Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti


Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti[1] (CVRMİH, vyet. Chính phủ Cách mạng Lâm thời Cộng hòa miền Nam Việt Nam) — Şimali Vyetnam tərəfindən 8 iyun 1969-cu ildə Vyetnam Respublikasının (Cənubi Vyetnam) hökumətinə qarşı yaradılmış kölgə hökuməti, Sayqonun süqutundan sonra 30 aprel 1975-ci ildən 2 iyul 1976-cı ilə qədər Vyetnam Respublikası (vyet. Cộng hòa miền Nam Việt Nam) adlanmış de-fakto müstəqil ölkə. Onun yaradılmasında Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin nümayəndələri, eləcə də bir neçə kiçik qrup iştirak edirdi.

Tarixi dövlət
Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti
BayraqGerb
BayraqGerb
«Độc lập - Dân chủ - Hoà bình - Trung lập»

PaytaxtHoşimin
DilləriVyetnam dili
Rəsmi dilləri
Dövlət dinibuddizm, Konfutsiçilik, Daosizm
Ərazisi
  • 173.809 km²
Əhalisi
  • 19.400.000 nəf.
İdarəetmə formasırespublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CVRMİH əksər sosialist dövlətlər tərəfindən Cənubi Vyetnam hökuməti kimi tanınmışdır. O, 1973-cü il Paris sülh müqaviləsini həm Cənubi Vyetnamdan, həm də Şimali Vyetnamdan ayrı olan müstəqil bir qurum kimi imzalamışdır.[1] 30 aprel 1975-ci ildə Sayqonun süqutundan sonra Cənubi Vyetnam Respublikası adlanmış və Cənubi Vyetnamın nominal hökuməti olmuşdur. 2 iyul 1976-cı ildə Cənubi Vyetnam Respublikası və Şimali Vyetnam (Vyetnam Demokratik Respublikası) Vyetnam Sosialist Respublikasını yaratmaq üçün birləşmişdir.

Tarixi

1960-cı ildə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi yaradılmışdır. Sonrakı 9 il ərzində təşkilat Vyetnam Respublikası ərazisində müxalifət olaraq Sayqon rejiminə qarşı mübarizə aparmışdır. 8 iyul 1969-cu ildə Xalq Nümayəndələri Konqresi tərəfindən Cənubi Vyetnam Respublikasının Müvəqqəti İnqilabi Hökuməti yaradılmışdır. Çox vaxt hökumət Cənubi Vyetnamdan kənarda idi və özünü sürgündə olan bir hökumət kimi göstərmişdir.

30 aprel 1975-ci ildə Müvəqqəti Hökumətin qoşunları Sayqona daxil omuşldular. 2 iyul 1976-cı ildə Şimali və Cənubi Vyetnam birləşərək Vyetnam Sosialist Respublikasına yaratmışdır.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər