ABŞ Kosmik Qüvvələri

Amerika Birləşmiş Ştatları Kosmik Qüvvələri (ing. United States Space Force (USSF)) — Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin kosmik qüvvələrindən və altı qolundan biridir. 20 dekabr 2019-cu ildə ABŞ Hərbi Hava Qüvvələri Kosmik Komandanlığının yerində yaradılmışdır və 1947-ci ildə müstəqil ABŞ Hərbi Hava Qüvvələrinin qurulmasından bəri ilk yeni silahlı xidmət şöbəsi olmuşdur. Mərkəzi Pentaqonda yerləşir.

ABŞ Kosmik Qüvvələri
United States Space Force
Loqonun şəkli
NövüKosmik qüvvələr
Yaranma tarixi20 dekabr 2019 - aktiv şəkildə hal-hazırda fəaliyyət göstərir
Ölkə ABŞ
TabedirABŞ Müdafiə Nazirliyi
DaxildirABŞ Silahlı Qüvvələri[3]
Sayı16,000[1]
HissəABŞ Müdafiə Nazirliyi
QərargahPentaqon, Arlinqton dairəsi, Amerika Birləşmiş Ştatları
Komandanlıq
KomandirGeneral John W. Raymond[2]
Kosmik Əməliyyatlar İdarəsinin Rəisi
spaceforce.mil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kosmik Qüvvələrin əsas vəzifələri ABŞ-nin kosmosdakı maraqlarını qorumaq, kosmosdan mümkün ola biləcək təcavüzlərin qarşısını almaq və kosmik əməliyyatların idarə edilməsidir.

Kosmik Qüvvələr ABŞ Müdafiə Nazirliyinin üç hərbi idarəsindən biri olan Hərbi Hava Qüvvələri İdarəsinin tərkibində hərbi xidmət şöbəsi kimi təşkil olunmuşdur və Hərbi Hava Qüvvələrinin Katibinə hesabat verən Kosmik Əməliyyatlar İdarəsinin Rəisi tərəfindən idarə olunur.

İstinadlar