Böyük Kolumbiya


Böyük Kolumbiya (isp. Gran Colombia) və ya Kolumbiya Respublikası (isp. República de Colombia) – Venesuela, Yeni Qranada RespublikasıEkvatorun müasir ərazilərini əhatə etmiş dövlət. Dövlətin quruçusu Simon Bolivar, Latın Amerikasında yaşayan yerli xalqları, vahid şəkildə birləşdirmək məqsədi ilə BKR adlı dövlət yaratmışdır. Dövlətin qurulmasına qarşı çıxan İspaniya dərhal hərbi müdaxiləyə başlamışdır. 1819-cu ilə qədər davam edən silahlı mübarizənin sonunda, Simon Bolivar qalib gəlmiş və üç dövlətin birləşməsindən yaranan Böyük Kolumbiya Respublikasının müstəqilliyini rəsmən elan etmişdir.[1] Dövlətin ilk prezidenti olan Simon Bolivara BKR-in ən yüksək mükafatı Libertador (Xilaskar) ordeni verilmişdir. Birliyə daxil olan Venesuelanın digər iki dövlət üzərində üstünlük əldə etmək istəməsi, tərəflər arasında fikir ayrılığına səbəb olmuşdur. 1830-cu ildə Venesuela, Yeni Qranada RespublikasıEkvadorun formalaşması ilə Böyük Kolumbiya Respublikasının fəaliyyətinə fikir ayrılığı səbəbindən son qoyulmuşdur.

Tarixi dövlət
Böyük Kolumbiya
(isp. República de Colombia)
BayraqGerb
BayraqGerb
← 
 
 
 
1819 — 1831

PaytaxtBoqota
Dilləriispan dili
Rəsmi dilləriispan dili
Dövlət dinikatolisizm
Ərazisi
  • 2.172.609 km² (1822)
  • 2.519.954 km² (1825)
Əhalisi
  • 2.469.000 nəf. (1825)
İdarəetmə formasıRespublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar