2017 Tehran hücumları

2017 Tehran hücumları7 iyun 2017-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində baş vermiş terror hadisələri.

2017 Tehran hücumları
Hücumun əsas hədəflərindən olan İslam məşvərət şurasının binası.
Hücumun əsas hədəflərindən olan İslam məşvərət şurasının binası.
Hücum yeriTehran, İran İran
Hücum hədəfiİslam məşvərət şurası
İmam Xomeyni türbəsi
Vaxt7 iyun, 2017
(10:50) (yerli vaxtla)
SilahAvtomat silahlar
Həlak olanlar19+ (12 qurban, 7 terrorçu)
Yaralılar38+ [1]
Təşkilatçılarİraq Şam İslam Dövləti (ehtimal)[2][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk hücum iyunun 7-də səhər saatlarında İran parlametinə edilmiş, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə silahlanmış şəxs parlamentin binasına daxil olaraq atəş açmışlar[4].

Daha sonra Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə də silahlı hücum edilmişdir[4]. Fars Xəbər Agentliyinin məlumatına görə parlametə edilən hücum zamanı bir nəfər parlamentin işçisi həlak olub. İmam Xomeyni türbəsində törədilən hücum da isə azı beş nəfər yaralanıb.[5][6][7][8]

İstinadlar