Aleksander Çeferin

Slovenyalı hüquqşünas və 7.UEFA sədri

Aleksander Çeferin (13 oktyabr 1967, Lyüblyana) — Sloveniyalı hüquqşünas.[1] UEFA-nın 7-ci prezidenti (14 sentyabr 2016-cı ildən)[2][3].

Aleksander Çeferin
Doğum tarixi13 oktyabr 1967(1967-10-13) (56 yaş)
Doğum yeri
Uşağı3
Milliyyətisloveniyalı
Təhsili
Fəaliyyətivəkil, idman rəsmisi[d]
Fəaliyyət illəri2011-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Lyublyana Universitetindən məzun olduqdan sonra Ceferin ailəsinin yanına qayıdaraq ailəsinə məxsus hüquq şirkətində çalışmışdır. Bir müddət çalışdıqdan sonra atasının yerinə şirkətin direktoru vəzifəsinə keçmişdir.

Ceferinin futbola olan həvəskar marağı onu 2005-ci ildə yerli futzal komandası olan Litijada idarə heyəti üzvlüyünə gətirmişdir.

Aleksander Ceferin 2011-ci ildə Sloveniya Futbol Federasiyası prezidenti seçilib.[4]

UEFA prezidenti

14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilmişdir[2]. O, 55 mümkün səsdən 45-ni toplamışdır[2].

İstinadlar