Cənubi Georgiya

Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir

Cənubi Georgiya
ing. South Georgia,
Ümumi məlumatlar
Sahəsi3528 km²
Uzunluğu
  • 160 km
Eni30 km
Hündür nöqtəsi2934 m
Əhalisi23 nəfər (2001-ci il)
Yerləşməsi
54°19′00″ c. e. 36°41′00″ q. u.
Ölkə Cənubi Georgiya və Cənubi Sandviç adaları
Akvatoriya
[[Fayl:|280px|Cənubi Georgiya xəritədə]]
Cənubi Georgiya
Cənubi Georgiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həmdə Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır[1].

Ümumi məlumat

Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur. Yüksəklik əraziləri buzlaqlarla örtülüdür. Ən hündür nöqtəsi Peycet dağıdır (2934 m). Sahillərində suitilər və pinqivinlərin düşərgələri vardır. İqlimi subantarktikdir. Orta aylıq temperatur −1,5°S (iyul-avqust) və + 5,3°S (fevral) arasında dəyişir. İllik yağıntının miqdarı 1400–1500 mm arasında dəyişir. Hər zaman güçlü küləklər müşahidə edilir. Geoloji baxımından Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları və qayalıqların geniş yayıldığı Cənubi Antil silsiləsi eynidir.

Cənubi Georgiya arxipelaqı və qayalıqlar:

Ada/Qayalıq (az.)Ada/Qayalıq (en.)Sahəsi,
km²
Hündür nöqtəsi,
m
Koordinatlar
Adalar
1Annenkov adasıAnnenkov Island14,9365054°29′ c. e. 37°05′ q. u.
2Berd adasıBird Island3,9Roçer piki (365)54°00′ c. e. 38°03′ q. u.
3Velkom adalarıWelcome Islands8853°58′ c. e. 37°29′ q. u.
4Qrass adasıGrass Island0,26554°09′ c. e. 36°40′ q. u.
5Kuper adasıCooper Island3,041654°48′ c. e. 35°47′ q. u.
6Pikersqill adalarıPickersgill Islands54°37′ c. e. 36°45′ q. u.
7Triniti adasıTrinity Island54°00′ c. e. 38°10′ q. u.
8Uillis adalarıWillis Islands54°00′ c. e. 38°11′ q. u.
9Cənubi GeorgiyaSouth Georgia3528Peycet dağı (2934)54°15′ c. e. 36°45′ q. u.
Qayalıqlar
10Blək qayalıqlarıBlack Rocks54°08′ c. e. 36°38′ q. u.
11Blək qayasıBlack Rock53°39′ c. e. 41°48′ q. u.
12Klerk qayalıqlarıClerke Rocks55°01′ c. e. 34°41′ q. u.
13Şaq qayalıqlarıShag Rocks0,27553°38′ c. e. 41°48′ q. u.

XX əsrin əvvələrində adaya Şimal maralı gətirilmişdir. Onların sayı kütləvi şəkildə artmışdır. Ancaq maralçılıq ekosistemə ağır zərbə vurmuşdur. 2012-ci ildə Böyük Britaniya ekoloqları norveçlilərə müraciət etmişlər. Bunun nəticəsində 3 min maralın ovlanması qərara alınmışdır[2].

Tarix

Ada ilk dəfə ingilis taçiri Antoni de la Roşe tərəfindən 1675-ci ildə kəşf edilmişdir. Adaları ilk dəfə 1775-ci ildə Ceyms Kuk tərəfindən araşdırma aparılır. Adanın cənub-qərbi Faddey BellinshauzenMixail Lazaryev tərəfindən araşdılırır (Annenkov adası, Poryadin burnu və b.).

XVIIIXIX əsrlərdə adada Britaniya və amerikalı suiti və balina ovcularının yaşayış məntəqələri olmuşdur.

Folklend adalarıCənubi Sandviç adalarıda daxil olmaqla Cənubi Georgiya adasına iddia edir. 1905–1950 illərdə adada meteoloji stansiya fəaliyyət göstərirdi. Ada 1982-ci ildə Folklend müharibəsi zamanı bir necə günlüyünə Argentina tərəfindən ələ keçirilmişdir[3].

Əhalisi

Hal-hazırda Qryotvikendə daimi olaraq cəmi 23 nəfər, üstəlik qütb stansiyasında da daimi olmasada insanlar yaşayır. Yay ayları onların sayı 50 nəfəri keçir. 1982–2001 illərdə adada hərbi qarnizon fəaliyyət göstərmişdir.

Mədəniyyət və iqtisadiyyat

Keçmiş balina ovçu mərkəzi hazırda turistik mərkəz rolunu oynayır. Qryotvikendə muzey fəaliyyət göstərir. Ernest Şelktonun qəbri burada yerləşir.

Qalereya

İstinadlar

Mənbə