İstintaq onu öz köməkçisi ilə əlaqədə ittiham edirdi. 2012-ci ilin iyununda məhkəmə keçmiş baş nazirə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onu azad edir. Lakin 2014-cü ildə Malayziya apelyasiya məhkəməsi onu homoseksual münasibətlərdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir[10].

İstinadlar

Xarici keçidlər