Ceki Çan

Ceki Çan (əsl adı "Chan Kong Sang 陳港生" və ya "Jackie Chan Sing Lung", 7 aprel 1954[1][2][…], Viktoriya zirvəsi[d], Britaniya Honkonqu[d][3]) – ÇinHollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu.[4]

Ceki Çan
ing. Jackie Chan
çin. 成龍
çin. 陳元龍
çin. 房仕龍
yue. 成龍
Doğum adı陳港生
陳港生
Doğum tarixi7 aprel 1954(1954-04-07)[1][2][…] (70 yaş)
Doğum yeri
  • Viktoriya zirvəsi[d], Britaniya Honkonqu[d][3]
Vətəndaşlığı
Fəaliyyətikinorejissor, komediyaçı, film prodüseri, müğənni, ssenarist, kaskadyor, kino aktyoru, xoreoqraf, cüdoçu, taekvondoçu, prodüser, rejissor
Fəaliyyət illəri1962-ci ildən
Boyu1,74 m
Mükafatları"Britaniya imperiyası" ordeni "Britaniya imperiyası" ordeni üzvü "İncəsənət və ədəbiyyat" ordeni kavaleri
IMDbID0000329
jackiechan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ceki Çan kasıb honqkonqlu ailəsində dünyaya göz açmışdır. Hətta onlar o, qədər kasıb idilər ki, öz övladlarının doğumunu yerinə yetirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Ancaq sonradan ailə Avstraliyada yerləşən Amerikanın səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu geriyə Honkonqa göndərdilər. Həmin illərdə Ceki Çinə gedərək Pekin Opera Akademiyasında təhsil almağa başladı. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Düzdür bunların hamısını tam bilməsə də, əsas odur ki, hər sahədən bir az da olsa məlumat yığmağı bacarmışdı. Bu təhsil ocağında Ceki digər oğlan uşaqları ilə birlikdə oxuyurdu. Həmçinin bu təhsil mərkəzində Ceki dissiplin, durmadan idman qaydalarını öyrənmək kimi müxtəlif yönlərini də inkişaf etdirdi. Demək olar ki, hər bir oğlan uşağı günün yarısından çoxunu idmanla və müxtəlif məşq növləri ilə vaxtlarını keçirirdilər, hətta hər gün saat günorta 5-dən tam gecə düşənə kimi məşq etmək məcburi idi. Əgər kimlərsə öz dərslərindən və verilən tapşırıqlardan geri qalırdısa, bu zaman həmin şəxs sərt şəkildə cəzalandırılır, bəzən isə cismani təzyiqə məruz qalırdı. Bütün bu struktur buradakı gənclərin cəsur, güclü ruha malik olması və durmadan özünü birinci görmək istəyən insanlara çevirirdi.

Film karyerası

Ceki Çan Kann Kinofestivalında

Belə məşqlərin daim edilməsi, məktəbi bitirən vaxt Ceki kimi gənclərin tez iş tapması ilə nəticələnirdi. Beləliklə, Ceki tezliklə bir çox kiçik filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başladı. Çox keçmədi ki, Ceki ətrafda ən yaxşı və qorxulu işləri yerinə yetirən dublyor kimi tanındı. Artıq o, Asiyada ən hündür tullanan insan kimi də məşhur olmuşdu. Bu Asiya kinomatoqrafiyasında ilk hadisə kimi tarixə keçdi və Cekini artıq tək dublyor kimi yox, hətta bir çox kinolarda ikinci sürətlərin də ifaçısı kimi istifadə etməyə başladılar. Ceki Çanın birinci əhəmiyyətli və baş rol təklifini isə 1973-cü ildə "Kvantunqun balaca pələngi" adlı filmi üçün alır. Brüs Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun əksi adlandırırdılar. Hətta rejissor Lo Vey ona "Sinq Lunq" adını da vermişdi. Bu adın mənası isə "əjdaha olmaq" kimi səslənirdi və bu ləqəblə əvvəllər Brüs Li tanınırdı.

