2019 UEFA Millətlər Liqası Finalları

2019 UEFA Millətlər Liqası FinallarıUEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir.[1] Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[2] Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir.

2019 UEFA Millətlər Liqası Finalları
Fase Final da Liga das Nações da UEFA de 2019
Yarış məlumatları
Ev sahibi
Ev sahibi şəhərPortuqaliya
Tarix5–9 İyun
Başlama tarixi5 iyun 2019
Bitmə tarixi9 iyun 2019
Komanda sayı4
Stadion sayı(2 ev sahibi şəhərdə)
Yekun nəticəsi
Çempion Portuqaliya (1-ci dəfə)
Gümüş medalçı Niderland
Bürünc medalçı İngiltərə
Dördüncü yerİsveçrə İsveçrə
Yarış statistikası
Oyun sayı4
Qol sayı(matç başına: 2.25)
Tamaşaçı sayı127067 matç başına: 31767
Mükafat sahibləri
Bombardir(lər)Portuqaliya Kristiano Ronaldo (3 qol)
Ən yaxşı oyunçuPortuqaliya Bernardo Silva
Ən yaxşı gənc oyunçuNiderland Frenki de Yonq
2021

Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu

Format

Millətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur.[3][4][5]

Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi.[6] Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.[7]

Millətlər Liqasının Finalları tək oyundan ibarət olan görüşlərdən ibarətdir. Əgər normal oyun vaxtı bərabərliklə başa çatarsa, dördüncü oyunçu əvəzetməsinə icazə verilən 30 dəqiqələlik əlavə vaxt oynanılacaq.[8] Əgər yenə qalib müəyyənləşməzsə, qalib penalti zərbələri ilə müəyyən ediləcək. Turnirin bütün oyunlarında qol xətti texnologiyasından istifadə ediləcək.[9] 3 dekabrda UEFA Millətlər Liqası Finallarında video köməkçi hakim (VAR) sistemindən istifadə ediləcəyini açıqlamışdır.[10]

İştirakçı komandalar

Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[11]

QrupKomandaTəsnifat mərhələsi
tarixi
UML Reytinqi
Noyabr 2018
FİFA Reytinqi
Aprel 2019
A1  Niderland19 noyabr 2018316
A2 İsveçrə18 noyabr 201818
A3  Portuqaliya (ev sahibi)17 noyabr 201827
A4  İngiltərə18 noyabr 201844

Ev sahibi seçimi

Portuqaliya 3 dekabr 2018-ci ildə İrlandiyanın Dublin şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında ev sahibi ölkə olaraq elan edilmişdir.[12][13] Millətlər Liqası Finalları üçün sadəcə A diviziyasının komandaları namizədlik verə bilər və dörd iştirakçıdan yalnız biri ev sahibi olaraq seçilə bilər. Millətlər Liqası Finalları hər biri ən azı 30000 tamaşaçı tutumuna malik iki stadionda baş tutmalıdır. İdeal olaraq, stadionlar ev sahibi olan ölkədə bir-birindən təxminən 150 km məsafəyə qədər yerləşməlidir.[14][15]

9 mart 2018-ci ildə UEFA İtaliya, PolşaPortuqaliyanın finalı keçirməkdə maraqlı olduqlarını və namizədliklərini verdiklərini açıqlamışdır. Sənədləri vermək üçün son tarix 31 avqust 2018-ci il kimi təsdiq olunmuşdur. Üç assosiasiya da A3 qrupunda yer aldığından qrupun qalibi UEFA-nın tələblərinə cavab verəcəyi təqdirdə ev sahibi ölkə kimi təyin olunacaqdı.[16] Öz qrupunda Polşa İtaliyanı mübarizədən kənarlaşdıran Portuqaliyanın potensial ev sahibi olma şansını daha da artırdı.[17] Bununla da Portuqaliya A3 qrupunun qalibi oldu və finallara vəsiqə qazandı.[18] Beləliklə, ölkə UEFA İcraiyyə Komitəsinin 2018-ci il dekabrın 3-də təsdiqləyəcəyi ev sahibi hüququnu avtomatik olaraq əldə etdi.[2]

