Nazirlər Kabineti (Azərbaycan)

Öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.
(Azərbaycan Respublikası Nazirlər Kabineti səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycan Respublikasının Nazirlər KabinetiAzərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.

Nazirlər Kabineti
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti
Ümumi məlumatlar
ÖlkəAzərbaycan Azərbaycan
YurisdiksiyaAzərbaycan Respublikası
Yaradılma tarixi7 fevral 1991
Əvvəlki qurumAzərbaycan SSR Nazirlər Soveti
TabelikAzərbaycan Prezidenti
Baş qərargahBakı Bakı
ÜnvanSəbail rayonu, M.Lermontov 68
Rəhbərlik
Baş nazirƏli Əsədov
Baş nazirin birinci müaviniYaqub Eyyubov
Baş nazirin müavinləriƏli Əhmədov
Şahin Mustafayev
Rəsmi saytıcabmin.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.

Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.

Tarixi

Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı.

1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.

Nazirlər Kabinetinin statusu

Azərbaycan Konstitusiyasının 114-cü maddəsi Nazirlər Kabinetinin statusu haqqındadır.

  • I. Azərbaycanın Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycanın Nazirlər Kabinetini yaradır.
  • II. Azərbaycanın Nazirlər Kabineti Azərbaycan Prezidentinin yuxarı icra orqanıdır.
  • III. Azərbaycanın Nazirlər Kabineti Azərbaycanın Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
  • IV. Azərbaycan Nazirlər Kabinetinin iş qaydasını Azərbaycanın Prezidenti müəyyənləşdirir.
Azərbaycan Konstitusiyasının 114-cü maddəsi

Azərbaycan Konstitusiyasının 115-ci maddəsi Nazirlər Kabinetinin üzvləri haqqındadır.

  • Azərbaycan Nazirlər Kabinetinin tərkibinə Azərbaycanın Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Azərbaycan Konstitusiyasının 115-ci maddəsi

Nazirlər Kabinetinin səlahiyyətləri

Azərbaycan Konstitusiyasının 119-cu maddəsi Nazirlər Kabinetinin səlahiyyətləri haqqındadır.

  • Azərbaycan dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycanın Prezidentinə təqdim edir;
  • Azərbaycan dövlət büdcəsinin icrasını təmin edir;
  • maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin edir;
  • dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
  • dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
  • nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
  • Azərbaycan Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Azərbaycan Konstitusiyasının 119-cu maddəsi

Nazirlər Kabinetinin üzvləri

Vəzifə
Vəzifəli
Partiya
Vəzifədədir
Baş nazir və müavinləri
Azərbaycanın Baş naziriƏli ƏsədovYeni Azərbaycan Partiyası08.10.2019
Baş nazirin birinci müaviniYaqub Eyyubov14.02.2003
Baş nazirin müaviniƏli Əhmədov22.10.2013
Baş nazirin müaviniŞahin Mustafayev22.10.2019
Nazirlər
Daxili İşlər NazirliyiVilayət EyvazovBitərəf20.06.2019
Ekologiya və Təbii Sərvətlər NazirliyiMuxtar BabayevYeni Azərbaycan Partiyası24.04.2018
Energetika NazirliyiPərviz ŞahbazovBitərəf12.10.2017
Fövqəladə Hallar NazirliyiKəmaləddin Heydərov06.02.2006
Ədliyyə NazirliyiFərid Əhmədov27.02.2024
Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiSahil BabayevYeni Azərbaycan Partiyası22.04.2018
Gənclər və İdman NazirliyiFərid QayıbovBitərəf07.09.2021
İqtisadiyyat NazirliyiMikayıl Cabbarov24.10.2019
Kənd Təsərrüfatı NazirliyiMəcnun Məmmədov14.04.2023
Maliyyə NazirliyiSamir Şərifov18.04.2006
Mədəniyyət NazirliyiAdil Kərimli14.04.2023
Müdafiə NazirliyiZakir Həsənov22.10.2013
Müdafiə Sənayesi NazirliyiMədət Quliyev20.06.2019
Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyiRəşad Nəbiyev11.10.2021
Səhiyyə NazirliyiTeymur Musayev19.01.2022
Elm və Təhsil NazirliyiEmin Əmrullayev27.07.2020
Xarici İşlər NazirliyiCeyhun Bayramov16.07.2020
Komitələrin sədrləri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət KomitəsiBahar MuradovaYeni Azərbaycan Partiyası11.03.2020
Diasporla İş üzrə Dövlət KomitəsiFuad MuradovBitərəf24.04.2018
Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiRamin MəmmədovYeni Azərbaycan Partiyası08.04.2024
Dövlət Gömrük KomitəsiŞahin BağırovBitərəf14.02.2023
Dövlət Statistika KomitəsiTahir BudaqovYeni Azərbaycan Partiyası14.08.2015
Dövlət Şəhərsalma və Arxitektura KomitəsiAnar QuliyevBitərəf08.01.2020
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiRövşən Rzayev22.04.2018
Xidmətlərin rəisləri
Dövlət Miqrasiya XidmətiVüsal HüseynovYeni Azərbaycan Partiyası24.04.2018
Dövlət Sərhəd XidmətiElçin QuliyevBitərəf31.07.2002
Dövlət Təhlükəsizliyi XidmətiƏli Nağıyev20.06.2019
Xarici Kəşfiyyat XidmətiOrxan Sultanov14.12.2015
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiMürsəl İbrahimov17.04.2023
Agentliyin sədrləri
Dövlət Turizm AgentliyiFuad NağıyevBitərəf24.04.2018
Qida Təhlükəsizliyi AgentliyiQoşqar Təhməzli24.04.2018

Tabe qurumlar

Dövlət Tərcümə Mərkəzi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycanda müxtəlif sahələrdə tərcümə işini mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparan dövlət qurumudur.

Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır[1].

Terminologiya Komissiyası

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumudur.

Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər