Yamayka

Yamayka (ing. Jamaica [dʒəˈmeɪkə]) — Karib hövzəsində, Millətlər Birliyinin tərkibində olan ada dövləti. Mərkəzi Amerikada, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022 km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavidağdır (2256 m.). Xristofor Kolumb Yamaykanı 1494-cü ilin mayın 5-də kəşf etmişdir. Yamayka dünyada boksit ehtiyatlarına görə 4-cü, hasilatına görə 2-ci yeri tutur. Ölkə üçün turizm əsas gəlir mənbələrindən biridir.

Yamayka
Jamaica
BayraqGerb[d]
BayraqGerb[d]
Out of Many One People (ing. Çox Adamlardan Bir Xalq)
Himn: Jamaica, Land We Love
Tarixi
 • Böyük Britaniyadan müstəqillik6 avqust 1962
Rəsmi dilləri
PaytaxtKinqston
İdarəetmə formasıKonstitusiyalı monarxiya
KraliçaIII Çarlz
QubernatorPatrik L.Allen [26.II.2009 ]
Baş nazirPortiya Simpson-Miller [5.I.2012 ]
SahəsiDünyada 168-ci
 • Ümumi10991 km²
 • Su sahəsi (%)1,5
Əhalisi
 • Əhali2 840 min nəfər (141-ci)
 • Siyahıyaalma (5.IV.2011)2 697 983 nəf.
 • Sıxlıq251 nəf./km²
ÜDM (AQP)
 • Ümumi25,1 milyard dollar (126-cı)
 • Adambaşına9 000 dollar (125-ci)
ValyutaYamayka dolları
İnternet domeni.jm
ISO koduJM
BOK koduJAM
Telefon kodu+1876
Saat qurşaqları
Nəqliyyatın yönüsol[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Yamayka