ABŞ-nin əraziləri

ABŞ-nin əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər.[2][qeydlər 1] Ərazilər inkorporativliyinəABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşkil" bir hökumətin varlığına görə təsnif edilir.[3]

ABŞ-nin əraziləri
Bayraq
Bayraq
Dövlət başçısıCo Bayden
QubernatorlarCari ərazi qubernatorlarının siyahısı
Sahəsi
 • Ümumi22294.19 km²
Əhalisi
 • Əhali4.066.778 nəfər
DemonimAmerikalı
"Birlik" hər hansı bir xüsusi siyasi statusu təsvir etmir və ştat və ərazilərə tətbiq edilir. Ştat olmayan ABŞ əraziləri ilə əlaqəli istifadə edildikdə, bu termin konsitutsiya malik, özünüidarəetmə hüququ birtərəfli olaraq Konqres tərəfindən geri alınmayacaq özünüidarə edən ərazini təsvir edir.[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1868–1876-cı illər ABŞ xəritəsi
1868-ci ildən 1876-dək ABŞ, o cümlədən doqquz mütəşəkkil və iki qeyri-mütəşəkkil ərazi daxi olamaqla

Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir.[qeydlər 2] Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-RikoABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerliləri (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir dənədən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.[5][6]

Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi nəticədə ştatlığa çevrildilər.[7][8] Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adalarıPalau kimi müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr oldular.

ABŞ-nin bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərb və Cənub-qərb əraziləri ilk və Alyaska Ərazisi və Havay Ərazisi sonuncu olmuşdu. Bu ərazilərdən 31-i müraciət etmiş və ştat olaraq qəbul edilmişdi. Ərazilərin ştatlığa çevrilməsi və təşviqi prosesində kifayət qədər inkişaf və əhali sıxlığı olmayan bir ərazidəki bəzi bölgələr Konqresin ştatlıq üçün müraciət etməsi barədə səsvermədən sonra müvəqqəti olaraq daha böyük bir ərazinin himayəsinə verildilər. Məsələn, Missuri Ərazisinin bir hissəsinin Missuri ştatına çevrildikdə, Ayova, Nebraska, Cənubi Dakota və Şimali Dakota ştatlarının bütünü, Kanzas, Vayominq və Montananın əksəriyyəti, Kolorado və Minnesotanın hissələri daxil olmaqla ərazinin qalan hissəsi faktiki olaraq qeyri-mütəşəkkil əraziyə çevrildi.[9]

ABŞ əraziləri ABŞ-nin materik hissəsindənHavaydan aşağı infrastruktura və telekommunikasiya səviyyəsinə malikdirlər, məsələn, Amerika Samoasında internet sürəti bir çox Şərqi Avropa ölkəsindən daha yavaş olduğu müəyyən edilib.[10] Ərazilərdə yoxsulluq səviyyəsi ştatlara nisbətən daha yüksəkdir.[11][12]

Mövcud ərazilər və onların hüquqi statusu

Ərazilar həmişə ABŞ-nin bir hissəsi olmuşdur.[13] Federal qanuna əsasən, "Birləşmiş Ştatlar" termini coğrafi mənada istifadə edildikdə, "kontinental ABŞ, Alyaska, Havay, Puerto-Riko, Quam və ABŞ Vircin adaları" mənasını verir.[14] 1986-cı ildə Şimali Marian adaları ilə siyasi ittifaqından bəri, onlar da ABŞ-nin bir hissəsi kimi qəbul edilir.[14] 2007-ci ildə qəbul edilmiş icra əmri Amerika Samoasını Federal Register sənədlərinə əks olunmuş ABŞ-nin "coğrafi sahəsinə" daxil edir.[15]

Daimi məskunlaşmış ərazilər

ABŞ daimi məskunlaşmış beş əraziyə[qeydlər 3] malikdir : Puerto-RikoABŞ Vircin adaları Karib dənizində, QuamŞimali Marian adaları Şimali Sakit Okeanın qərbindəki Marian arxipelaqında, Amerika Samoası Cənubi Sakit Okeanda.

