Azərbaycanın iqtisadi rayonları

Azərbaycanın iqtisadi rayonlarıAzərbaycanın iqtisadi-coğrafi cəhətdən rayonlaşdırılması. Azərbaycanın iqtisadi rayonlaşdırılması aşağıdakı kimidir[1].

İqtisadi rayonlar

Map ref.İqtisadi rayonSahəsi (km2)ƏhalisiQısa məlumat
1Abşeron-Xızı5420578800Abşeron, Xızı rayonlarını və Sumqayıt şəhərini əhatə edir.

Əsas sənaye sahələri neft-kimya, kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi, tikinti sənayesi.

2Gəncə-Daşkəsən5270611300Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarını, GəncəNaftalan şəhərlərini əhatə edir.
3Şəki-Zaqatala8969543400Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarını əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.

4Lənkəran-Astara6140926500Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarını əhatə edir.

Əsas sənaye sahəsi: qida sənayesi.

5Quba-Xaçmaz6960498400Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarını əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.[2]

6Mərkəzi Aran6619792027Ölkənin ən böyük iqtisadi rayonu. Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarını və Mingəçevir şəhərini əhatə edir.[3]
7Qarabağ7253,5628200Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarını və Xankəndi şəhərini əhatə edir.
8Şərqi Zəngəzur7470341200Kəlbəcər, Qubadlı, Zəngilan, LaçınCəbrayıl rayonlarını əhatə edir.
9Dağlıq Şirvan6060287800Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarını əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.

10Naxçıvan5550414900Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, ŞahbuzŞərur rayonlarını və Naxçıvan şəhərini əhatə edir.

Əsas sənaye sahələri: yüngül sənaye və qida sənayesi.

11Bakı21402204200Bakı şəhərini əhatə edir. Azərbaycanın əsas iqtisadi mərkəzlərindən biridir.

Əsas sənaye sahələri: beynəlxalq ticarət, neft emalı, kimya, maşınqayırma, yeyinti, toxuculuq sənayesi.[4] Hərbi sənaye, yüksək texnologiyalı sənaye və informasiya texnologiyaları inkişaf etdirilir. [5]

12Qazax-TovuzAğstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarını əhatə edir.
13Mil-Muğan5670513770Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarını əhatə edir.
14Şirvan-SalyanBiləsuvar, Hacıqabul, Neftçala, Salyan rayonlarını və Şirvan şəhərini əhatə edir.

1991–2021-ci illərdə mövcud olmuş iqtisadi rayonlar

  1. Abşeron
  2. Quba-Xaçmaz
  3. Dağlıq Şirvan
  4. Şəki-Zaqatala
  5. Aran
  6. Gəncə-Qazax
  7. Yuxarı Qarabağ
  8. Kəlbəcər-Laçın
  9. Lənkəran
  10. Naxçıvan

Həmçinin bax

Mənbələr

İstinadlar