Hollivud Şöhrət Xiyabanında Çanın ulduzu

Ceki Çanın yaratdığı komediya janrında döyüş filmləri uğur qazanmağa başladı. Xüsusilə, "Sərxoş usta" və "Qorxusuz kaftar" adlı filmlər həmin müddətdə çəkilən ilk kinolar idi. Bu filmlərlə birlikdə Ceki Çanın uğuru düşünülməz dərəcədə yüksəldi və o, Honkonqda ən bahalı aktyor adını qazanır. Bundan sonra o, özü ssenari yazmağa başladı və öz kinolarının rejissoruna çevrilərək, hətta onlara aid musiqilər də yazırdı. Ceki Çanı ABŞ–da demək olar ki, onun işlərini heç bir film işçisi tanımırdı. İngilis dilini bilməməsi isə onun öz filmlərindən normal şəkildə gəlir götürməyə belə imkan vermirdi. Bu səbəbdən Ceki Çanın ABŞ kino satışında göstərildiy filmləri uğur qazana bilmirdi.

1994-cü ildə MTV kanalı Çana kino mədəniyyətinə bəxş etdiyi həyati qiymətinə görə mükafat verdi və bundan sonra Ceki yenidən ikinci dəfə Amerikaya üz tutmağı qərarlaşdırdı. Həmin dövrdə Cekinin "New Line Cinema" və "Golden Harvest" şirkətlərinin birgə çəkdiyi "Bronksedəki mübahisə" adlı filmi rekord qazandı. Bunda sonra Cekiyə gələn təkliflər bir–birinin ardınca davam etməyə başladı və 1996-cı ildən etibarən "Miramax" adlı kino studiyası iki film çəkmək üçün Cekini dəvət etdi. "Detektiv" və "Sərxoş usta 2" onun ABŞ-də əldə etdiyi ilkin uğurlar sırasına qatıldı. 1997-ci ildə aktyor "İlk zərbə" adlı filmi ilə işə başladı. Bu kinoda Ceki Çan Honkonq polisini canlandırır və "FBI", Rusiya ilə birlikdə nüvə silahının dayandırılması uğrunda mübarizə aparır. Bundan sonra isə ekranlarda "Cənab yaxşı oğlan" adlı filmi görünməyə başladı. Ancaq ən böyük maraq oyadan, daha çox diqqət cəlb edən, pərəstişkarlar tərəfindən sevilən və tənqidçilər tərəfindən istifadə olunan kino film isə "Pik saatı" adlanırdı. Bu filmdə Ceki komediya rollarında daha çox oynayan amerikan aktyoru Kris Takerlə birlikdə oynamışdır. Hər ikisi polis obrazını canlandırır və Çindən olan Ceki ilə bu iş prosesində kolleqa olurlar.

Maliyyə cəhətdən bu filmdən heç də geridə qalmayan ikinci "Pik saatı" kinosu çəkildi. Həmin kino isə 2001-ci ildə tamaşaçıların diqqətinə buraxıldı və tam 10 həftə ümumi miqdarına görə 200 milyon dollara yaxın pulun qazanılması ilə nəticələndi. 2003-cü ildə "Yer ətrafında 80 günə səyahət" bədii filmin Berlində çəkilişləri zaman Ceki Çan demək olar ki, berlin ayılarını sevmişdir. Aktyor 100-dən çox ayı ilə fotoşəkil çəkdirmişdir[5]. Belə plakat yaradılmışdır. 2004-cü ildə Ceki Çan ayıların Honkonqa gəlməsini təşkil etmişdir[6]. Sərginin açılışında Ceki UNİCEF və uşaqlara yardım göstərən başqa iki təşkilatlar üüçün 1,5 milyon Hon Konq dolları məbləğində qəbzləri bağışlamışdır.

