Arsak

Arsak (erm. Արցախ[1]) və ya Orxistena (yun. Ὀρχιστηνή[2]) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, CəbrayılŞuşa rayonlarının ərazisini əhatə etmişdir.

Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi.

Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar.[3] E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının[4] Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın BizansSasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır.

X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır. Həsən-Cəlal sülaləsinin idarə etdiyi Xaçın knyazlığı müxtəlif dövrlərdə Şəddadilər dövləti, Gürcüstan çarlığı, Azərbaycan Atabəyləri, Hülakülər, AğqoyunlularSəfəvilərdən vassal asılılığında olmuş, lakin varlığını XVI əsrə qədər davam etdirmişdir.

Yerləşməsi və adı

VII əsr mənbəsi olan Aşxaratsuytsa görə Arsak 12 əyalətə bölünürdü: Myus-Haband, Vaykunik, Berdadzor, Mets-Arank, Mets-Kvenk, Harçlank, Muxank, Piank, Parzkank, Sisakan-Voskan, Kust-i-Parnes və Kolt.[5] Lakin, bu vilayətlərin dəqiq yerləşmə sərhədləri bəlli deyil, həmçinin, sonrakı dövrlərə aid mənbələrdə onların bir çoxunun adı çəkilmir.[6] Bəzi mənbələrdə Arsakın vilayətlərinin sayı 13 və ya 14 olaraq qeyd edilir.[7]

Tarixi mənbələrdə Uti vilayəti ilə bağlı müxtəlif məlumatlar saxlanmışdır:

Strabon — e.ə. I əsr - b.e. I əsri:

...Favena, həmçinin Komisena və çoxlu sayda süvari ordu verən Orxistena da Ermənistan əyalətidir.[8]

Ptolemey — B.e. I-II əsrlər:

Böyük Ermənistan şimalda Kolxida, İberiya və Kiros çayı boyunca Albaniya ilə sərhədlənir.[9]

Movses Xorenatsi — B.e. V-VI əsrlər:

Bunun ardınca o, böyük və əzəmətli, əhalisi çox olan şimal-şərq diyarında, geniş düzənliyi kəsən Kür adlı böyük çay boyunca ərazilərə hökmdar təyin edir, müdriklik və ağıl işlərində birinci olan Aranı hakim elan edir. Lakin, Sisak insanları haqqında da bil, çünki, biz bu böyük və adlı-sanlı tayfanı birinci kitabda qeyd etməyi unutmuşuq - onlara Alvan düzənliyi - dağlara dağru uzanan, Erasx çayından Xnarakert adlandırılan qalaya kimi - miras qalmışdır. Ölkə isə onun "Alvaniya" adlandırıldı, çünki onu, xoş xasiyyətinə görə "alu" adlandırırdılar. Onun varislərindən biri, görkəmli və cənur Draya parfiyalı Valarşak tərəfindən hakim-on minbaşı təyin edildi. Deyirlər ki, utilər, Qardman knyazlığı sakinləri, savdeylər və qarqarlar onun nəslindən gələnlərdir.[10]

Moisey Kalankatlı — B.e. VII əsr:

Və hər gün Tanrıya xidmətindən ilham alaraq o, müqəddəslərin xatirəsi üçün ibadət edirdi. Bundan sonra o (III Mömün Vaçaqan), istehkamları çox olan və hakimiyyəti altında olan Arsakın əhalisinə əmr etdi ki, onlar bütlərə ibadətdən, onlara qurban verməkdən və bütpərəst mərasimdən əl çəksinlər.[11]

