Bing

BingMicrosoft tərəfindən qurulan bir axtarış sistemidir. İlk dəfə "Microsoft" şirkətinin baş direktoru Stiv Balmer tərəfindən təqdim olunmuşdur.

Bing
Loqonun şəkli
URLbing.com
Tipiİnternetdə axtarış sistemləri
SahibiMicrosoft
Açılma tarixi3 iyun 2009
Alexa reytinqi
  • 28 (16 oktyabr 2021)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2009-cu ilin ilk yarısında sınaq işlərinə başlayan və ictimaiyyətə adı əvvəl Kumo olaraq elan olunan Bing, "vərdişləri dəyişdirmə" iddiasıyla yola çıxdı. Bing sistemində ən əhəmiyyətli yeniliyin, veb-saytlarına keçid vermənin xaricində alt başlıqlar halında məlumatların də listələnməsi oldu. Windows Live Search axtarış sisteminin yerini alması və Google rəqib olması gözlənilən Bing, 1 iyun 2009 tarixində "beta" (sınaq) yayımıyla xidmətə qoşuldu.Bing axtarış sistemi 58 dildə istifadə edilə bilir. www.discoverbing.com adlı saytda təqdimatı edilən Bing'in bir fərqli xüsusiyyəti də hər gün dəyişən arxa plan rəsmidir.

İstinadlar

Xarici keçidlər