Bu ərazilərdə təxminən 4 milyon insan ABŞ vətəndaşıdır. Beş böyük ərazinin dördündə doğulmağa görə ABŞ vətəndaşlığı təmin edilir.[16] Amerika Samoasında təxminən 32.000 nəfər ABŞ vətəndaşı olmayan əhali var.[17] ABŞ qanunvericiliyinə əsasən, ərazilər arasında "yalnız Amerika Samoası və Sueyns adasında doğulmuş şəxslər ABŞ vətəndaşı olmayan əhalidir".[18] Amerika Samoalıları ABŞ himayəsindədirlər, ABŞ-nin bütün hissəsinə vizasız səyahət etmək hüququna malikdirlər.[18] Buna baxmayaraq, ABŞ vətəndaşı olmaq üçün Amerika Samoalıları xarici vətandaş kimi vətəndaşlığa qəbul edilirlər.[19] Amerika Samoalıları doğuma görə ABŞ vətəndaşlığına malik deyillər, çünki ABŞ Konqresi Amerika Samoası sakinlərinə (digər 4 məskunlaşmış ərazilərdən fərqli olaraq) vətəndaşlıq verən qanunvericiliyi qəbul etmədi.[16]{{refn|group=qeydlər|Tuana ABŞ-yə qarışı məhkəmə işində doğuma görə ABŞ vətəndaşlığınln ABŞ-nin qeyri-inkorporativ bölgələrində bir hüquq olmadığına qərar verdi — Quam, Şimali Marian adaları, Puerto-RikoABŞ Vircin adalarında mövcud olan doğumdan vətəndaşlıq yalnız ABŞ Konqresi bu ərazilərə vətəndaşlıq verən qanunvericiliyi qəbul etdiyi üçün verilir.Ali Məhkəmə Tuana ABŞ-yə qarışı haqqında hökm verməkdən imtina etdi.

Bu ərazilərin hər biri mütəşəkkil,[qeydlər 4] üç hökumət şöbəsi, yerli seçilmiş qubernator və ərazi qanunverici orqanı ilə özünü idarə edən ərazidir.

Həmçinin hər bir ərazi ABŞ Nümayəndələr Palatasına səsvermə hüququ olmayan bir üzv (və ya Puerto-Riko üçün səsvermə hüququ olmayan səlahiyyətli komissar) seçirlər.[20][21][22] Onlar "Nümayəndələr Palatasının iclası keçirildikdə səs vermə istisina olmaqla Palatanın digər üzvləri ilə eyni hüquqlara malikdirlər".[23] Onlar müzakirələrdə iştirak edir, heyət üçün ofis və pul təyin edir və öz ərazilərindən ordu, donanma və dəniz piyadaları, hərbi hava qüvvələri və ticarət donanması xidmət akademiyalarının tərkibinə namizəd göstərirlər.[23] Onlar Nümayəndələr Palatasına təqdim edilən bütün qanunvericilik üzrə komitədə səs verə bilərlər. Onlar hər bir komitə üçün partiya sayına daxil edilir və konfrans komitələri üzrə senatorlarla bərabərdirlər. Konqresdən asılı olaraq, onlar da Bütün Palata Komitəsinin səs verə bilərlər.[24] 2017-ci ilin yanvar ayına olan məlumata əsasən bu ərazilərdən Konqres üzvləri olmuşdur : Şimali Marian adalarından Qreqorio Sablan, Quamdan Madlen Bordallo, Amerika Samoasından Amata Koulman Reydveyqen, Puerto-Rikodan Cennifer Qonsales, ABŞ Vircin adalarından Steysi Plaskett.[25] Kolumbiya dairəsinin də bir səsvermə hüququ olmayan nümayəndəsi var.

