Alfred Vegener

Alfred Lothar Vegener (1 noyabr 1880 Berlin, 1930 noyabr Qrenlandiya) — alman geoloq və meteoroloqu.Astronomiya, meteorologiya, geologiya sahələrində çalışmışdır. Materiklərin dreyfi nəzəriyyəsini irəli sürmüşdür. Vegener bu mövzu haqda ilk fikirlərini 1912-ci ildə söyləmişdir. "Qitə və okeanların mənşəyi" əsərini 1915-ci ildə çap etdirmişdir. Vegener bu əsərində bütün qitələrin əvvəllər Pangeya adı altında birləşdiyini, sonradan parçalanıb dağılaraq hazırkı yerini tutduğunu yazmışdır.

Alfred Vegener
Doğum adıAlfred Lothar Wegener
Doğum tarixi
Doğum yeriBerlin, Almaniya İmperiyası
Vəfat tarixi
Vəfat yeriClarinetania, Qrenlandiya
Elm sahəsigeologiya
İş yerləri
Təhsili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Berlində doğulan Vegener 1904-cü ildə astronomiya sahəsində doktorluq dərəcəsi aldı. Bundan başqa geologiya, meteorologiya, klimatologiya sahələrilə maraqlandı. Hava səyahətlərini izləyə bilmək üçün hava şarlarının istifadəsinə rəhbərlik etdi. 1930-cu ildə Qrenlandiyaya tədqiqat məqsədi ilə getdiyi səyahət vaxtı öldü.

Həmçinin bax

Xarici keçidlər