Kiyev

Ukraynanın paytaxtı və ən böyük şəhəri

Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az-əbcəd. کييف‎) — Ukraynanın paytaxtı və ən böyük şəhəri.

Kiyev
Київ
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
50°27′00″ şm. e. 30°31′25″ ş. u.
Ölkə
BaşçıVitali Kliçko[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub482
Sahəsi
Mərkəzin hündürlüyü179 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.952.301 nəf. (1 yanvar 2022)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+380 44
Poçt indeksi01000–06999
Nəqliyyat koduAA, KA
Digər
kyivcity.gov.ua
Xəritəni göstər/gizlə
Kiyev xəritədə
Kiyev
Kiyev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, BerlindənMadriddən sonra yeddincidir.

Toponimi

"Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir[4][5].

Tarixi

Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur.

Kiyevin əhalisi

Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşmişlər. Demoqrafiya İnstitutunun və Ukraynanın MEA-ının 2009-cu ilin başlanğıcına olan sosial tədqiqatlarının məlumatına görə Kiyevin faktiki əhalisi 3144,3 min insan təşkil edirdi. Onların arasında 83 % şəhər sakinləri — ukraynalılar, 14 % — ruslar, 3 % — yəhudilər, ermənilər və başqa milliyyətlərin nümayəndələridir.

Nəqliyyat

Kiyevdə üç aeroport mövcuddur: "Borispol" Beynəlxalq aeroportu, "Kiyev" (Julyanı) Beynəlxalq aeroportu və Qostomel (yük aeroportu Antonov) Aeroportu.Həmçinin bir neçə dəmiryol vağzalı var: Kiyev-Sərnişin, Cənub vağzalı, Şəhərətrafı vağzal, Karavayevlər Bağı (şəhərətrafı), Darniskiy dəmiryol vağzalı, Kiyev-Moskva. Kiyev Rusiya İmperiyasında elektrik tramvaylarının işə salındığı ilk şəhərdir.

6 noyabr 1960-cı ildə Kiyevdə ilk metro stansiyasının açılışı olmuşdur. Şəhərin özündə üç sərnişin xətti ilə (Svyatoşinsko-Brovarskaya, Kurenyovsko-Krasnoarmeyskaya, Sıresko-Peçerski) metropoliten fəaliyyət göstərir. Hər gün metropolitendən təxminən 1,422 milyon sərnişin istifadə edir.

Böyük həcmli yüklərin daşınmasında Dnepr çayından istifadə olunur.

Təhsil

Bu gün Kiyev Ukraynada ən böyük elm və təhsil mərkəzlərindən biridir. Kiyevdə böyük miqdarı ali və orta xüsusi təhsil müəssisələri yerləşdirilmişdir, bir neçə beynəlxalq əhəmiyyətli universitetlər daxil olmaqla, həmçinin Ukraynanın üç ən nüfuzlu universiteti: Taras Şevçenko adına Kiyev milli universiteti, "KPİ" Ukraynasının Milli texniki universiteti və Milli universitet "Kievo-Moqilyanskaya akademiya".

Kiyevdə təxminən 350 məktəb, 100-dən çox gimnaziya və lisey, təxminən 70 ali məktəb vardır, o cümlədən:

  • Kiyev Milli İqtisadi Universiteti
  • Milli Nəqliyyat Universiteti
  • Milli Aviasiya Universiteti
  • Kiyev milli Tikintinin və arxitektura universiteti (KİTİ)
  • M. P. Draqomanov adına milli pedaqoji universitet
  • Dövlət İnformasiya-Rabitə Texnologiyaları Universiteti
  • Kiyev konservatoriyası
  • Reklam institutu
  • Kiyev milli dilçilik universiteti (XARDİL)
  • Ukraynanın milli elmlər akademiyası (UMEA)
  • Ukraynanın bioresurslarlarının və təbiətdən istifadə edilməsinin milli universiteti
  • Kiyev milli Daxili işlər universiteti
  • Kiyev rəssamlıq akademiyası
  • O. O. Boqomoles adına milli tibbi universitet
  • Beynəlxalq Solomonov Universiteti
  • Ukraynanın milli Fiziki tərbiyə və idman (İNFİZ) universiteti
  • İ. K. Karpenko-Karoqo adına Kiyev milli teatr, kino və televiziya universiteti
  • Kiyev milli mədəniyyətin və incəsənət universiteti
  • Kiyev milli texnologiyalar və dizayn universiteti
  • Milli qida texnologiyaları universiteti
  • Kiyev bazar əlaqələri universiteti
  • Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti
  • Boris Qrinçenka adına Kiyev universiteti

Mədəniyyət

Kiyev həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir. Burada 27 muzey, 25 teatr və teatr-studiyalar vardır. 2005-ci ildə Kiyev 50-ci Avroviziya musiqi müsabiqəsinin keçirildiyi yeri oldu, 2012-ci ildə isə o Ukraynanın Avropanın futbol 2012 Çempionatını qəbul etmiş dörd şəhərlərindən biri oldu.

Ədalətli olaraq Kiyevi dünyanın ən yaşıl şəhərlərindən biri adlandırırlar, axı meşələr parklar və bağlar onun sahəsinin daha çox yarısını təşkil edir. Şəhərin ərazisində iki böyük botanika bağı var. Mayda bütün Kiyevdə təmtəraqlı çiçəklənən şabalıd ağacı şəhərin simvoludur.

Qardaşlaşmış şəhərlər

Ankara, Türkiyə (1992)
Astana, Qazaxıstan (1998)
Afina, Yunanıstan (1996)
Aşqabad, Türkmənistan
Bakı, Azərbaycan (1997)
Belqrad, Serbiya
Bişkek, Qırğızıstan (1997)
Brazilia, Braziliya
Bratislava, Slovakiya (1969)
Brüssel, Belçika (1997)
Budapeşt, Macarıstan (1993)
Buenos-Ayres, Argentina (1993)
Varşava, Polşa (1994)
Vyana, Avstriya (1992)
Vilnüs, Litva (1992)
Havana, Kuba (1994)
Genuya, İtaliya (2009)
İrəvan, Ermənistan (1995)
Cenevrə, İsveçrə
Qüds, İsrail
Kioto, Yaponiya (1971)
Kişinyov, Moldova (1993)
Krakov, Polşa (1961)
Leypsiq, Almaniya (1962)
Lissabon, Portuqaliya
Mahaçqala, Rusiya
Mexiko, Meksika (1997)

Sian, Belarus (1997)
Moskva, Rusiya (1992)
Münhen, Almaniya (1989)
Odense, Danimarka (1989)
, Qırğızıstan
Pekin, Çin (13 dekabr, 1993)
Pretoriya, CAR (1993)
Riqa, Latviya (1998)
Rio-de-Janeyro, Braziliya
Sankt-Peterburq, Rusiya (2001)
Santyaqo, Çili (1998)
Saratov, Rusiya (2007)
Sofiya, Bolqarıstan (1999)
Stokholm, İsveç (1997)
Tallin, Estoniya (1994)
Tampere, Finlandiya (1961)
Daşkənd, Özbəkistan (1998)
Tbilisi, Gürcüstan (1999)
Toronto, Kanada (1991)
Tripoli, Liviya
Tuluza, Fransa (1970)
Uxan, Çin (1990)
Florensiya, İtaliya (1969)
Helsinki, Finlandiya (1993)
Çikaqo, İllinoys, ABŞ (1991)
, Edinburq, Böyük Britaniya (1989)

İstinadlar

Xarici keçidlər