Stadionlar

Namizədlik sənədlərində Portuqaliya Futbol Federasiyası Portuda yerləşən Draqao stadionu və Gimarayeşdə yerləşən "Eştadio Afonso Henrikez" stdaionlarını irəli sürmüşdür.[2]

Gimarayeş
PortuGimarayeş
Draqao stadionuEştadio Afonso Henrikez
Tutumu: 50033Tutumu: 30000

Heyətlər

Əsas məqalə: 2019 UEFA Millətlər Liqası Finalları heyətləri

Hər bir milli komanda üçü qapıçı olmaqla turnirin açılış görüşünə on gün qalmış 23 oyunçudan ibarət olan heyəti təqdim etməlidir. Əgər bir oyunçu turnirin ilk görüşünə qədər zədələnərsə və ya ciddi xəstələnərsə, siyahıda başqa bir oyunçu ilə əvəz olunmalıdır.[9]

Cədvəl

 
YarımfinallarFinal
 
      
 
5 iyun – Portu
 
 
 Portuqaliya3
 
9 iyun – Portu
 
  İsveçrə1
 
 Portuqaliya1
 
6 iyun – Gimarayeş
 
 Niderland0
 
 Niderland (ə.v)3
 
 
 İngiltərə1
 
Üçüncülük uğrunda görüş
 
 
9 iyun – Gimarayeş
 
 
İsveçrə0 (5)
 
 
 İngiltərə (pen.)0 (6)

Yarımfinallar

Portuqaliya - İsveçrə

5 iyun 2019
19:45 (Qərbi Avropa yay vaxtı ilə)
Portuqaliya  3–1
Hesabat
  İsveçrə
Ronaldo  25'88'90'QollarRodriges  57' (pen.)
Draqao stadionu, Portu
Tamaşaçı: 42 415[19]
Hakim: Feliks Brix

}}

Portuqaliya[20]
İsveçrə[20]
GK1Rui Patrisio
RB20Nelson Semedo
CB3Pepe 63'
CB4Ruben Diaş
LB5Rafael Gerreyro
RM16Bruno Fernandeş 90+1'
CM14Villiam Karvalyo
CM18Ruben Neves
LM10Bernardo Silva
CF23Joao Feliks 70'
CF7Kristiano Ronaldo (K)
Əvəzetmələr:
DF6Xose Fonte 63'
MF17Qonçalo Quedes 70'
MF8Joao Moutinyo 90+1'
Baş məşqçi:
Fernando Santuş
GK1Yann Sommer
RB2Kevin Mbabu
CB22Fabian Şar 68'
CB5Manuel Akanci
LB13Rikardo Rodrigez
RM17Denis Zakaria 71'
CM10Qranit Caka (k) 66'
CM8Remo Froyler 89'
LM14Steven Zuber 83'
AM23Xerdan Şaqiri 85'
CF9Haris Seferoviç
Əvəzetmələr:
MF20Edimilson Fernandeş 71'
MF11Renato Steffen 83'
FW19Yosip Drmiç 89'
Baş məşqçi:
Vladimir Petkoviç

Oyunun adamı:
Kristiano Ronaldo (Portuqaliya)[21]

Köməkçi hakimlər:[20]
Mark Borş (Almaniya)
Stefan Lupp (Almaniya)
Dördüncü hakim:
Viktor Kaşşai (Macarıstan)
Video köməkçi hakim:
Kristian Dingert (Almaniya)