Tarix

Dağlıq Qarabağ tarixi

Bu məqalələr ölkə seriyasındandır
Tarixdən əvvəlki dövr
Azıx mağarası
Şuşa mağarası
Xocalı-Gədəbəy mədəniyyəti
Qədim tarix
Arsak
Qafqaz Albaniyası
Orta əsrlər
Xaçın knyazlığı
Artsak krallığı
Müasir dövr
Xəmsə məliklikləri
Qarabağ bəylərbəyliyi
Qarabağ xanlığı
Gülüstan müqaviləsi
Yelizavetpol quberniyası
Azərbaycan-Ermənistan müharibəsi
Azərbaycan SSR
(Dağlıq Qarabağ Muxtar Vilayəti)
Hazırda
Qarabağ müharibəsi
Qondarma Dağlıq Qarabağ Respublikası

Dağlıq Qarabağ portalı
Tunc dövrünə aid Xocalı kurqanlarından aşkarlanmış üzərində mixi yazılarla Assuriya kralı III Adad-nirarinin adı yazılmış muncuq. Azərbaycan Tarix Muzeyi

Geğarkunik mərzinin Aşağı Zağalı kəndindən aşkarlanmış II Sardurinin (e.ə. VIII əsr) mixi yazılı Urartu kitabəsində Geqam gölünün cənub-şərqində Urtexe və ya Urtexini adlı ölkənin yerləşməsi xatırlanır: "Tanrı Haldi öz silahı ilə yürüşə çıxaraq Arkukini ölkəsinə qalib gəldi. Sarduri deyir: hücum edərək Arkukini ölkəsini işğal etdim. Urtexini ölkəsinə kimi çatdım."[12][13] Erməni tarixçilərinin fikrincə "Urtexini" adı, sonrakı dövrə aid yunan dilli mənbələrdə qeyd edilən "Orxistena" (yun. Ὀρχιστηνή) və qədim erməni dilli mənbələrdə qeyd edilən "Arsak" (erm. Արցախ) toponiminin prototipi ola bilər.[14][15]

Urartu mixi yazılarında Arsak ərazisində həm də Piruaini ölkəsi xatırlanır ki, tədqiqatçı A. Petrosyan bu ölkənin adını Het panteonundan az bilinən tanrılardan biri Pirva ilə əlaqələndirir.[16] Qarakilsə şəhəri ərazisindən aşkarlanmış Urartu hökmdarı II Argişti (e.ə. VIII-VII əsrlər) dövrünə aid mixi yazılı kitabədə xatırlanan Amuşa şəhərini, italyan urartuşünas Mario Salvini müasir Xankəndi şəhərinin yeri ilə lokallaşdırır.[17] Salvininin fikrincə, Qarakilsə kitabəsi Urartu sərhədlərinin müasir Qarabağ istiqamətinə genişləndiyini göstərir.[18]

E.ə. VI əsrdə ərazi Midiya dövlətinin daha sonra isə Əhəmənilər dövlətinin tərkibinə qatılmışdır.[19] E.ə. VII-VI əsrlərdə Arsak ərazisi Qafqazda skif çarlığı - İşkuzanın tərkibinə qatılmışdır.[20] Cənubi Qafqazda skiflərin məskunlaşdığı ərazilər cənub-şərqdə Midiya, cənubda Manna dövləti, qərbdə Urartu dövləti, şimalda isə, qədim mənbələrdə Çola kimi qeyd edilən, həmçinin qədim dövrlərdən "Qafqazın Qapısı" və ya Masqutlar ölkəsi adlandırılan ərazi ilə sərhədlənirdi.[21] Tədqiqatçıların ortaq fikrinə görə İşkuza ərazisi cənubda Urmiya gölünün şimalından başlamış, şimalda kür çayına kimi uzanmış, ehtimal ki, Mil düzünü də əhatə etmişdir.[22][23][24]

R. Hyusenin fikrincə Arsakın yerli əhalisi qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar.[25] A. Petrosyanın fikrincə Arsakın ilkin əhalisi arasında həm də hetluvi dillərinə yaxın dillərdə danışan tayfalar ola bilərdi.[26] E.ə. I əsrin sonları - b.e. I əsrin əvvəllərində əraziyə sakların axını baş verir.[21]

