Binə (Xocavənd)

Xocavənd rayonunda kənd

Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

Binə
39°34′59″ şm. e. 46°54′05″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.102 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 752 nəf. (2005)
Xəritəni göstər/gizlə
Binə xəritədə
Binə
Binə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır[4]) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır.[5]

Tarixi

Tarixi abidələri

Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar №Abidənin adıTarixiYerləşdiyi ünvanNövüƏhəmiyyət dərəcəsi
4331Məbəd[6]XVIII əsrBinə kəndiMemarlıqYerli

Coğrafiyası və iqlimi

Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında[7], Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə[4], Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir[7].

Əhalisi

İlDaimi əhaliKişilərQadınlar
1999[8]XXXXXXXXXXXX
2009[9]↗XXXX↗XXXX↗XXXX

İqtisadiyyatı

İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var[7].

Mədəniyyəti

İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu[7].

Təhsil

İşğaldan qabaq kənddə orta məktəb, kitabxana, uşaq bağçası var idi[7].

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

İşğaldan qabaq kənddə tibb məntəqəsi var idi[7].

İstinadlar

Xarici keçidlər