Cartoon Network

Cartoon Network (Abbreviaturası CN, korporativ adı The Cartoon Network, Inc.) - Turner Broadcasting System tərəfindən qurulan Amerikan kabel televiziyası və rəqəmsal peyk kanalıdır. 1 oktyabr 1992-ci ildən etibarən yayıma başlamışdır.

Cartoon Network
Loqonun şəkli
Ölkə
Yayım ərazisiABŞ ABŞ, Kanada Kanada, İspaniya İspaniya
Dilİngiliscə (İSP ilə İspanca dəstəkli)
Baş qərargahTechwood Drive, Atlanta, Corciya
Yaranma tarixi1 Oktyabr 1992
SahibiWarner Bros.
RəhbərlikTurner Broadcasting System
ŞüarAre You CN What We're Sayin
Qardaş kanallarAdult Swim, Boomerang, Boing, Cartoonito, Cinemax
Saytcartoonnetwork.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7-15 yaş arası uşaqlara və yeniyetmələrə müraciət etmək nəzərdə tutulsa da, gecə saatlarında, adətən 20:00-06:00 radələrində böyüklər və gənclər üçün Adult Swim kanalı fəaliyyət göstərir.

Kanalda macəra, animasiya, komediya kimi müxtəlif şoular da yayımlanır. 1994-cü ildə məşhur cizgi-filmi olan Space Ghost Coast to Coast-dən başlamış və Deksterin Labaratoriyası (ing. Dexter's Lab), Coni Bravo (ing. Johnny Bravo), İnək və Toyuq (ing. Cow and Chicken), Mən Veseləm (ing. I am Weasel), Güclü Qızlar (ing. Powerpuff Girls) , Ed, Edd və Eddy (ing. Ed, Edd and Eddy) Qorxaq İt (ing. Cowardly Dog) kimi cizgi filmləri ilə davam etmişdir.

Tarixçə

1980-ci ildə böyük televiziya şirkətinin sahibi olan Ted Törner, Turner Broadcasting System, MGMWarner Bros. karikatura kitabxanasını satın aldı. 1990-cı ildə Hannah-Barbera Productions animasiya studiyasını satın aldı. Kanalda əvvəlcə yuxarıda göstərilən studiyaların köhnə cizgi filmləri göstərildi. Sonradan, 1995-ci ildə kanal üçün cizgi filmləri hazırlanmağa başlandı.

1996-cı ildə Time Warner şirkəti satın aldı, sonra kanal Warner Bros. karikatura kitabxanasına daxil oldu. Time Warner, Hanna-Barberanın (indi Cartoon Network) istiqamətini dəyişdi. 2001-ci ildə böyük cizgi filmləri üçün "Adult Swim" adlı bir blok açıldı.

Şüarlar

Zaman irəlilədikcə, kanalın şüarlarında da ciddi dəyişikliklər baş tutdu.

  • The best place for cartoons! (Cizgi filmlər üçün ən yaxşı məkan!) (1 Oktyabr 1992 — 13 İyun 2004),
  • Screwy, ain't it? (Qəribədir, elə deyil mi?) (2 Sentyabr 1997 — 28 Sentyabr 2003),
  • This is Cartoon Network (Bu Cartoon Network-dur) (14 İyun 2004 — 2006),
  • Yes! (Hə!) (2006—2007),
  • Let's go (Getdik!) (2009 — 28 May 2010),
  • Check it! (Qiymətləndir!) (29 May 2010 — 12 Oktyabr 2016),
  • Oh My God! (Oh Mənim Allahım!) (12 Oktyabr 2016 — hal-hazırkı müddət)

Kanallar və yayımlandıqları ərazilər

Loqoları

İstinadlar

Bibliography

  • Mittell, Jason. Genre and Television: From Cop Shows to Cartoons in American Culture. Routledge. 2004. ISBN 978-0-415-96903-1.
  • Stabile, Carol A.; Harrison, Mark. Prime Time Animation:Television Animation and American culture. Routledge. 2003. ISBN 978-0-415-28326-7.