Cənubi Georgiya və Cənubi Sendviç adaları

cənubi Atlantikada adalar qrupu

Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sendviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir.

Cənubi Georgiya və Cənubi Sendviç adaları
ing. South Georgia and the South Sandwich Islands
Bayraq[d]Gerb
Bayraq[d]Gerb

«lat. Leo Terram Propriam Protegat»

«Qoy şir öz torpağını qorusun»
Rəsmi dilləri
PaytaxtQryotviken
II Yelizaveta
Nigel Heyvud
Sahəsi
 • Ümumi4066 km²
Əhalisi
 • Əhali30 nəfər
Valyutafunt sterlinq
İnternet domeni.gs
ISO koduGS
Telefon kodu+500
Saat qurşaqları
Nəqliyyatın yönüsol[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sendviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir.

Cənubi Georgiya

Əsas məqalə: Cənubi Georgiya
Cənubi Georgiya
Kemberlend körfəzi, Tetçer yarımadası, Kinq Eduard Poynt və Qryutviken
Kral pinqvinləri Cənubi Georgiya adasında
Cənubi Georgiya, Cənubi Sandviç adaları və Böyük Britaniyanın Antarktika əraziləri

Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.

Adalar 1675-ci ildə Antoni de la Roşe tərəfindən kəşf edilmişdir. Adaların ilk xəritəsini 1775-ci ildə Ceyms Kuk tərtib etmişdir. Cənub-qərb hissəsini Faddey BellinshauzenMixail Lazarevin təşkil etdiyi ekspedisiya zamanı tətqiq edilmişdir (Annenkov adası, Poryadin burnu.). XVIII və XIX əsrlərdə adalarda britaniyalı və amerikalı suiti ovçuları yaşayırdı.

Daimi yaşayış məntəqəsi Qryotvikendir. Üstəlik burada Kinq Eduard Poynt və Berd Aylend elmi satansiyaları yerləşir. Qryotviken ilk əvvəl balina ovu bazası rolunu oynasada, 1982 - 2001 illərdə hərbi baza olmuşdur. Adada Cənubigeorgiya muzeyi yerləşir. Mövsümdən asılı olaraq 20-50 nəfər arasında əhali yaşayır. Yayda müvəqqəti stansiyaların hesabına əhalinin sayı artır.

Cənubi Sendviç adaları

Cənubi Sandviç adaları

Subantarktik qurşaqda yerləşən arxipelaq, Cənubi Georgiyadan cənub-şərqdə yerləşir. Arxipelaq çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın ümumi sahəsi 310 km²-dir.

Arxipelaq Cənubi Sandviç novunun kənarı boyunca, Cənubi Antil silsiləsi üzərində uzanır. Əsasən vulkanik suxurlardan ibarətdir. Ən hündür nöqtəsi Monteqyo adasında yerləşən Belinda dağıdır (1372 m)

İqlimi subantarktikdir, daimi küləklər əsir, il boyu yağıntı əsir.

Adaların ilk dəfə kim tərəfindən kəşf edilməsi dəqiq deyil. 1775-ci ildə Ceyms Kuk adalarda olmuşdur. Faddey BellinshauzenMixail Lazarevin təşkil etdiyi ekspedisiya zamanı dəqiq xəritələri tərtib olunmuşdur. Daimi qütb stansiyaları yoxdur.

Şaq qayası

Əsas məqalə: Şaq qayalıqları

Elə də böyük olmayan qaya parçası. Folklend adaları ilə Cənubi Georgiya arasında yerləşir.

Belə bir əfsanə vardır ki, qızılla dolu ispan gəmisi qaya yaxınlığında qəzaya uğramışdır. Son ekspedisiyalar bunu təsdiq etməmişdir.

Ruh adası adlandırılan Avrora adasının koordinatları ilə üst-üstə düşür.

Qayanın sahəsi 0,02 km² təşkil edir.

Mənbə

Həmçinin bax