Movses Xorenatsi[10]Moisey Kalankatlının[27] verdiyi məlumata görə, e.ə. I əsrdə Parfiya hökmdarı I Vologez Arranı Araz çayından Xunan qalasına kimi geniş ərazinin hökmdarı təyin edir. Arran Arranşahlar sülaləsinin əsasını qoyur və Alban Arşakilərindən I Vaçaqan hakimiyyətə gələnə kimi bu sülalənin 34 hökmdarı Qafqaz Albaniyasında hökm sürmüşdür.[28]

Əksər tarixçilərin fikrinə görə Böyük Ermənistanın şərq sərhədləri e.ə. II əsrdə hökmdar I Artaşesin yürüşləri zamanı Kür çayına qədər genişləndirilmişdir. Bu zaman I Artaşes Araz sahillərində ermənilərin yaşadığı əraazilər[29], həmçinin Kür sahillərində albanlar, utilər, qarqarlar, savdeylər, saklar və digər tayfaların yaşadığı əraziləri ələ keçirmişdir.[30] Bəzi tədqiqatçılar qeyd edirlər ki, bu yürüşlərin həyata keçirildiyi zaman mərkəzləşdirilmiş alban dövləti mövcud deyildi və alban dövlətinin mərkəzləşdirilməsi e.ə. II əsrin sonları[31] və ya e.ə. I əsrin ortalarına[32] aid edilir.

IV əsrin 50-ci illərində Hökmdar Urnayrın rəhbərliyi ilə albanlar Kür çayının sağ sahilində bir sıra vilayətlərdə hakimiyyəti yenidən özlərinə qaytarırlar.[33] V əsrdə yaşamış erməni tarixçi Favstos Buzandın verdiyi məlumata görə, qısa müddət sonra Böyük Ermənistan sparapeti Muşeq Mamikonyan qaytarılmış yürüş edərək yenidən bu əraziləri Böytük Ermənistan hökmdarına tabe edir və "Kür çayını əvvəl olduğu kimi Albaniya və Ermənistan arasında sərhəd edir." [34]

387-ci ildə Ermənistanın Sasanilər və Bizans imperiyaları arasında bölünməsi zamanı Uti və Arsak əyalətləri Sasanilərdən vassal[35] asılılığında olan Qafqaz Albaniyasının tərkibinə qatılır.[36] VII əsrə aid Aşxaratsuyts adlı erməni mənbəsində yazılır: "...albanlar ermənilərdən bu əyalətləri aldılar: Şikaşen, Qardman, Kolt, Zave və bunlardan başqa Araksın Kürə töküldüyü yerə qədər 20 əyalət".[37]

Arsakın Myus-Haband əyaləti ərazisindəki Amaras monastırı alban hökmdarı III Mömün Vaçaqanın göstərişi ilə Müqəddəs Qriqorisin məzarı üzərində inşa edilmiş, sonradan hökmdar özü də monastır ərazisində dəfn olunmuşdur.

Ananiya Şirakatsinin məlumatına görə, Arsakın Vaykunik əyalətində - indiki İstisu ərazisində Qafqaz Albaniyası hökmdarlarının hamam kompleksi yerləşirdi.[38] Qafqaz Albaniyasında xristianlığı təbliğ edən Müqəddəs Qriqoris 334-cü ildə Maskut və ya Paytakaran ərazisində şəhid edilir. Bundan sonra onun cəsədi Arsakın Myus-Haband əyalətindən olan ardıcılları tərəfindən gətirilərək, əyalət ərazisində dəfn edilir.[39] 489-cu ildə Qafqaz Albaniyası hökmdarı III Mömün Vaçaqanın göstərişi ilə Müqəddəs Qriqorisin məzarı üzərində Amaras monastırı inşa edilmişdir (başqa bir varianta görə Vaçaqan monastırı bərpa etdirmişdir).[40] V əsrdə Qafqaz Albaniyası hökmdarı II Vaçenin göstərişi ilə Arsak ərazisində Beşikdağ kilsəsi inşa edilmişdir.[41] V əsrin sonlarında Arsak ərazisindəki Aluen şəhəri yaxınlığında III Mömün Vaçaqanın təşkilatçılığı ilə Alban Həvari Kilsəsinin Aluen Kilsə Məsclisi təşkil edilmiş və Mömün Vaçaqanın kanonları qəbul edilmişdir.й[42]

