Dünya Rəqəmsal Kitabxanası

Dünya Rəqəmsal Kitabxanası — 21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org.

Dünya Rəqəmsal Kitabxanası
World Digital Library
Loqonun şəkli
URLwdl.org
Tipielektron kitabxana
DilləriMultilinqualizm
SahibiABŞ ABŞ
Açılma tarixi21 aprel, 2009
Hazırkı statusuonlayn
Alexa reytinqi
  • 43.543 (11 avqust 2020)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rusispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir.

Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.[2]

Mənbə

Xarici keçidlər