Niderland — İngiltərə

6 iyun 2019
19:45 (Qərbi Avropa yay vaxtı ilə)
Niderland  3 : 1
Hesabat
 İngiltərə
De Liqt  73'
Uolker  97' (ö.q.)
Promes  114'
QollarReşford  32' (pen.)
Eştadio Afonso Henrikez, Gimarayeş
Tamaşaçı: 25 711[22]
Hakim: Kleman Tyurpen
Niderland[23]
İngiltərə[23]
GK1Yasper Silesen
RB22Denzel Dumfrays 45'
CB3Matteys de Liqt 30'
CB4Vircil van Dayk (K)
LB17Deyli Blind
CM15Marten de Ron 68'
CM21Frenki de Yonq 114'
CM8Jorjinyo Viynaldum
RW7Stiven Berxveyn 91'
CF10Memfis Depay
LW9Rayn Babel 68'
Əvəzetmələr:
FW11Kvinsi Promes 68'
MF20Donni van de Bek 106' 68'
MF6Deyvi Pröpper 91'
MF16Kevin Strotman 114'
Baş məşqçi:
Ronald Kuman
GK1Cordan Pikford
RB2Kayl Uolker
CB5Con Stouns
CB6Harri Mequayr
LB14Ben Çilvel
CM16Deklan Rays 106'
CM17Fabian Delf 77'
CM18Ross Barkli
RW11Ceydon Sanço 61'
LW10Rahim Sterlinq (K)
CF19Markus Reşford 46'
Əvəzetmələr:
FW9Harri Keyn 70' 46'
MF7Cessi Linqard 61'
MF8Cordan Henderson 77'
MF20Dele Alli 106'
Baş məşqçi:
Qaret Sautqeyt

Matçın adamı:
Frenki de Yonq (Niderland)[24]

Hakim köməkçiləri:[23]
Nikolya Dano (Fransa)
Siril Qrinqor (Fransa)
Dördüncü hakim:
Anastasios Sidiropoulos (Yunanıstan)
Video köməkçi hakim:
Fuansua Leteksi (Fransa)

Üçüncülük uğrunda matç

9 iyun 2019
14:00 (Qərbi Avropa yay vaxtı ilə)
İsveçrə   0–0
ə.v., 11 m. 5 : 6
Hesabat
 İngiltərə
Züber
Caka
Akanci
Mbabu
Şar
Drmiç
11 metrlik cərimə zərbələri Mequayr
Barkli
Sanço
Sterlinq
Pikford
Dayer
Eştadio Afonso Henrikez, Gimarayeş
Tamaşaçı: 15 742[25]
Hakim: Ovidiu Haçeqan
İsveçrə[26]
İngiltərə[26]
GK1Yann Sommer
CB22Fabian Şar
CB5Manuel Akanci
CB4Niko Elvedi
RM2Kevin Mbabu
CM10Qranit Caka (K) 116'
CM8Remo Froyler
LM13Rikardo Rodrigez 87'
RW23Cerdan Şakiri 65'
LW20Edimilson Fernandeş 61'
CF9Haris Seferoviç 113'
Əvəzetmələr:
MF17Denis Zakaria 61'
MF14Stiven Züber 65'
FW19Yosip Drmiç 87'
MF7Noah Okafor 113'
Baş məşqçi:
Vladimir Petkoviç
GK1Cordan Pikford
RB22Trent Aleksandr-Arnold
CB12Co Qomez
CB6Harri Mequayr
LB3Denni Rouz 23' 70'
CM4Erik Dayer
CM17Fabian Delf 106'
RW7Cessi Linqard 27' 106'
AM20Dele Alli
LW10Rahim Sterlinq
CF9Harri Keyn (K) 75'
Əvəzetmələr:
DF2Kayl Uolker 70'
FW21Kallum Vilson 75'
FW11Ceydon Sanço 106'
MF18Ross Barkli 106'
Baş məşqçi:
Qaret Sautqeyt

Matçın adamı:
Cordan Pikford (İngiltərə)[27]

Köməkçi hakimlər:[26]
Oktavian Șovre (Rumıniya)
Sebastian George (Rumıniya)
Dördüncü hakim:
Anastasios Sidiropoulos (Yunanıstan)
Video köməkçi hakim:
Maykl Fabbri (İtaliya)