Kolumbiya dairəsi kimi ABŞ-nin əraziləri də ABŞ Konqresində səsvermə hüququna mailik nümayəndəyə malik deyil və ABŞ Senatında heç bir nümayəndəliyi yoxdur.[26][27]

Hər dörd il ərzində ABŞ siyasi partiyaları bu ərazilərdən olan nümayəndələri də daxil edən konvensiyalarda prezidentliyə namizədlərini irəli sürürlər.[28] Lakin Puerto-Riko kimi ərazilərdə yaşayan ABŞ vətəndaşları ABŞ prezidentliynə ümumi seçkilərində səs verə bilməzlər.[26] Amerika Samoasında vətandaş olmayan əhali də prezidentə səs verə bilməz.[16]

Bu ərazilərin paytaxtları Amerika Samoasında Paqo-Paqo, Quamda Haqatna, Şimali Marian adalarında Saypan, Puerto-Rikoda San-Xuan və ABŞ Vircin adalarında Şarlotta-Amaliyadır.[29][30]

Bu ərazilərin mövcud qubernatorları aşağıdakılardır : Lolo Metalasi Moliqa (Amerika Samoası), Eddi Baza Kalvo (Quam), Ralf Torres (Şimali Marian adaları), Rikardo Roselo (Puerto-Riko) və Kennet Mepp (ABŞ Vircin adaları).

AdıAbrev.YeriSahəƏhali
(2017)
PaytaxtƏn böyük
qəsəbə
StatusuƏldə edilmə
tarixi
 Amerika SamoasıASPolineziyaCənubi Sakit Okean197.1 km2 (76 kv. mil)51,504Paqo-PaqoTafunaQeyri-inkorporativ və qeyri-mütəşəkkil17 aprel 1900
 QuamGUMikroneziyaŞimali Sakit Okean543 km2 (210 kv. mil)162,742HaqatnaDededoQeyri-inkorporativ və mütəşəkkil11 aprel 1899
 Şimali Marian adalarıMPMikroneziya & Şimali Sakit Okean463.63 km2 (179 kv. mil)52,263Kapitol-Hill, Saypan [qeydlər 5]QarapanQeyri-inkorporativ və mütəşəkkil (birlik)4 noyabr 1986[qeydlər 6][31][32]
 Puerto-RikoPRKarib hövzəsiŞimali Atlantik okean9,104 km2 (3,515 kv. mil)3,337,177San-XuanSan-XuanQeyri-inkorporativ və mütəşəkkil (birlik)11 aprel 1899[33]
 ABŞ Vircin adalarıVIKarib hövzəsiŞimali Atlantik okean346.36 km2 (134 kv. mil)104,901Şarlotta-AmaliyaŞarlotta-AmaliyaQeyri-inkorporativ və mütəşəkkil31 mart 1917

