Bon festivalı

Bon festivalı (yap. お盆) - Yaponlar tərəfindən əcdadlarının ruhlarını şərəfləndirmək üçün təşkil edilən festival. 500 ildən çoxdur ki, Yaponiyada qeyd edilən bayram Bon-Odori adlı ənənəvi rəqsdin meydana səbəb olmuşdur.[1] Bon festivalı adətən qeyri-iş günləri təşkil edilir. 3 gün davam festivalda musiqi-rəqs vəhdəti ilə yanaşı müxtəlif əyləncələrdə təşkil edilir. Müasir dövrdə festival bir çox ölkələrin iştirakı ilə də keçirilir. Yapon ənənələlərinə görə festival müddətincə vəfat etmiş insanların ruhları öz ailələrini və evlərini ziyarət edirlər. Bu səbəblə evlərin qapılarının qarşısında ruhları qarşılamaq məqsədi ilə tonqallar qalanır. Su hövzələrinə əcdadların ruhlarını təmsil etmək məqsədi ilə üzən şamdanlar buraxılır. Evlərin müqəddəs sayılan yerləri təmizlənir və ruhların rahatlıq tapmaqları üçün dualar edilir.[2]

Edo dövründə Bon festivalının qeyd edən ailə.

İstinadlar