Şəxsi həyatı

Ceki Çan 1982-ci ildə Tayvanlı aktrisa Lin Feng-Jiao (Joan Lin) ilə evləndi. Eyni il oğlu oldu. Oğlu müğənni və aktyor Ceysi Çandır. 1990-cı ildə "Miss Asiya Gözəlik Yarışması"nın birincisi olan aktrisa Elayn Ng Lei 1999-cu ildə Ceki Çandan hamilə olduğunu açıqladı və cəmiyyət fərziyyələrindən sonra Ceki Çan ilə birgə yaşadığını eşitdirdi. Qısa müddət sonra Elaine Ng-nin 19 noyabr 1999-cu il tarixində Ng Çok Lam adında bir qız uşağı olur. Ceki Çan isə "Yalnız Dünyadakı hər adamın etdiyi bir səhv etdiyini" qəbul edərək cavab verdi. Ancaq Elaayn doğma atası olmadan qızının çarəsinə baxmağa qərar verdiyini açıqladı. Ceki Çan isə həmin qız övladı qəbul etmir.[7][8][9]

Yaradıcılıq üslubu

Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisədə daha zəif, tənbəl təsiri bağışlayırlar. Bununla əlaqədar o deyir ki, özünün sadə, səmimi, bir qədər də aciz görünən qəhrəmanlarını Bryus Linin coşqun enerjili savaşçılarının əksi kimi yaradıb. Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar. Çanın çəkdiyi və çəkildiyi filmlərdə, ümumiyyətlə, iki cəbhə var: yaxşılar və pislər. Ancaq sonda pislər bəzən haqsızlıqlarını etiraf edərək, yaxşıların qarşısında diz çökürlər. 2000-ci illərdən başlayaraq, Çan oynadığı filmlərdə daha çox qəhrəmanlıq süjetlərinə və musiqili səhnələrə yer verir. Bununla əlaqədar İtaliya mətbuatına verdiyi müsahibəsində Çan deyib ki, əsas məqsədi özünün həm məşhur döyüş aktyoru, həm də kino müğənnisi olduğunu tamaşaçıya çatdırmaqdır

Tryuklar ustası

Çan, adətən, çəkildiyi filmlərdə ən təhlükəli tryukları özü ifa edib. Əksər hallarda, başqa aktyorların tryuklarını da cəsarətlə ifa edib. Bununla belə, bəzi hallarda o özü də kaskadyorların yardımından istifadə etmək məcburiyyətində qalıb. Məsələn, "Smokinq" filmindəki tryukları onun yerinə yeddi kaskadyor ifa edib.

Ceki Çan risk dolu tryukları ifa edərkən dəfələrlə müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Buna görə dünyanın tanınmış sığorta şirkətləri Çana külli miqdarda pul ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən də onun adı sığorta şirkətləri tərəfindən qara siyahıya salınmışdı. Çanı tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən ağır zədəni isə 1986-cı ildə "Allahların uğurları" adlı filmdə çəkilərkən almışdı. Çəkilişlər zamanı ağacdan yıxılan aktyorun kəllə sümükləri sınmış və o, uzun müddət müalicə olunmuşdu. Buna baxmayaraq, Çan sonralar da təhlükəli tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız 2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina etdi.

Dünyanın məşhur kino aktyorları kimi, Ceki Çanın da Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu var.

Ləqəbləri

Çan da bir çox məşhurlar kimi müxtəlif adlarla çağırılıb. Anadan olanda çəkisi normadan artıq 5,5 kilo idi. Ona görə də anası ona Pao Pao (ət kütləsi) adını vermişdi. Opera məktəbində oxuyarkən isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi tamaşaçılar arasında daha çox Çen Yuen Lun adı ilə tanınırdı. Avstraliyada yaşayarkən dostları ona inşaat meydançasında işləyən fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi halında əbədi qaldı. Yeri gəlmişkən onu da deyək ki, aktyorun ata tərəfindən soyadı Fandır. Sonralar Çeki adı Fan Şilunla əvəz olundu. Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng, Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib.