Qeydlər

  • Amerika Samoası – 1900-cü ildən ərazi; İkinci Samoa Vətəndaş müharibəsinin başa çatmasından sonra, adaların şərq yarısını ABŞ-nin idarə etməsi ilə Samoa adaları iki siyasi bölgəyə bölündü.[34][35] 1900-cü ildə Tutuila Güzəştəgetmə Sazişi qüvvəyə mindi.[36] 1904-cü ildə Manua adaları və 1925-ci ildə Sueyns adası Amerika Samoasının bir hissəsi oldu.[36] ABŞ Konqresi 1929-cu ildə Amerika Samoa müqavilələrini sazişlərini ratifikasiya etdi.[36] Amerika Samoası sonuncu dəfə 1967-ci ildə düzəliş edilmiş konstitusiya əsasında yerli özünü idarə edir.[35][qeydlər 7] Amerika Samoasında doğulan şəxslər vətəndaş olmayan əhalidir.[16][35] Amerika Samoası texniki olaraq qeyri-mütəşəkkildir.[35] Əsas ada Tutuiladır.[35]
  • Quam – 1899-cu ildən ərazi; Quam İspan-ABŞ müharibəsi nəticəsində əldə edildi.[38] Quam Quam hərbi dəniz bazası və Andersen aviabazasına ev sahibliyi edir. Quam 1950-ci il Quam Orqanik aktına əsasən təşkil edilib; bu akt Quamlıların ABŞ vətəndaşlığını təmin etdi və Quama yerli hökumət verdi.[38] 1968-ci ildə akt Quam qubernatorunun seçilə bilməsi üçün dəyişdirildi.[38]
  • Şimali Marian adaları – 1986-cı ildən Birlikdir,[31][32] Şimali Marian adaları 1899-cu ilə qədər İspaniya İmperiyasının bir hissəsi, daha sonra 1899-cu ildən 1919-cu ilə qədər Almaniya İmperiyasının bir hissəsi oldu;[39] İkinci Dünya müharibəsi zamanı adalar ABŞ tərəfindən əldə edilənə qədər Yaponiya tərəfindən Millətlər Liqası mandatı kimi idarə olundu.[39] 1947-ci ildə BMT etimadçısı kimi ABŞ tərəfindən idarə olunan BMT Sakit okean adaları etimad ərazisinin (SOAEƏ) bir hissəsi oldu.[31][39] SOAEƏ-nin digər tərkibi Palau, Mikroneziya Federativ ŞtatlarıMarşall adalarıdır.[40] ABŞ ilə siyasi birlikdə Şimali Marian adalarının birlik kimi Qurulma Razılaşması hər iki siyasi qurumun nümayəndələri tərəfindən müzakirə edilirdi; 1975-ci ildə Şimali Mariana adaları seçiciləri tərəfindən təsdiq edilmiş və 24 mart 1976-cı ildə qüvvəyə minmişdir.[39][41] Şimali Mariana adaları Konstitusiyası 9 yanvar 1978-ci il tarixində qismən qüvvəyə minmiş və 1986-cı ilin noyabrında (Razılaşma müqaviləsinə əsasən) tam qüvvəyə minmişdir.[41] Razılaşma çoxsənədli ŞMAB Konstitusiyasının iki əsas sənədindən biridir, ikincisi 1977-ci il referendumunda təsdiq edilmiş yerli konstitusiyadır. 1986-cı ildə Şimali Mariana adaları rəsmi olaraq BMT himayəsindən çıxdı.[32] "ŞMAB" və "ŞMA" qısaltmalıarının hər ikisi Birlik üçün istifadə olunur. Şimali Mariana adaları sakinlərinin əksəriyyəti əsas ada olan Saypanda yaşayır.
  • Puerto-Riko – 1899-cu ildən qeyri-inkorporativ ərazidir;[33] Puerto-Riko İspan-ABŞ müharibəsi nəticəsində əldə edildi.[42] Puerto-Riko 1952-ci ildən bəri Birlikdir. Puerto-Riko 1950-ci il Puerto-Riko Federal Əlaqələr aktına (Public Law 600) əsasən təşkil edilib. 2008-ci ilin noyabr ayında bir ABŞ Dairə Məhkəməsi hakimi Konqres hərəkatlarının ardıcıllığının Puerto-Rikonun statusunun "qeyri-inkorporativ"dən "inkorporativ"ə dəyişməsinə kumulyativ təsir göstərdiyinə qərar verdi.[43] Buna baxmayaraq, bu məsələ məhkəmə sistemi ilə yoluna davam etmədi[44] və ABŞ hökuməti hələ də Porto Rikoya qeyri-inkorporativ kimi istinad edir. Puerto-Riko vəkili Puerto-Rikonu "yarı suveren" adlandırmışdı.[45] Puerto-Rikoda dövlətçilik hərəkatı var – onun məqsədi Puerto-Rikonu 51-ci ştat etməkdir.[27][46] Həmçinin bax Puerto-Rikonun siyasi statusu
  • ABŞ Vircin adaları – 1917-ci ildə ABŞ tərəfindən Danimarkadan satın alınıb və 1954-cü ildə Yenidən nəzərdən keçirilmiş Vircin adaları aktına əsasən təşkil edilib. ABŞ vətəndaşlığı 1927-ci ildə təmin edilmişdir.[47] Əsas adaları Sent-Tomas, Sent-Cons və Sent-Krus adalarıdır.

Statistikalar

Quam istisna olmaqla, məskunlaşmış ərazilərdə 2010-2017-ci illəri arasında mənfi əhali artımı olmuşdur. Məskunlaşmış ərazilərdə yoxsulluq səviyyəsi yüksəkdir, həm də İnsan İnkişafı İndeksi (İİİ) reytinqləri yüksəkdir. Bütün yoxsulluq səviyyəsi qitə ABŞ-nin materik hissəsindən yüksəkdir. Beş ərazinin dördündə ingilis dilindən başqa rəsmi bir dil var.[48][49]

