Alina Gözəlova

Alina Gözəlova (16 fevral 2006) — Azərbaycanı təsmil edən bədii gimnast.

Alina Gözəlova
Şəxsi məlumatlar
Tam adıAlina Gözəlova
Vətəndaşlığı
Doğum tarixi (18 yaş)
İdman növüBədii gimnastika
Karyera illəri2020—
MəşqçisiMariana Vasileva
Nigar Əbdüsəlimova
KomandasıOcaq İdman Klubu

Həyatı

Alina Gözəlova 2006-cı il fevralın 16-da anadan olub.[1]

Karyerası

Alina Gözəlova 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.[1]

Daha sonra Alina Gözəlova 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[1] Həmçinin Alina Gözəlova Polşada beynəlxalq turniri və Azərbaycan Çempionatını bürünc medalla başa vurdu.[1]

2023-cü ildə isə Alina Gözəlova AGF Trophy beynəlxalq turnirinin qalibi oldu və Azərbaycan Çempionatını gümüş medalla başa vurdu.[1]

İstinadlar