Final


9 iyun 2019
19:45 (Qərbi Avropa yay vaxtı ilə)
Portuqaliya  1–0
Hesabat
 Niderland
Quedeş  60'Qollar
Draqao stadionu, Portu
Tamaşaçı: 43 199[28]
Hakim: Alberto Undiano Malenko
Portuqaliya[29]
Niderland[29]
GK1Rui Patrisio
RB20Nelson Semedo
CB4Ruben Diaş
CB6Joze Fonte
LB5Rafael Gerreyro
CM13Danilo Pereyra
CM14Villiam Karvalyo 90+3'
CM16Bruno Fernandes 81'
RF7Kristiano Ronaldo (K)
CF17Qonçalo Quedeş 75'
LF10Bernardo Silva
Əvəzetmələr:
MF15Rafa Silva 75'
MF8Joao Moutinyo 81'
MF18Ruben Neveş 90+3'
Baş məşqçi:
Fernando Santos
GK1Yasper Silesen
RB22Denzel Dumfrays 88'
CB3Matteys de Liqt
CB4Vircil van Dayk (K)
LB17Deyli Blind
CM15Marten de Ron 81'
CM21Frenki de Yonq
CM8Jorjinyo Viynaldum
RW7Stiven Berxveyn 60'
CF10Memfis Depay
LW9Rayn Babel 46'
Əvəzetmələr:
FW11Kvinsi Promes 46'
MF20Donni van de Bek 60'
FW19Luk de Yong 81'
Baş məşqçi:
Ronald Kuman

Matçın adamı:
Ruben Diaş (Portuqaliya)[30]

Köməkçi hakimlər:[31]
Roberto Alonso Fernandez (İspaniya)
Xuan Yuste Ximenes (İspaniya)
Dördüncü hakim:
Antonio Mateu Laos (İspaniya)
Beşinci hakim:
Raul Kabanero Martinez (İspaniya)
Video köməkçi hakim:
Alexandro Xose Hernandez İspaniya)

Statistika

Bombardirlər

4 oyunda 9 qol olmaqla, matç başına ortalama 2,25 qol atıldı.

3 qol
1 qol
1 avtoqol
  • Kayl Uolker

Mükafatlar

Fəxri komanda Turnirin fəxri komandası UEFA tərəfindən hazırlanmışdır. 11-likdə finallarda iştirak edən 4 komandanın hərəsindən azı 1 oyunçunun adı var.[32]
QapıçıMüdafiəçilərYarımmüdafiəçilərHücumçular
Cordan Pikford Deyli Blind
Vircil van Dayk
Ruben Diaş
Nelson Semedo
Frenki de Yonq
Jorjinyo Viynaldum
Bruno Fernandes
Kristiano Ronaldo
Bernardo Silva
Cerdan Şakiri
Ən yaxşı oyunçu UEFA tərəfindən turnirin ən yaxşı oyunçusu Portuqaliyalı Bernardo Silva seçildi.[33]
Ən yaxşı gənc oyunçu

SOCAR-ın təqdim etdiyi turnirin ən yaxşı gənc oyunçu mükafatına 23 yaşa qədər futbolçular seçilə bilərdi. Bu titula Niderlandlı futbolçu Frenki de Yonq sahib oldu.[33]

Ən gözəl qol Turnirin ən gözəl qolu onlayn olaraq azarkeşlər tərəfindən seçildi. Verilən 4 qolun arasında azarkeşlər Ronaldonun qolunu daha baxımlı hesab etdi.[34]
Turnirin ən gözəl qolu
OyunçuRəqibHesabMərhələ
Kristiano Ronaldo   İsveçrə2–1Yarı Final

Pul mükafatı

2018-ci ilin oktyabr ayında UEFA komandalara veriləcək pul mükafatının məbləğlərini açıqladı.[35] Ümumiyyətlə, UEFA Millətlər Liqasının A diviziyasında iştirak edən 12 assosiasiyaya 2,25 milyon € verilir. Finallarda iştirak edən 4 komandanın hərəsinə bir daha 2,25 milyon € dəyərində pul mükafatı təqdim edilir.

Bundan əlavə, finallarda iştirak edən klubların tutduqları yerlərə görə yenə pul verilir:

  • Çempion: 6 milyon €
  • İkinci yer: 4,5 milyon €
  • Üçüncü yer: 3,5 milyon €
  • Dördüncü yer: 2,5 milyon €

Belə çıxır ki, turnirin qalibi olan klub toplam 10,5 milyon avronun sahibi olur.

İstinadlar

Xarici keçidlər