ƏraziRəsmi dil(lər)[48][49]Əhali artımı (2010–17)[50]Yoxsulluq səviyyəsi (2009)[51][52]Gözlənilən ömür uzunluğu (illərlə)İİİ[53][54]ÜDM ($)[55]Hərəkət istiqamətiSaat qurşağıTelefon kodu (+1)
Amerika Samoasıİngilis, Samoa−2.39%65%[qeydlər 8]73.40.827658 milyon $SağSamoa vaxtı (UTC-11)684
Quamİngilis, Çamorro2.12%22.9%760.9015.793 milyard $SağÇamorro vaxtı (UTC+10)671
Şimali Marian adalarıİngilis, Çamorro, Karolin−0.68%52.3%75.40.8751.242 milyard $SağÇamorro vaxtı670
Puerto-Rikoİngilis, İspan−10.43%43.5%[qeydlər 9]80.90.845103.135 milyard $SağAtlantik vaxtı (UTC−4)787, 939
ABŞ Vircin adalarıİngilis−3.25%22.4%79.40.8943.765 milyard $SolAtlantik vaxtı340

Ərazilərin inzibati qraflıqları yoxdur.[qeydlər 10] ABŞ Siyahıyaalma Bürosu Puerto-Rikonun 76 bələdiyyəsini, ABŞ Vircin adalarının üç əsas adasını, Quamın bütününü, Şimali Marian adalarının 4 bələdiyyəsini və Amerika Samoasının 3 rayonu və iki atollunu qraflığa ekvivalent hesab edir.[57][58] Siyahıyaalma Bürosu həmçinin ABŞ-yə bağlı kiçik adacıqların hər birini qraflığa ekvivalent hesab edir.[57][58]

Kiçik adacıqlar

ABŞ-yə bağlı kiçik adalar, atolllar və riflərdir. Palmira rifi, Beyker adası, Haulend adası, Carvis adası, Conston rifi, Kinqmen rifi, Miduey rifiUeyk rifi Sakit okeanda, Navassa adası, Baxo-Nueva və Serranilla bankəsi Karib dənizindədir. Pamlira rifi (rəsmi olaraq ABŞ Palmira rifi ada ərazisi kimi tanınır)[59] yeganə inkorporativ ərazidir, bu status 1959-cu ildə Havay ştat olduqdan bəri davam edir.

Bir neçə ərazinin statusu mübahisəlidir. Navassa adası Haiti, Ueyk rifi Marşall adaları, Sueyns adası (Amerika Samoasının tərkibində) Tokelau, Serranilla bankəsi və Baxo-Nueva (hər ikisi Kolumbiya tərəfindən idarə edilir) Kolumbiya, Yamayka, HondurasNikaraqua tərəfindən mübahisəlidir.[60][61] ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin işçiləri və onların xidmət təminatçılarından ibarət 40 nəfər əhaliyə malik olan Miduey rifi,[62] The Nature Conservancy və Balıq və Vəhşi Təbiət Xidmətinin heyəti və tədqiqatçılarından ibarət 4 ilə 20 nəfər arasında dəyişən əhalisi olan Palmira rifi[63] və təxminən 100 hərbi personal və mülki işçi əhalisi olan Ueyk rifi[64] istisna olmaqla onlar məskunlaşmamışdırlar.