Yüksək qonorar

Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi "Bronksda savaş" filminə görə 4 milyon, "Şanxayda gün yarı filminə" görə 5 milyon, 2001-ci ildə "Pik saatı-2"yə görə 15 milyon, 2007-ci ildə yenə də "Pik saatı −3"ə görə 15 milyon, 2008-ci ildə "Qadağan olunmuş çarlıq" filminə görə 5,89 milyon, 2010-cu ildə "Karate oğlan" filminə görə isə 7,9 milyon dollar qonorar alıb. Ümumiyyətlə, Ceki Çan 130 filmdə çəkilib.

Pop müğənni

Çan həmin dövrdə yalnız rəngarəng döyüş səhnələrini canlandıran kinoaktyor deyil, həm də pop müğənnisi kimi tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən artıq mahnıdan ibarət 20 albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Çan həm Çin dilinin Kanton, həm də Mandarin ləhcələrində həmçinin ingilis və yapon dillərində mahnıları peşəkarcasına ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Çanın filmlərində səsləndirilən mahnıların çoxunu onun özü bəstələyib. O: "Döyüş mənim həyatımdır. Mən döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm. Ancaq mən həm də yaxşı kino müğənnisiyəm və bunu dəfələrlə müxtəlif kinolarda oxuduğum mahnılarımla sübut etmişəm", -deyir.

Çan müğənni kimi 100-dən artıq ölkədə konsert verib və bu konsertlərdə salonlar ağzına kimi dolu olub. Düzdür, tanınmış musiqişünaslar Çanın orta səviyyəli müğənni olduğunu söyləyirlər. Onların fikrincə, Çanın verdiyi konsertlərə tamaşaçıların çox gəlməsi daha çox onun kino aktyoru kimi məşhur olması ilə əlaqədardır. Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən həvəslə alınmaqdadır. Onun bəzi mahnılarını isə dünya şöhrətli sənətkarlar ifa ediblər və buna görə dəfələrlə alqışlanıblar. Bununla belə, yenə də insaf naminə demək lazımdır ki, o, tamaşaçılar arasında məşhur kino aktyoru kimi daha çox tanınır.

Xeyriyyəçi Çan

Kasıb ailədə anadan olan Çan bu gün artıq dünyanın ən çox qazanan aktyorlarından biri hesab edilir. Milyonları olmasına baxmayaraq, Çan özünün kasıb keçmişini unutmur. Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə məşğul olur. Adətən, xeyriyyəçilik məqsədilə keçirilən bütün aksiyalarda həvəslə iştirak edən Çan bu məqsədlə yüz minlərlə dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunami və yenə də həmin ildə Çindəki su daşqınlarından zərər çəkənlərə böyük həcmdə maliyyə yardımları göstərib. 2004-cü ildə Honkonqda keçirilən beynəlxalq xeyriyyəçilik sərgisində Ceki Çan UNİCEF və iki beynəlxalq uşaq təşkilatının hesabına 4,14 milyon Honkonq dolları köçürüb.

Ceki Çan, həmçinin sunami və zəlzələdən zərərçəkmiş yapon xalqına 3.3 milyon dollar yardım göndərib. O, öz çıxışı zamanı belə deyib: "Məqsədim ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə qalmasın".

Son illərdə Ceki Çan çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o yenə də dünyanın ən məşhur kino aktyorlarından biri olaraq qalmaqda davam edir. Çanın nadir hallarda kinoya çəkilməsi onun haqqında bir neçə dəfə ölüm xəbərinin çıxmasına səbəb olub. Amma hər dəfə də məlum olub ki, Çan sağdır və onun az-az tamaşaçılarla görüşə gəlməsi vaxtının çox hissəsini ailəsinə həsr etməsi ilə bağlıdır.

Ceki Çan 12 noyabr 2016-cı ildə kinematoqrafiya sahəsində töhfələrinə görə "Oskar" mükafatına layiq görülüb. Təntənəli mükafatlandırma mərasimi Los-Ancelesdə keçirilib.[10].

