Bir dəfə Amerikada (film, 1984)

Bir dəfə Amerikada1984-cü ildə rejissor Serco Leonenin çəkdiyi film. ABŞ-İtaliya istehsalıdır.

Bir dəfə Amerikada
ing. Once Upon a Time in America
Janrcinayət filmi[1], fleşbək filmi[d], dram filmi, roman ekranlaşdırması[d], qanqster filmi[d], tarixi film, dram
Əsas mövzumütəşəkkil cinayətkarlıq[d]
Rejissor
Prodüser
  • Arnon Milçen[d]
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
İstehsalçılarRegency Enterprises[d]
DistribütorNetflix
İlk baxış tarixi1984, 12 oktyabr 1984[6]
Müddət229 dəq., 227 dəq.
Büdcə30.000.000 $
Gəlir5.321.508 $
Ölkələr
Dilingilis dili[7]
Rəngrəngli
Çəkiliş yeriParis, Nyu-York, Monreal, Nyu Cersi, Florida, Venesiya, Komo
IMDbID0087843
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film haqqında

Rejissor Serco Leonenin 1984-cü ildə çəkdiyi və baş rollarda Robert de NiroCeyms Vudsun oynadığı film…

Film 1920 və 30-cu illərdə Nyu-York qanqsterlərinin həyatından bəhs edir. Film Harri Qreyin məşhur “The Hoods” əsəri əsasında çəkilib. Orijinal versiyası 4 saat 29 dəqiqə davam edən film 1984-cü ildə Kann Film Festivalında müsabiqədən kənar nümayiş etdirildi. Filmi ABŞ-də göstərmək üçün ondan filmi montaj etmək və qısaltmaq tələb olundu. Nəticədə 2 saat 19 dəqiqəlik film alındı. Bu isə uğursuzluqla nəticələndi. Film 5 BAFTA , 2 Qızıl Qlobusa namizəd oldu. Çox təəccüblü olsa da, film heç bir Oskar nominasiyası əldə etmədi. Bunu bəlkə də ABŞ-də ekranlara çıxan qısa və uğursuz versiya ilə əlaqələndirmək olar. Film həmçinin sonradan məşhur aktrisaya çevriləcək Cennifer Konellinin film debütü idi.

Film 1920-60-cı illər arasındakı hadisələri əsasən xatirələrlə əks etdirir. Devid “Noodles” Aaronson kasıb ailədən olan və həyat uğrunda mübarizə aparan uşaqdır. Daha sonra Maks Berkoviçlə görüşən Devid digər uşaqların da qoşulduğu kiçik dəstə yaradırlar. Devid digər dəstənin başçısı Baqsini öldürdüyünə görə həbs edilir. Həbsdən azad olduqdan sonra o, Maksla yenidən birləşir və qanqster fəaliyyətinə davam edir.

Rollarda

  • Robert de Niro — David 'Noodles' Aaronson
  • James Woods — Maximilian 'Max' Bercovicz
  • Elizabeth McGovern — Deborah Gelly
  • Tuesday Weld — Carol
  • Treat Williams — James Conway O'Donnell
  • James Hayden — Patrick 'Patsy' Goldberg
  • Joe Pesci — Frankie Minaldi
  • Larry Rapp — 'Fat' Moe Gelly
  • Danny Aiello — Police Chief Vincent Aiello
  • William Forsythe — Philip 'Cockeye' Stein
  • Burt Young — Joe
  • Darlanne Fluegel — Eve
  • Dutch Miller — Van Linden
  • Robert Harper — Sharkey
  • Richard Bright — Chicken Joe

İstinadlar


Xarici keçidlər