AdıMövqeyiƏrazisiStatusuQeydlər
Baxo-NuevaŞimali Atlantik okeanKarib dənizi110 km2 (42 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkilKolumbiya tərəfindən idarə edilir. ABŞ (Quano adaları aktı əsasında) və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı.[65]
Beyker adası[a]Şimali Sakit okean2.1 km2 (0.81 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkilQuano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68]
Haulend adası[a]Şimali Sakit okean4.5 km2 (1.7 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkilQuano adaları aktı əsasında 3 dekabr 1858-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68]
Carvis adası[a]Cənubi Sakit okean (Polineziya)4.75 km2 (1.83 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkilQuano adaları aktı əsasında 28 oktyabr 1856-cı il tarixində ərazi iddia edilir.[66][67] 13 may 1936-cı il tarixində əlavə edilmiş və ABŞ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verilmişdir.[68]
 Conston rifi[a]Şimali Sakit okean2.67 km2 (1.03 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkilSonuncu dəfə 2004-cü ildə ABŞ Müdafiə Nazirliyi istifadə edilib.
Kinqmen rifi[a]Şimali Sakit okean18 km2 (6.9 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkilQuano adaları aktı əsasında 8 fevral 1860-cı il tarixində ərazi iddia edilir.[66][67] 10 may 1922-ci il tarixində əlavə edilmiş və 29 dekabr 1934-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətinə verilmişdir.[69]
 Miduey rifiŞimali Sakit okean6.2 km2 (2.4 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkil1859-cu ildən ərazidir; ilk növbədə vəhşi təbiəti qoruma ərazisidir və əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyinin səlahiyyətində idi.
 Navassa adasıKarib dənizi5.4 km2 (2.1 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkil1857-ci ildən ərazidir; həmçinin Haiti tərəfindən ərazi iddiası var
 Palmira rifiŞimali Sakit okean12 km2 (5 kv. mil)İnkorporativ, qeyri-mütəşəkkilQismən The Nature Conservancy tərəfindən şəxsi mülkiyyyət olmaqla birlikdə qalan hissəsi federal mülkiyyətdir və Balıq və Vəhşi Təbiət Xidməti tərəfindən idarə olunur.[70][71] Oahunun təxminən 1,000 mil (1,600 km) cənubunda, quru ərazisi təxminən 1.56 kv. mil (4.0 km2) olan 50 kiçik adadan ibarət arxipelaqdır. Atoll 1898-ci ildə Havay Respublikası əlavə edilərkən əldə edildi. 30 aprel 1900-cü ildə Havay ərazisi təsis edildikdə Palmyra rifi həmin ərazinin bir hissəsi kimi təsis edilmişdir. 1959-cu ildə Havay ştat olduqda, Konqres aktı atollu ştatdan istisna etdi. Palmira inkoporativ ərazi kimi qaldı, lakin yeni mütəşəkkil hökumət qəbul edilmədi.[72]
Serranilla bankəsiŞimali Atlantik okean və Karib dənizi350 km2 (140 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkilKolumbiya tərəfindən idarə olunur; hərbi dəniz qüvvələri qarnizonu var. ABŞ (Quano adaları aktı əsasında 1879-cu ildən bəri), Honduras və Yamayka tərəfindən ərazi iddia edilir. Nikaraquanın ərazi iddiası 2012-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Kolumbiya lehinə həll edilmişdir, baxmayaraq ki, ABŞ bu işdə tərəf olmadı və BƏM-in səlahiyyətini tanımadı.[65]
 Ueyk rifi[a]Qərbi Sakit Okean (Mikroneziya)7.4 km2 (2.9 kv. mil)Qeyri-inkorporativ, qeyri-mütəşəkkil1898-ci ildən ərazidir; Ueyk rifi aerodromuna ev sahibliyi edir, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən idarə edilir. Həmçinin Marşall adaları tərəfindən ərazi iddia edilir.[73]

İnkorporativ və qeyri-inkorporativ ərazilər

San-Xuan, Puerto-Riko
Protestant Ki, Kristiansted (ABŞ Vircin adaları)
Tumon çimərliyi, Quam
Tapoçau dağı, Şimali Marian adaları
Afono, Amerika Samoası
Laqun, Ueyk rifi
Qırmızı ayaqlı sümsük quşu, Palmira rifi
Donanma abidəsi və Laysan albatrosu cücələri ilə birlikdə albatros abidəsi, Miduey rifi

Konqres bir ərazinin inkorporativ və qeyri-inkorporativ olduğuna qərar verir. ABŞ Konsitusiyası yerli hökumətlər və ştat sakinləri kimi hər bir inkorporativ əraziyə (yerli hökumət və sakinlər daxil olmaqla) İnkorporativ ərazilər mülkiyyətdən daha çox ABŞ-nin bir hissəsi kimi qəbul olunur.[74]

ABŞ Ali Məhkəməsi 1901-1905-ci illər Ada əraziləri məhkəmə işlərində konsitusiyanın ərazilərə şamil edildiyinə qərar verdi. Məhkəmə həmçinin ərazi inkorporativliyi doktrinasını da yaratmışdır ki, konsitusiya inkorporativ ərazilərə (Alyaska və Havay əraziləri kimi) tamimilə və Puerto-Riko, Quam, Flippinin qeyri-inkorporativ ərazilərinə qismən tətbiq olunur.[75][76]