Filmoqrafiya

İlFilmin Azərbaycan dilində adıOrijinal adıRolQeydlər
1962Böyük və Kiçik Vonq Tin Bar大小黄天霸 "Big and Little Wong Tin Bar"uşaq aktyor
1963Lyan Şanbo və Çju İntay梁山伯與祝英台 "The Love Eterne"uşaq aktyor
1966Kyu–Qlin əhvalatı秦香蓮 "The Story of Qin Xiang Lin"uşaq aktyor
Böyük sərxoş qəhrəman"Big Drunk Hero"uşaq aktyor
18 nizələr (birinci hissə)兩湖十八鏢(上集) "The Eighteen Darts (Part 1)"uşaq aktyor
18 nizələr (ikinci hissə)兩湖十八鏢(下集) "The Eighteen Darts (Part 2)"uşaq aktyor
1971Zen qorxusu俠女 "A Touch of Zen"uşaq aktyor
1972Qəzəbin yumruğu精武門 "Fist of Fury""kung fu student"
kaskadyor
aka "The Chinese Connection"
Hapkido合氣道 Hapkido"Black Bear student"
1973Əjdahanın çıxışı龍爭虎鬥 "Enter the Dragon""məhbus"
kaskadyor
Təkbuynuzun zərbəsi麒麟掌 "Fst of Unicorn"bandit
Kvantunqdan balaca pələng廣東小老虎 "The Cub Tiger from Kwangtung"Syao Hu
Sevgi yönü北地胭脂 "Facets of Love""Xiao Liu"
Ölümdən qorxmuram頂天立地 "Not Scared to Die""Si To" / "Shi Tzer"
Polis qadın女警察 "Police Woman"Ceki Çan
Kung fuçu qız鐵娃 "Kung Fu Girl"Chen Yuen Lung
Kiçik pələng廣東小老虎 "Little Tiger of Canton""Jackie" / "Ah Lung"
1974Qoşa K-nın yumruqları除霸 "Fists of the Double K"kaskadyoraka Fist to Fist

aka Hong Kong Face-Off

Qızıl Lotos金瓶雙艷 "The Golden Lotus"Qardaş Yun
1975Bütün ailə花飛滿城春 "All in the Family"Hsiao Tang
Brus Li və mən李小龍與我 "Bruce Lee and I"
Sürprizlərin sonu拍案驚奇 "No End of Surprises"Çen
Himalaylı密宗聖手 "The Himalayan"Kaskadyor
Gənc əjdahalar鐵漢柔情 "The Young Dragons"Aksion karoqrafi
1976Yeni qəzəbin yumruğu新精武門之精武拳" New Fist of Fury"Lunq
Ölümün rəqsi舞拳 "Dance of Death"
Şaolin adam少林木人巷 "Shaolin Wooden Men""Tiger"
kaskadyor
aka Shaolin Chamber of Death

