Adamas Qolodets

Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989).[1]

Adamas Qolodets
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeriMoskva, RSFSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vəfat yeriMoskva, Rusiya
VətəndaşlığıSSRİ SSRİ
Rusiya Rusiya
Boyu1.67
Çəkisi62 kq
Mövqeyihücumçu
Karyerası
Klub karyerası[* 1]
1953—1957SSRİ Dinamo Moskva9 (2)
1958—1959SSRİ Dinamo Kiyev40 (16)
1960—1964SSRİ Neftyanik126 (29)
Məşqçisi olduğu klublar
1989—1991SSRİ Dinamo-2 Moskva
1993Rusiya Dinamo Moskva
1995—1998Rusiya Dinamo Moskva
Təltif və medalları
"Dostluq" ordeni (Rusiya) — 1998
RSFSR əməkdar məşqçisi nişanı

Həyatı

1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər.[2] Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904—1975)[3][4] və qardaşları Varlen (1925—2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər.[5][6] Atası, Qomel sakini[7] Solomon Qolodets (1906—1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür.[8] Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır.

Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.[3]

Karyerası

Klub

Moskva "Dinamo"sunun yeniyetmələrdən ibarət komandasının yetirməsidir. İlk məşqçisi V. İ. Haydin olub. 1953-cü ildə komandanın əvəzedici heyətinə cəlb olunub. 1 iyul 1955-ci ildə Moskva "Lokomotiv"inə qarşı ev oyununda "ağ-mavi"lərin heyətində ölkə çempionatında debüt edib (2:1, həlledici topu vurub). 1955-ci ildə SSRİ Kubokunun yarımfinalçısı olub. 1958-1959-cu illərdə Kiyev "Dinamo"sunda oynayıb, orada 40 oyun keçirib və 16 qol vurub. 1960-1964-cü illərdə Bakının "Neftyanik" komandasında çıxış edib, orada 126 oyun keçirib və 29 qol vurub.[1]

Məşqçi

1965-ci ildə "Neftyanik"də, 1966-1967-ci illərdə isə Moskva "Lokomotiv"ində məşqçi işləyib. 1973-1976 və 1979-cu illərdə Moskva "Dinamo"sunun Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi, 1983-1985-ci illərdə isə direktoru olub. Onun rəhbərlik etdiyi SSRİ dinamo kollektivlərinin yığması 1985-ci ildə "Dinamiada" beynəlxalq gənclər turnirinin qalibi olub. Uzun müddət Moskva "Dinamo"sunun məşqçisi olub. 1989-1991-ci illərdə "Dinamo-2 Moskva" komandasında baş məşqçi kimi çalışıb. 1992-1994-cü illərdə "Dinamo"nun əvəzedicilərdən ibarət komandasını çalışdırıb[9] və eyni zamanda əsas komandanın məşqçi ştabına daxil olub. 1995-1998-ci illərdə Moskva "Dinamo"sunun baş məşqçisi olub. "Dinamo" onun rəhbərliyi altında Rusiya çempionatının bürünc mükafatçısı, Rusiya Kubokunun isə finalçısı olub. 1998-ci ilin avqustundan 2003-cü ilə kimi Lev Yaşin adına "Dinamo" futbol məktəbinin tədris hissəsinin müdiri işləyib.[1]

Şəxsi həyatı

1965-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.[10]

Valentina Qolodets (Toptıqina) ilə evli olub. Onun bu evlilikdən İrina adlı qızı olub.

Kiçik qardaşı Yurinin qızı Olqa Qolodets 2012—2020-ci illərdə Rusiya Federasiyası hökuməti sədrinin müavini olub.[11]

İstinadlar

Xarici keçidlər