Baxşəli Baxşəliyev

Azərbaycan SSR maliyyə naziri (1970–1987)

Baxşəli Həsənəli oğlu Baxşəliyev (20 avqust 1920, Bərdə, Cavanşir qəzası12 noyabr 1987, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR maliyyə naziri (1970–1987).

Baxşəli Baxşəliyev
20 avqust 1970 – 13 oktyabr 1987
ƏvvəlkiQurban Xəlilov
SonrakıBədir Qarayev
bayraq
Azərbaycan SSR maliyyə nazirinin birinci müavini
bayraq2
1968 – 1970
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBərdə, Cavanşir qəzası, Azərbaycan SSR
Vəfat tarixi (67 yaşında)
Vəfat yeriBakı, Azərbaycan SSR, SSRİ
Partiya Sov.İKP (1958)
Fəaliyyətiməmur
UşağıGövhər Baxşəliyeva

Təltifləri"Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1982

Həyatı

Baxşəli Həsənəli oğlu Baxşəliyev 20 avqust 1920-ci ildə Bərdə şəhərində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə 1937-ci ildə burada orta məktəb kitabxanaçısı kimi başlamışdır. 1940-cı ildən rayon maliyyə şöbəsinin baş inspektoru, baş mühasibi, nəzarət-təftiş idarəsinin Bərdə rayonu üzrə nəzarətçi-müfəttişi vəzifələrində işləmişdir.[2] Ali təhsilini Ümumittifaq Qiyabi Maliyyə İnstitutunda almışdır.[3]

1954-cü ildə Baxşəli Baxşəliyev Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə keçirilmiş, sonra isə nəzarət-təftiş idarəsinin şöbə rəisi olmuşdur.[4] 1961–1968-ci illərdə Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 1968-ci ildən isə Azərbaycan SSR maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. Baxşəli Baxşəliyev 1970-ci ildən 1987-ci ilədək Azərbaycan SSR maliyyə naziri olmuşdur.[1]

Baxşəli Baxşəliyev 8–11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş[5]Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX və XXXI qurultaylarında (1971-ci ildən[6]) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. İki dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri və SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.[2]

Baxşəli Baxşəliyev 12 noyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.[1]

İstinadlar