İngiltərə milli futbol komandası


İngiltərənin futbol yığma komandası (FİFA kodu ENG) — UEFA üzvlərindən biridir, İngiltərənin Futbol Asosiasiyasındadır, ev stadionu Uemblidir. İlk beynəlxalq görüşü - Şotlandiya ilə (30 noyabr 1872, 0-0, Partikdə), ən böyük qələbəsi İrlandiya üzərində (13-0, 18 fevral 1882, Belfastda), ən böyük məğlubiyyəti isə Macarıstan ilədir (7-1, 23 may 1954, Budapeştda). FİFA dünya kubokunda görünmələri - 12 (ilk dəfə 1950 ildə, 1966 ilin qalibidir), Avropa futbol çempionatında isə - 7 (ilk dəfə 1968 ildə). Şotlandiya ilə bərabər İngiltərənin milli yığma komandası dünyanın ən erkəndir və 1906 ildə FİFA-ya daxil olunmuşdur. İngiltərənin ənənəvi rəqibi Şotlandiyadır, lakin 1980 illərin sonunda bu müntəzəm rəqabət başa çatmış kimi həmin raqibin əvəzinə Argentina və Almaniya meydana gəldi.1930, 1940 və 1950-ci illərdə ingilislərin xarici çıxış maykaları mavi və bir neçə illərdən sonra göy rəngdə olmuşdur. 1996 ilin Avropa futbol çempionatında ingilislər boz geyimdə çıxış etdilər. Hər tək ilin əvvəlində İngiltərədə yeni ev çıxış forması buraxılır. Müasir zamanda ingilis forması Nikedan gəlir. Maykaüstü nömrələr 1922, adlar isə 1992 il Avropa futbol çempionatında meydana gəldi.

İngiltərə milli futbol komandası
Emblem
LəqəbThe Three Lions
KonfederasiyaUEFA
Baş məşqçiİngiltərə Qaret Sautqeyt
KapitanHarri Keyn
BombardirHarri Keyn (55)
StadionUembli
FİFA Reytinqi 4 (12 avqust 2021)[1]
FİFA koduENG
Uniforma
Ev
Səfər
Ən böyükhesablı qələbə
İngiltərə İngiltərə 13-0 Şimali İrlandiya Şimali İrlandiya
Ən böyükhesablı məğlubiyyət
Macarıstan Macarıstan 7-0 İngiltərə İngiltərə

Heyət

İngiltərənın komandasın indiki tərkibi (kapitan - Harri Keyn):

Məşqçi qərargahı -Baş məşqçi Roy HocsonMəşqçinin köməkçisi Rey LevinqtonMəşqçi Qari NevillQapıçıların məşqçisi FDevid UotsonHəkimlər Dr.lan Beasley

Həmçinin bax

  • İngiltərənin qadın futbol yığma komandası
  • İngiltərənin həvəskar futbol yığma komandası