aka Shaolin Wooden Men: Young Tiger's Revenge

Ölümün əli少林門 "Hand of Death"Tan Fenq
Qatil meteoritlər風雨雙流星 "Killer Meteors"Va-Vu Bin
1977Mübahisə ilə ölüm劍花煙雨江南 "To Kill with Intrigue"Cao Ley
1978Şaolinin ilan və durna döyüş sənətləri蛇鶴八步 "Snake & Crane Arts of Shaolin"Hsu Yiu Fonq
Möhtəşəm cangüdənlər飛渡捲雲山 "Magnificent Bodyguards"Lord Tinq Çunq
Qartal kölgəsində ilan蛇形刁手 "Snake in the Eagle's Shadow"Çien Fu
Sərxoş usta醉拳 "Drunken Master"Vonq Fei Hanqaka Drunken Monkey in the Tiger's Eyes
Mənəvi Kunq-Fu拳精 "Spiritual Kung Fu"Yi Lanq
Bir az Kunq–fu一招半式闖江湖 "Half a Loaf of Kung Fu"Usta Yianq
1979Qorxmaz kaftar笑拳怪招 "The Fearless Hyena"Şinq Lunq
Əjdaha yumruğu龍拳 "Dragon Fist"Tanq Hov Yuen
Sınmış barmaqlı usta廣東小老虎 "Master with Cracked Fingers"Ceki Çan
1980Gənc usta帥弟出馬 "The Young Master"Usta Lunq
Böyük döyüş殺手壕 "The Big Brawl"Ceri Kvan/Lunq
1981Top nüvəsi qaçışı砲彈飛車 "Cannonball Run"Çeki Çan
1982Lord Əjdaha龍少爺 "Dragon Lord"Əjdaha Ho/Lunq
Xüsusi tapşırıq迷你特攻隊 "Fantasy Mission Force"Sammi
1983Qorxmaz kaftar 2龍騰虎躍 "Fearless Hyena Part II"Çan Lunq
Qaliblər və günahkarlar奇謀妙計五福星 "Winners and Sinners""CID 07"
Layihə AA計劃 "Project A"Çavuş Ma Yue Lunq
1984Təkərlər üzərində qəlyanaltı快餐車 "Wheels on Meals"Tomas
Top nüvəsi qaçışı 2砲彈飛車2 "Cannonball Run II"Çeki Çan
1985Polis əhvalatı警察故事 "Police Story"Çan Ka-Kui
Əjdahanın ürəyi龍的心 "Heart of Dragon"Ted
Himayədar威龍猛探 "The Protector"Billi Vonq
Mənim xoşbəxt ulduzlarım福星高照 "My Lucky Stars"
Mənim xoşbəxt ulduzlarım 2夏日福星 "Twinkle, Twinkle Lucky Stars"
1987Tanrının zirehi龍兄虎弟 "Armour of God"Ceki
Layihə A 2A計劃續集 "Project A Part II"Əjdaha Ma
1988Polis əhvalatı 2警察故事續集 "Police Story 2"Çan Ka-Kui
Əbədi əjdahalar飛龍猛將 "Dragons Forever"Ceki Lunq
1989Möcüzələr奇蹟 "Miracles"Kuo Çen Vah
1990Alovlu ada火燒島 "Island of Fire""Lunq" /"Stiv Tonq" / "Da Çui"aka The Prisoner
1991Tanrının zirehi 2: Kondor əməliyyatı飛鷹計劃 "Armour of God II: Operation Condor"Ceki
1992Polis əhvalatı 3: Super polis警察故事III超級警察 "Police Story 3: Super Cop"Çan Ka-Kui
Əkiz əjdahalar雙龍會 "Twin Dragons"Con Ma
1993Polis əhvalatı 3: Super polis 2超級計劃 "Once a Cop"İnspektor Çan
Şəhər ovçusu城市獵人 "City Hunter"Rio Saeba
Detektiv重案組 "Crime Story"İnspektor Edi Çan
1994Sərxoş usta 2醉拳II "Drunken Master II"Vonq Fei Hunqaka The Legend of Drunken Master
1995İldırım vurması霹靂火 "Thunderbolt"Çan Foh To
Bronksedə mübahisə紅番區 "Rumble in the Bronx"Ma Hon Keunq
1996Polis əhvalatı 4: İlk zərbə警察故事IV之簡單任務 "Police Story 4: First Strike"Çan Ka Kui
1997Cənab yaxşı oğlan一個好人 Mr. Nice GuyÇeki
1998Mən kiməm?我是誰 "Who Am I?"Sam Vonq
Pik saatı火拼時速 "Rush Hour"Detektiv İnspektor Li
1999Möhtəşəm玻璃樽 "Gorgeous"C. N. Çan
