274301 Vikipediya

asteroid

274301 Vikipediya (müvəqqəti adları: 2008 QH24, 2007 FK34, 1997 RO4) — asteroid qurşağında yerləşən asteroid. 2008-ci ilin avqustunda[5] Ukraynada yerləşən Andruşevka rəsədxanası tərəfindən kəşf edilmişdir. 2013-cü ilin yanvarında asteroidə onlayn ensiklopediya olan Vikipediyanın adı verilmişdir.[6]

274301 Vikipediya 183,35240087917 ± 0 °[1]
274301 Vikipediya orbiti.
Kəşfi
Kəşf yeriAndruşevka rəsədxanası
Kəşf tarixi25 avqust 2008 (15 il əvvəl) (2008-08-25)
Təyinlər
Şərəfinə adlandırılıb
Vikipediya[2]
Alternativ adlar
2008 QH24, 2007 FK34, 1997 RO4
Orbital xarakteristikası
Dövr 1343,5568 gün
3.68 il
Afelisi408.472.770 km
Perigelisi304.479.540 km
Periapsidi2,032232839779 ± 0 astronomik vahid[1]
Apoapsidi2,731861973207 ± 0 astronomik vahid[1]
Böyük yarımoxu
356.315.000 km, 2,382047407051 ± 0 astronomik vahid[1]
Orbitinin ekssentrisiteti0.1458628
Orbital sürəti
19,197 km/san
Orta anomaliyası44,364465654822 ± 0 °[1]
Əyilməsi0,117 radian, 6,732133949411 ± 0 °[1]
Qalxan milinin uzunluğu
183,35240087917 ± 0 °[1]
Perisentr arqumenti
2,43425987749 radian[3], 139,8179660809 ± 0 °[1]
Nəyin peykidirGünəş
Özünə xas ekssentrisitet
0,146854578024 ± 0[1]
Fiziki xarakteristikaları
Ölçüləri1-2 km[4]
3.780 san.[1]
Görünən ulduz həcmi
22,2

Kəşfi

Andruşevka rəsədxanası.

Asteroid Ukraynanın yeganə özəl rəsədxanası olan Andruşevka rəsədxanasının[7] astronomları tərəfindən kəşf edilmişdir.[8] Bu rəsədxana 2003-cü ildən bu yana 90-dan çox asteroid kəşf etmişdir. Astronomlar asteroidi 2008-ci ilin 25 avqustunda, saat 22:47-də (UTC) müşahidə ediblər.[5] Asteroid növbəti gecə də müşahidə edilmiş və ona müvəqqəti olaraq 2008 QH24 adı verilmişdir.[9] 6 sentyabrda rəsədxananın işçiləri asteroidin orbitini dəqiqlikdə hesabladılar. Aparılan araşdırmalar bu asteroidin daha əvvəl ODAS (Fransa), Lemmon Dağı Müşahidə Sahəsi və Stüard rəsədxanası (hər ikisi Arizona, ABŞ)[5] tərəfindən müşahidə olunmuş 1997 RO4 və 2007 FK34 asteroidləri ilə eyni olduğunu göstərmişdir. 2011-ci ilin aprelində asteroidə 274301 nömrəsi verilmişdir.[10] Asteroidin quruluşu öyrənilməyib, lakin asteroid qurşağında yerləşən digər asteroidlər kimi metal və qayadan ibarət olduğu fərz edilir.[11]

Səma cisimlərinə verilən adlarda məsul olan komitə tərəfindən verilən qərarla asteroidə "Vikipediya" adı verilmiş və 27 yanvar 2013-cü ildə bu haqda[6] "Minor Planet Circular" jurnalında xəbər yerləşdirilmişdir. Bu adın verilməsinin təşəbbüskarı Vikimedia Ukraynanın üzvü Andrey Makuxa olmuşdur.[7]


Vikipediya açıq, azad və hər kəs tərəfindən redaktə edilən, 2001-ci ildə yaradılmış onlayn ensiklopediyadır. 11 il ərzində yığdığı məlumatlarla ən böyük mənbəyə və internetdə ən çox ziyarət edilən saytlardan biri olmuşdur. Ensiklopediya bütün dünyadan olan entuziastlar tərəfindən 270 dildə inkişaf etdirilmişdir.[6]

İstinadlar

Xarici keçidlər