Abaran

(Baş Abaran səhifəsindən istiqamətləndirilmişdir)

Abaran, əvvəlki adı: Baş AbaranErmənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi.[1]

Abaran
Gerb
Gerb
40°35′46″ şm. e. 44°21′13″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumatII əsr
Sahəsi
  • 3,5 km²
Mərkəzin hündürlüyü1.880 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.400 nəf. (2015)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi0301
Digər
ապարան.հայ
Xəritəni göstər/gizlə
Abaran xəritədə
Abaran
Abaran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Qafqaz regionunun baş xəritəsi, Baş Abaran 1858-ci il

Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.[3] 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.[4][5]Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.[6]

Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur.[3]

Coğrafiyası

İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[7], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[8]

Əhalisi

XX əsrin əvvələrinə qədər əhalisi Azərbaycanlılardan ibarət olmuşdur. Ermənilər buraya, əsasən, 1914–1918-ci illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülmüşdür[9]. Burada indi yalnız ermənilər yaşayır.[3]

İstinadlar

Həmçinin bax