2000Şanxayda günorta西域威龍 "Shanghai Noon"Çon Vanq
2001Təsadüfü casus特務迷城 "The Accidental Spy"Buk Yuen
Pik saatı 2火拼時速2 "Rush Hour 2"Detektiv İnspektor Li
2002Smokinq燕尾服 "The Tuxedo"Cimi Tonq
2003Şanxay cəngavərləri飛龍再生 "Shanghai Knights"Çon Vanq
Əkizlərin effekti千機變 "The Twins Effect"Ceki-Təcili yardım sürücüsü
Medalyon西域威龍2皇家威龍 "The Medallion"Eddi Yanq
2004Yer ətrafında 80 günə səyahət etmək環遊世界八十天 "Around the World in 80 Days"Lau Xinq
Əkizlərin effekti 2千機變 II – 花都大戰 "The Twins Effect 2"Vai Şinq
Yeni polis əhvalatı新警察故事 "New Police Story"İnspektor Çan Kvok Vinq
2005Mif神話 "The Myth"General Menq-Yi və Cek Çan
2006Rob-B-Hood寶貝計劃 "Rob-B-Hood"Fonq Ka Ho
2007Pik saatı 3火拼時速3 "Rush Hour 3"Dedektiv İnspektor Li
2008Qadağan olunmuş krallıq功夫之王 The Forbidden Kingdom Lu Yan/ Yaşlı Hop/ Sərxoş ölümsüz
Kunq-fu Panda功夫熊貓 "Kung Fu Panda"Usta Meymun (səsləndirmə)
2009Qanlı hesablaşma新宿事件 "Shinjuku Incident"Steelhead
Cekini axtarıram尋找成龍 "Looking for Jackie"Özü
Respublikanın quruluşu建國大業 "The Founding of a Republic"Li Yişen (müsahib)
2010Qonşudakı casus鄰家特工 "The Spy Next Door"Bob Ho
Böyük kiçik əsgər大兵小將 "Little Big Soldier"Böyük əsgər
Karateçi uşaq功夫夢 "The Karate Kid"Cənab Han
2011Şaolin新少林寺 "Shaolin"Vu Dao
Kunq-fu Panda 2功夫熊貓2 "Kunq Fu Panda 2"Usta Meymun (səsləndirmə)
1911-ci il Xinhai İnqilabı辛亥革命 "1911 Xinhai Revolution"Huanq Xinq
2012Tanrının zirehi 3: Çin təqvimi十二生肖 "Armour of God III: Chinese Zodiac"Ceki
2013Şəxsi dərzi私人订制 "Personal Tailor"kameo
Polis əhvalatı 2013警察故事 "Police Story 2013"Çua Çuy
2015Əjdahanın qılıncı天将雄狮 "Dragon Blade"sərkərdə Hu An
2016Kunq-Fu Panda 3"Kung Fu Panda 3"Usta Meymun (səsləndirmə)
Onun izi ilə絕地逃亡 "Skiptrace"Benni
Dəmir yolu pələngləri铁道飞虎 "Railroad Tigers"Ma Yuan
2017Tanrının yaraqları:Xəzinə axtarışında功夫瑜伽 "Kung-Fu Yoga"Cek
Əcnəbi"The Foreigner"Kvan
Qanlı polad機器之血 "Bleeding Steel"Lin Dun
2019Əjdaha möhürünün sirri牌之谜 "Viy 2: Journey to China"Usta
2020Avanqard急先锋 "Vanguard"Tanq Huantin

Özü haqqında

İlFilmin Azərbaycan dilində adıOrjinal adıQeyd
1998Ceki Çan: Mənim hekayəm"Jackie Chan: My Story"
1999Ceki Çan: Mənim tryuklarım"Jacckie Chan: My Stunts"

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

«Çin»
«Kino»
«Musiqi»
«İdman»
  • Jackie Chan, Jeff Yang. I Am Jackie Chan: My Life in Action. — Pan, 1999.
  • Renee Witterstaetter. Dying for Action. — Grand Central Publishing, 1997.
  • Curtis F. Wong, John R. Little. Inside Kung-Fu. — McGraw-Hill, 1998.
  • Darren F., Long B. Hong Kong Babylon. An Insider Guide to the Hollywood of the East. — L., 1997.
  • О. Ключарева. Джеки Чан. — Р-н/Д.: Феникс, 2004.

Xarici keçidlər