Aleksander Robertus Todd

Aleksander Robertus Todd (2 oktyabr 1907[1][2][…], Qlazqo10 yanvar 1997[1][2][…], Kembric, Birləşmiş Krallıq ) — İngilis üzvi kimyaçısı, London Kral Cəmiyyətinin üzvü (1942)[7], kimya üzrə Nobel mükafatı laureatı (1957), Britaniya İmperiyasının Cəngavəri (1954)

Aleksander Robertus Todd
ing. Alexander Robertus Todd
Doğum tarixi2 oktyabr 1907(1907-10-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi10 yanvar 1997(1997-01-10)[1][2][…] (89 yaşında)
Vəfat yeri
Uşağı3[3]
Elm sahəsiüzvi kimya
Elmi dərəcələri
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları"Britaniya imperiyası" ordeninin cəngavər-komandoru
"Kopli" medalı
İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

2 oktyabr 1907-ci ildə Qlazqoda anadan olub.Qlazqo Universitetini bitirdikdən sonra 1931-ci ildə Frankfurt Universitetində, 1933-cü ildə isə Oksfordda fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Sonra bir sıra təhsil ocaqlarında, elmi müəssisələrdə çalışıb.1938-ci illərdə Mançester Universitetində kimya laboratoriyalarının direktoru, daha sonra 1944-cü ildən Kembric Universitetində üzvi kimya professoru vəzifələrində işləmişdir.1952-1964-cü illərdə hökumətin Elmi Siyasət Məsləhət Şurasının sədri olub. 1960-1962-ci illər ərzində Böyük Britaniya Kimya Cəmiyyətinin prezidenti vəzifəsini icra edib.1957-ci ildə “ Nukleozidlər və ko-fermentlər ilə əlaqəli tədqiqatlarına görə “ Nobel mükafatı alıb.1975-1980-ci illərdə London Kral Cəmiyyətinin prezidenti kimi fəaliyyətini davam etdirib.1955-ci ildə ABŞ Milli Elmlər Akademiyasının [8], 1982-ci ildə isə SSRİ Elmlər Akademiyasının [9] əcnəbi üzvü seçilib.

Aleksander Robertus Todd 10 yanvar 1997-ci ildə Kembricdə vəfat edib.

Əsas işləri

Aleksander Robertus Toddun əsas əsərləri - nukleozidlərin və nuklein turşularının kimyasına dair - bu tip kimyəvi birləşmələrin quruluşu və sintezi üsulları haqqında müasir fikirlərin əsasını təşkil edib. A.R.Todd sintetik üzvi kimya, təbii birləşmə kimyası və B12 vitamininin quruluşu və sintezi də daxil olmaqla digər tədqiqatlar da aparmışdır.

Şəxsi həyatı

1937-ci ildə Aleksander Robertus Todd, 1936-cı il Nobel mükafatı laureatı olan Henri Hallet Dalenin qızı Alison Sarah Dale ilə evləndi. Bu nigahdan onun bir oğlu Alexander Henry və iki qızı Helen Jean və Hilari Alison olub. Onun həyat yoldaşı Alison Sarah Dale 1987-ci ildə vəfat edib.[10]

İctimai fəaliyyəti

1992-ci ildə “İnsanlığa Xəbərdarlıq” [11] imzaladı.

Mükafatları

  • 1949-cu ildə - Devi medalı
  • 1954-cü ildə - Bayker mühazirəsi
  • 1955-ci ildə - Kral medalı
  • 1957-ci ildə - Nukleozidlər və nuklein turşuları üzrə tədqiqatlara görə kimya üzrə Nobel mükafatı
  • 1963-cü ildə - Silliman mühazirəsi
  • 1966-ci ildə Robert Robinson Mükafatı
  • 1970-ci ildə - Kopli medalı
  • 1978-ci ildə - SSRİ Elmlər Akademiyasının M.V.Lomonosov adına Böyük Qızıl medalı

İstinadlar