ABŞ Milli Qvardiyası


ABŞ Milli Qvardiyası və ya Amerika Birləşmiş Ştatları Milli Qvardiyası (ing. National Guard of the United States) ABŞ-ın hər bir ştatında, eyni zamanda da Quamda, ABŞ Vircin adalarında, Puerto Rikodapaytaxt Vaşinqtonda, həm ştat rəhbərliyinin, həm də federal hökumətin ehtiyat qüvvəsidir. Milli Qvardiyaçılar ölkənin daxili təhlükəsizliyinin təmin edilməsinə, irimiqyaslı sosial hadisələrə (üsyanlara, qiyamlara, etiraz aksiyalarına və s.) reaksiya verilməsinə və baş vermiş olan təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasına kömək edilməsinə görə məsuliyyət daşıyırlar və eyni zamanda da 2003-cü ildən etibarən ölkədən kənarda da xidmət göstərə bilməktədirlər.

ABŞ Milli Qvardiyası və ya Amerika Birləşmiş Ştatları Milli Qvardiyası
ing. National Guard of the United States
NövüMilis (hərbi qüvvə)
ehtiyat qüvvə
Yaranma tarixi1903-müasir dövr
Ölkə
TabedirAmerika Birləşmiş Ştatları Ordusu
ABŞ Hərbi Hava Qüvvələri
Tərkibi
Vəzifəsiölkənin daxili təhlükəsizliyinin təmin edilməsi, irimiqyaslı sosial hadisələrə (üsyanlara, qiyamlara, etiraz aksiyalarına və s.) reaksiya verilməsi və baş vermiş olan təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasına kömək edilməsi
Sayı1,467,587 (2013)
Qərargah
ŞüarıHər zaman hazır, hər zaman xidmət başında
Komandanlıq
KomandirGeneral Frank J. Grass
nationalguard.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli Qvardiya Amerika Birləşmiş Ştatları Ordusunun və Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin müştərək bölməsi olub Ordu və Milli Aviasiya Qvardiyasına ayrılır.[3][4]

İstinadlar