Corcone

Corcone (it. Giorgione; 1470-ci illər, Kastelfranko-Veneto[d], Venesiya Respublikası[1][3][…]1510[1][2][…], Venesiya, Venesiya Respublikası[1][3][…]) — İtaliya rəssamı.

Corcone
it. Giorgione
Doğum tarixi1470-ci illər
Doğum yeri
Vəfat tarixi1510[1][2][…]
Vəfat yeri
Vəfat səbəbitaun
Fəaliyyətirəssam, vizual incəsənət rəssamı
Janrlartarix rəssamlığı[1][3], portret[1][3], peyzaj[1][3], dini incəsənət[d][1], [3], dini rəssamlıq[d][3], janr rəssamlığı[3]
StillərYüksək İntibah[4], İntibah dövrü[1][4]
Tanınmış işləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradıcılığı

Venesiya məktəbinin sonrakı inkişafı Corconenin adı ilə bağlıdır. Onun yaradıcılığı Renessans incəsənətinin son mərhələsinə təsadüf edir. Corconenin əsərləri insanda incə və lirik hisslər oyadır. Bu isə ona görədir ki, onun ən məşhur əsərlərində, məsələn, "Yudif", "Üç filosof", "Tufan" və başqalarında insan və mənzərələr bir-birini tamamlayır və gözəl bir harmoniya yaradır.

Corcone yaradıcığının mərkəzində duran insanla təbiətin ahəngdar vəhdəti onun "Yatan Venera" tablosunda daha dolğun təcəssüm olunmuşdur. Drezden Qalereyasının qiymətli incilərindən sayılan bu əsər dünya incəsənətində çılpaq qadın bədəninin ən gözəl nümunələrindən biridir.

İstinadlar