Sosialist dövlət

Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikasıkonstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən MarksizmLeninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər

Hal-hazırda beş ölkə özlərini sosialist dövlət elan edib.
  Özlərinin sosialist olduğunu iddia edən, lakin bazar iqtisadiyyatını dəstəkləyən dövlətlər.  Tamamilə sosialist dövlətlər.

Bir sıra dövlətlər MarksizmLeninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər.

Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur.

Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir. Avanqard partiya ölkəyə dövlətin kapitalist iqtisadiyyatını hökumətin idarə etdiyi kapital yığım ilə quraraq, ölkənin məhsuldar qüvvələrini gücləndirmək və dünya sosialist inqilabını dəstəkləmək üçün sosialist bir iqtisadiyyat qurmağın uzunmüddətli məqsədilə rəhbərlik edir.

Hal-hazırkı sosialist dövlətlər

Əsas məqalə: Sosialist ölkələrin siyahısı

Marksist–Leninist

AdEtibarənPartiyaPartiya sədriDövlət başçısıHökumət başçısı
 ÇXR[qeyd 1]1 oktyabr 1949Çin Kommunist PartiyasıSi Tsinpin
(2012-ci ildən (2012-ci ildən) etibarən)
Li Ketsyan
(2012-ci ildən (2012-ci ildən) etibarən)
 Kuba1 iyul 1966Kuba Kommunist PartiyasıRaul Kastro
(2006-cı ildən (2006-cı ildən) etibarən)
Miqel Dias-Kanel
(2018-ci ildən (2018-ci ildən) etibarən)
Raul Kastro
(2006-cı ildən (2006-cı ildən) etibarən)
 Laos2 dekabr 1975Laos Xalq İnqilab PartiyasıBunnyanq Voraçit
(2016-cı ildən (2016-cı ildən) etibarən)
Thonqlun Sisulit
(2016-cı ildən (2016-cı ildən) etibarən)
 Vyetnam2 iyul 1976Vyetnam Kommunist PartiyasıNquen Fu Çonq
(2011-ci ildən (2011-ci ildən) etibarən)
Çan Day Kuanq
(2016-cı ildən (2016-cı ildən) etibarən)
Nquen Suanq Fuk
(2016-cı ildən (2016-cı ildən) etibarən)

Qeyri-Marksist–Leninist

ÖlkəEtibarənHökumət forması
 Banqladeş11 aprel 1971Çoxpartiyalı parlamentli respublika
 Qayana6 oktyabr 1980Çoxpartiyalı prezident respublikası
 Hindistan18 dekabr 1976[1]Çoxpartiyalı federal parlamentli respublika
 Şimali Koreya9 sentyabr 1948Birpartiyalı mütləq monarxiya (De-fakto)
 Nepal20 sentyabr 2015Çoxpartiyalı federal parlamentli respublika
 Portuqaliya2 aprel 1976Çoxpartiyalı yarı-prezident respublikası
 Şri-Lanka7 sentyabr 1978Çoxpartiyalı yarı-prezident respublikası
 Tanzaniya26 aprel 1964Dominant partiyalı yarı-prezident respublikası

Qeydlər

İstinadlar