ABŞ Silahlı Qüvvələri

ABŞ Silahlı Qüvvələri (ing. United States Armed Forces) — Amerika Birləşmiş Ştatlarını qorumaq məsuliyyəti daşıyan ordu.

ABŞ Silahlı Qüvvələri
United States Armed Forces
Qurulub14 iyun 1775
Daxildir

ABŞ Ordusu

Dəniz Piyadaları

ABŞ Donanması

Hava Qüvvələri

Kosmik Qüvvələr

Sahil Mühafizə
QərargahABŞ ABŞ, Pentaqon
Rəhbərlik
Ali Baş KomandanCo Bayden
Müdafiə NaziriLloyd Ostin
Canlı qüvvə
Hər il əsgərlik yaşına çatan2 milyon (2016)
Aktiv kadr1,388,545
Ehtiyat kadr849.450
Xərclər
Büdcə738 milyard USD (2020)[1]
ÜDM faizi3,42% (2019)[2]

Tarixi

ABŞ Ordusu ilk dəfə, yeni qurulan Amerika dövlətini Müstəqillik Müharibəsində Böyük Britaniyaya qarşı müdafiə etmək üçün 13 ştatın təşkil etdiyi Konqres rəhbərliyi tərəfindən 1775-ci ildə quruldu. ABŞ-nin qurulmasından qabaq və müstəqilliyin ilk illərində ordu üçün əsgərlər ştatlarda yaşayan təhsilsiz insanlar arasından təmin edilirdi. Ancaq qısa bir müddət sonra nizamlı bir quru ordusu və dəniz donanmasına ehtiyac olduğu meydana çıxdı. ABŞ Donanması 1794-cü ildə bir neçə dənə esmines alınmasıyla qurulmuş oldu və bu vaxt həm də nizamlı quru ordusu quruldu. Ancaq ordu yenə də çox kiçik və əsasən döyüş zamanı əyalətlərdəki silah istifadə edə bilən kəslərin qatqısına möhtac idi. Müstəqillikdən vətəndaş müharibəsinə qədər olan dövrdə Amerikan ordusu Osmanlı dövlətinə kağız üzərində bağlı olan Əlcəzairli Bərbər piratları ilə döyüşdü və qələbə qazandı. Bundan başqa 1812-ci ildə Böyük Britaniya ilə yeni savaşa girərək onu məğlub etdi və ABŞ-Meksika müharibəsində qalib gələrək Meksika ərazisinin yarıdan çoxunu işğal etdi.

Orduda din xadimlərinin xidməti

ABŞ-də Müdafiə Nazirliyi nəzdində Silahlı Qüvvələrin Keşişlər İdarəsi tərəfindən təşkil edilir. Keşişlər orduda fəaliyyət göstərmək üçün ilahiyyat təhsili ilə yanaşı, hərbi akademiyanı da bitirməlidirlər. Orduda 1200 Keşiş zabit qismində fəaliyyət göstərir. Onlar həm də təlimlərdə iştirak edirlər. Bundan əlavə, müqavilə ilə işləyən keşişlər də vardır.

Həmçinin bax

İstinadlar