Corc Herbert Volker Buş

(Corc Herbert Uoker Buş səhifəsindən istiqamətləndirilmişdir)

Corc Herbert Volker Buş (ing. George Herbert Walker Bush; 12 iyun 1924[1][2][…], Milton[d], Massaçusets[5]30 noyabr 2018[3][4][…], Hyuston, Texas[6]) — Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti (1989–1993) və 43-cü vitse-prezidenti (1981–1989). Respublikaçılar partiyasının nümayəndəsidir. ABŞ-nin 43-cü prezidenti Corc Volker Buşun atasıdır.

Corc Herbert Uoker Buş
George Herbert Walker Bush
20 yanvar 1989 – 20 yanvar 1993
Vitse-prezidentDen Kueyl
ƏvvəlkiRonald Reyqan
SonrakıBill Klinton
20 yanvar 1981 – 20 yanvar 1989
PrezidentRonald Reyqan
ƏvvəlkiVolter Mondeyl
SonrakıDen Kueyl
Şəxsi məlumatlar
Doğum adıGeorge Herbert Walker Bush
Doğum tarixi12 iyun 1924(1924-06-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi30 noyabr 2018(2018-11-30)[3][4][…] (94 yaşında)
Vəfat yeri
Vəfat səbəbiParkinson xəstəliyi
PartiyaRespublikaçılar partiyası
TəhsiliYel Universiteti
Fəaliyyətisiyasətçi, donanma zabiti[d], diplomat, pilot, təşəbbüskar, avtobioqraf[d], dövlət xadimi
AtasıPreskot Buş
AnasıDoroti Uoker Buş
Həyat yoldaşıBarbara Buş
Uşaqlarıoğlanlar: Corc Uoker Buş, Ceb Buş, Neyl Buş, Marvin Buş
qızları: Polina Robinson, Doroti
AiləsiBuş ailəsi[d]
DiniProtestant-Yepiskopal
Hərbi xidmət
Qoşun növüABŞ hərbi donanması
Döyüşlər
RütbəsiKiçik Leytenant (HDQ)
Elmi fəaliyyəti
Elm sahəsisiyasət[7], Hökumət[7]

İmzanın şəkli
"Corc Buş prezident kitabxanası və muzeyi"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Corc H. U. Buş ilə Heydər Əliyev balıq ovunda

1924 ilində Milton, Massaçusetsdə dünyaya gəldi. Konnektikut əyaləti senatorlarından bankir Preskot Şeldon Buş (1895–1972) ilə Doroti(uoker) Buş (1901–1992) cütlüyünün oğludur. Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviç, Konnektikuta köçdü. Buş Qrinviçdə böyüdü; orada ve Andover'də (Massaçusets) özəl məktəblərində oxudu. Andover'dəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birlikləri'nde ehtiyat zabit oldu. II. Dünya müharibəsi ərzində (1942–44) Sakit okeandakı təyyarə gəmilərində bombardman pilotu oldu. Üstün Uçuş Nişanını qazandı.

1945 də Barbara Pirs ilə evləndi. Cütlüyün altı övladı oldu. Qrinviçdən qayıtdıqdan sonra Yel universitetinə qəbul oldu və 1948 də buradan məzun oldu. Atasının işində işləmək istəmədi, lakin atasının əlaqələri ilə Texasda Zapata Petroleum Corporation (1953) və Zapata Off-Shore Company (1954) kimi şirkətlərin qurucu ortağı oldu.

1959 dan etibarən Hyustonda Respublikaçılar partiyasında vəzifələndi.1964 də senato seçimlərində uğursuz oldu.1966 da Təmsilçilər məclisinə seçildi. Daha sonra bu postu tərk edərək 1970də senaro seçimlərinə qoşuldu və yenə uğursuz oldu.1973 də Buş water scandal ı zamanı Respublikaçı Partiyasının Beynəlxalq Komitəsinin prezidenti oldu. 1980-ci ildə namizədliyini ortaya qoymaq üçün kampaniya başlatsa da sonra Ronald Reyqana dəstək olmaq üçün öz namizədliyindən əl çəkdi.Ronald Reyqan prezident olduğu zaman isə prezident köməkçisi oldu.1984 də ikinci bir dönəm üçün yenidən seçildi. Ronald Reyqan bağırsaq əməliyyatı olduğu üçün ABŞ tarixində qısamüddətli prezidentlik vəzifəsinə yiyələnən ilk prezident katibi oldu.

1988-ci ildə prezident seçkilərində yunan əsilli rəqibi Maykl Dukakis qarşısında 54 faiz səs toplayaraq, 41-ci ABŞ prezidenti oldu.

Prezidentlik dövrü

Buş, Reyqanın izlədiyi siyasi yollarda ciddi bir dəyişikliyə baş vurmadı. SSRİ lideri Qorbaçovla bir neçə dəfə görüşərək qarşılıqlı silahsızlaşma haqqında danışıqlar apardı. 1992-ci ildə Demokratlar Partiyasının namizədi olan Bill Klintona məğlub oldu və siyasətdən birdəfəlik uzaqlaşdı.

Sonrakı illərdə

1993-cü ildə 2-ci Yelizaveta tərəfindən cəngavərlik titulu verildi.1993-ün aprelində Küveytə getdi.

İstinadlar

Xarici keçidlər