1856-cı ilə qədər ABŞ-nin qeyri-inkorporativ əraziləri (həmçinin dənizaşırı mülklər və kiçik adacıqlar kimi də tanınır) yox idi. Konqres həmin il Quano adaları aktını qəbul edərək, prezidentə quano tədarükü üçün ərazi iddiasına malik olmayan adaları əldə etmək səlahiyyət verdi. ABŞ bu qanun əsasında xüsusilə Karib dənizi və Sakit Okeanda bir çox adaları və atolları nəzarət altına almışdır (və ərazi iddia etmişdir); əksəriyyət tərk edilmişdir. O, həmçinin 1856-cı ildən bəri digər şərtlər altında ərazilər də əldə etmişdir, məsələn İspan-Amerika müharibəsini sonlandıran Paris sülh müqaviləsi (1898) kimi. Ali Məhkəmə Balzak Porto-Rikoya qarşı məhkəmə işində bu qeyri-inkorporativ ərazilərin konstisional statusunu qiymətləndirmiş və Puerto-Rikodakı bir məhkəm haqqında aşağıdakılar dedi :

ABŞ Dairə Məhkəməsi ABŞ-nin məhkəmə hakimiyyətini idarə etmək üçün Konstitusiyanın 3-cü maddəsinə əsasən qurulmuş əsl ABŞ məhkəməsi deyil … bu qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən verilmiş suveren konqres icazəsi ilə ABŞ-yə məxsus əraziyə hörmətlə yanaşaraq bütün zəruri qanunlar və qaydaları hazırlamaq üçün … yaradılmışdır. Onun səlahiyyətlərinin əsl ABŞ məhkəmlərinə bənzərliyi sakinlərinə yerli təsirə tabe olmayan bir məhkəməyə müraciət etmək füsrəti yaradır, ərazi məhkəməsi xüsusiyyətini dəyişmir.[77]:312

Glidden Company Zdanoka qarşı məhkəmə işində məhkəmə Balzaka istinad etdi və inkorporativ ərazilərdəki məhkəmlər haqqında dedi : "Belə fikirlərdən sonra, Maddə III-ün materik xaricindəki qeyri-inkorporativ ərazilərdə yaradılan məhkəmələrə … və xarici ölklərdən konsessiya ilə yaradılmış konsulyar məhkəmələrə … tətbiq edilə bilməz olduğu nəzərə alınmışdır"[78]:547

ABŞ Ali Məhkəməsinin müəyyən ərazilər haqqında qərarları

Alyaska ərazisi

Florida ərazisi

Cənub-şərq ərazisi

Luiziana ərazisi

Qruplarına görə indiki ABŞ əraziləri

İnkorporativ mütəşəkkil ərazilər

İnkorporativ qeyri-mütəşəkkil ərazilər

Qeyri-inkorporativ mütəşəkkil ərazilər

Qeyri-inkorporativ qeyri-mütəşəkkil ərazilər

Məskunlaşmış ərazilər

Məskunlaşmamış ərazilər

Eksterritorial yurisdiksiya

Assosiasiyalaşmış dövlətlər

Mütəşəkkil ərazi

Keçmiş ABŞ ərazilərinin və idarə olunan sahələrin təsnifatı

ABŞ-nin keçmiş inkorporativ mütəşəkkil əraziləri

ABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri

Hərbi idarədə olan ABŞ-nin keçmiş qeyri-inkorporativ əraziləri

Əvvəllər ABŞ tərəfindən idarə olunan ərazilər

Digər zonalar

Mədəni mənzərə

Qalereyalar

Nümayəndələr Palatasının səsvermə hüququ olmayan indiki ərazi üzvləri

İndiki ərazi qubernatorları

Peyk şəkilləri

Məskunlaşmış ərazilər

Məskunlaşmamış ərazilər (ABŞ-yə bağlı kiçik adacıqlar)

Xəritələr

Həmçinin bax

Qeydlər

İstinadlar

Xarici keçidlər