Basilevs

Basilevs (yun. βασιλεύς) — tarixdə müxtəlif monarxların daşıdığı yunan termini və tituludur. Mənası hökmdar, kral deməkdir. Titulun istifadəsinin ən məşhur nümunəsi kimi Bizans imperatorlarını göstərmək olar, ancaq titulun istifadəsinin tarixi Qədim Yunanıstana gedib çıxır.

Titulun qadın üçün istifadə edilən formaları — Basilissa (Βασίλισσα), Basileia (Βασίλεια), Basilis (Βασιλίς), və ya arxaik Basilinna (Βασιλίννα) kraliça mənasına gəlir.[1]

İstinadlar