822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra [43] Aranilər sülaləsindən olan Səhl ibn Sunbat Yuxarı Arsak – Xaçın ərazisini ələ keçirir, qısa müddətdə isə Arranın böyük hissəsini özünə tabe edir.[44] Səhldən sonra ərazidə onun nəslindən gələn Hovannes, AtrnersehQriqor Hammam hakimiyyətdə olmuşlar. "Albaniya knyazı"[45] titulunu qəbul etmiş Qriqor Hammam hakimiyyəti dövründə keçmiş Qafqaz Albaniyası ərazisinin böyük bir hissəsini, o cümlədən Uti, ŞəkiKambisena ərazilərini də özünə tabe etmişdi. X əsrdə[46] Arsak ərazisində xristian feodal dövləti olan Xaçın knyazlığı yaranır.

XIV əsrdən başlayaraq köçəri türk tayfalarının təsiri ilə Araz və Kür çayları arasındakı geniş dağlıq və düzənlik ərazilər mənbələrdə Qarabağ dalandırılmağa başlayır.[47] Lakin, vassal vəziyyətində olsa da və hakimiyyətləri yalnız xristian əhaliyə aid edilsə də, Xaçın knyazları təxminən XVII əsrə kimi hakimiyyətlərini saxlaya bilirlər. XVII əsrdə Arsak ərazisində Xəmsə məliklikləri formalaşır.[48][49]

İstinadlar

Ədəbiyyat

  • Акопян, Т. Х.; Мелик-Бахшян, Ст. Т.; Барсегян, О. Х. Словарь топонимов Армении и прилегающих областей. Ереван: Изд-во Ерев. ун-та. 1986.
  • Hewsen, R. H. The Geography of Ananias of Širak: Ašxarhacʻoycʻ, the Long and the Short Recensions. Reichert. 1992.
  • Alishan, Ghevond. Արցախ [Artsʻakh] (erməni). Tʻosunyan, G. B. tərəfindən tərcümə olunub. Yerevan State University Publishing House. 1993. 5–6. ISBN 5-8084-0221-2.
  • Dowsett, C. J. F. The Albanian Chronicle of Mxit'ar Goš (Bulletin of the School of Oriental and African Studies, C. 21, № 1/3). 1958. səh. 472—490.
  • Бартольд, В. В. Сочинения / Отв. ред. тома А. М. Беленицкий (Т. III). Москва: Наука. 1965.
  • Большая советская энциклопедия (Т. 2.). Советская энциклопедия. 1970. İstifadə tarixi: 30 oktyabr 2022.
  • Canard, M.; Cahen, Cl.; Deny, J. Arminiya (Encyclopaedia of Islam, I cild). Leiden: BRILL. 1986. səh. 634—650.
  • Diakonoff, I. M. Media // Gershevitch, Ilya (redaktor ). The Cambridge History of Iran: Volume. 2. Kembric: Cambridge University Press. 1985. ISBN 978-0-521-20091-2.
  • К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. — Москва-Ленинград: Издательство Академии наук СССР, 1959. — 389 с.
  • Мамедова, Фарида. Политическая история и историческая география Кавказской Албании: (III в. до н. э.—VIII в. н. э.). Баку: Элм. 1986.
  • Мамедова, Фарида. Кавказская Албания и албаны. Баку: Центр Исследований Кавказской Албании. 2005.
  • Кемал Алиев. Античная Кавказская Албания. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1992. — 238 с.
  • З. И. Ямпольский. Вопросы истории Кавказской Албании. Сборник статей. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1962.

Həmçinin bax