ABŞ pasportu

Amerika Birləşmiş Ştatları pasportuABŞ vətəndaşlarına verilən səyahət pasportudur.[1] Bunlar yalnız ABŞ Dövlət Departamenti tərəfindən verilir.[2] Pasportlardan əlavə (kitabça şəklində) məhdud istifadə pasport kartları eyni tələblərə tabe olaraq eyni dövlət orqanı tərəfindən verilir. ABŞ pasportu olmadan ABŞ-yə daxil olmaq vəya ölkəni tərk etmək qanunsuzdur. Buna baxmayaraq bəzi istisnalar mövcüddür. Bunlara ABŞ-yə qayıdarkən müəyyən səbəblərə görə pasportu olmayanlara misal göstərmək olar.

ABŞ pasportu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
ABŞ biometrik pasportunun üz qabığı

ABŞ pasport kitabçaları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyə olunan standartlarına (yəni ölçüsü, tərkibi, sıralanması, texnologiyası) uyğundur.[3] Beş növ pasport kitabçası var; Dövlət Departamenti 2007-ci ilin avqust ayından bəri standart olaraq yalnız biometrik pasportlar verməyə başlamışdır.[4] Amerika Birləşmiş Ştatları pasportları Birləşmiş Ştatların mülküdür və tələb olunduqda ABŞ hökumətinə qaytarılmalıdır.[5]

Qanuna əsasən, vaxtı keçmiş ABŞ pasportu (və ya pasport kartı) ABŞ vətəndaşlığını sübut edir. Bu həmçinin ABŞ vətəndaşına qanuni şəkildə verildiyi halda daxil olmaqla vətəndaşlığın sübuta yetirəcək bütün təsirə malikdir.[6] ABŞ qanunları ABŞ vətəndaşlarına digər ölkələrin pasportlarına sahib olmağı qadağan etmir, lakin ABŞ-yə giriş və çıxış zamanı yalnız ABŞ pasportlarından istifadə edilməlidir.[7]

Tarix

Biometrik olmayan Amerika Birləşmiş Ştatları pasportunun imza səhifəsi və məlumat səhifəsi (2007-dən əvvəl).
Biometrik pasportun imza səhifəsi və məlumat səhifəsi (2007-indiyə qədər)

Amerika konsulluq məmurları İstiqlal Müharibəsi zamanı (1775–1783) on üç əyalətdən bəzilərinə pasport verdilər. Pasportlar bir tərəfə basılmış vərəqlər idi, daşıyıcının təsviri daxil idi və üç ilə altı ay müddətində qüvvədə idi. Fransadakı nazir Benjamin Franklin, nümayəndəliyi tərəfindən verilmiş pasportların dizaynını Fransız pasportu ilə əsaslandırdı.[8]

1776-dan 1783-cü ilədək heç bir dövlət hökumətində pasport tələbi yox idi. Konfederasiya Məqalələrində də hökumətinin (1783–1789) pasport tələbi yox idi. 

Müharibə dövrünün Xarici İşlər Departamenti də pasportlar verirdi və Konfederasiya Hökuməti (1783–1789) tərəfindən idarə olunan şöbədə həmçinin pasport verməyə davam etdi. 1789-cu ilin iyulunda Xarici İşlər Departamenti Konstitusiyaya əsasən qurulmuş hökumət tərəfindən idarə edildi. Həmin ilin sentyabr ayında şöbənin adı Dövlət Departamenti olaraq dəyişdirildi. Xarici əlaqələr və pasportlar verən şöbə 19-cu əsrin ortalarına qədər müxtəlif daxili vəzifələrə sahib idi.

Şəkillər

Həmçinin bax

İstinadlar