Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı

Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı)[1]BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir.[2] Üzv dövlətlərin sayı 189-dur.[3] Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur.

Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
ÜƏMT
ing. World Intellectual Property Organization
Loqonun şəkli
Növüİxtisaslaşdırılmış agentlik
Yaranma tarixi14 iyul 1967
Rəsmi dili
MərkəziCenevrə, İsveçrə
Üzvləri187 dövlət
www.wipo.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir.

Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur. Baş assambleya təşkilatın siyasətinin müzakirə olunması, büdcəsinin təsdiq edilməsi və 6 il müddətinə baş direktorun seçilməsi üçün ildə iki dəfə toplanır. Beynəlxalq büro ÜƏMT-i katibliyidir, ona baş direktor rəhbərlik edir, beynəlxalq qeydiyyat xidmətlərinin işinə rəhbərliyi həyata keçirir.

İstinadlar

Xarici keçidlər