Dağlıq Qarabağ Muxtar Vilayəti

Azərbaycan SSR tərkibində mövcud olmuş muxtar vilayət
(DQMV səhifəsindən istiqamətləndirilmişdir)
Bu məqalə Dağlıq Qarabağ Muxtar Vilayəti haqqındadır. Dağlıq Qarabağ üçün Dağlıq Qarabağ səhifəsinə baxın.


Dağlıq Qarabağ Muxtar Vilayəti (azərb-kiril. Дағлыг Гарабағ Мухтар Вилајәти) — Azərbaycan SSR-in Dağlıq Qarabağ bölgəsində 1923–1991-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. Dağlıq Qarabağ Muxtar Vilayətinə Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhəri daxil olmuşdur.[3]

muxtar vilayət
Dağlıq Qarabağ Muxtar Vilayəti
ukr. Нагірно-Карабаська автономна область
ukr. Автономна область Нагірного Карабаху
 
 

PaytaxtXankəndi
Ən böyük şəhərXankəndi
Rəsmi dilləriAzərbaycan dili
Ərazisi4.388 kv.km[1] (1.694 sq mi)
Əhalisi187.769[2]
Tarixi
 • 1747Qarabağ xanlığının yaradılması
 • 15 yanvar 1919Qarabağ general-qubernatorluğunun yaradılması
 • 7 iyul 1923Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması
 • 26 noyabr 1991Azərbaycan Respublikası tərəfindən muxtariyyətlik statusunun ləğv olunması

Tarixi

1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır.[4]

1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası "DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" qərar qəbul etdi.

Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir, lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır.[5]

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur[6]. Həmin qanuna əsasən "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılmış, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri – Xankəndi şəhəri, Mardakert şəhəri – Ağdərə şəhəri, Martuni şəhəri – Xocavənd şəhəri, Mardakert rayonu – Ağdərə rayonu, Martuni rayonu – Xocavənd rayonu adlandırılmış, Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir. XankəndiŞuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.

"Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarı[7]. ilə Ağdərə rayonu ləğv edilmiş və onun ərazisi Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürülmüşdür.

İnzibati ərazi quruluşu

DQMV-nin inzibati xəritəsi (1989)

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü:

  • 1. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.
  • 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi.
  • 3. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.
  • 4. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi;
  • 5. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi;

Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür:

  • Ceraberd,
  • Martuni,
  • Xankəndi,
  • Dizaq,
  • Şuşa.

Göründüyü kimi, Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Xankəndiyə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir, lakin N. S. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.[8]

DQMV-nin inzibati ərazi vahidləri (1989)
İnzibati ərazi vahidinin adıƏrazisinin sahəsi (km2)[9][10]Əhalisinin sayı 1989[11]
1Xankəndi şəhəri1656 705
2Şuşa rayonu28920 374
3Əsgəran rayonu92020 954
4Ağdərə rayonu1 70547 047
5Xocavənd rayonu77928 202
6Hadrut rayonu67914 487
Cəmi:4 388187 769

Əhalisi

DQMV-nin etnik xəritəsi (1989)
  Ermənilər yaşayan ərazilər
  Azərbaycanlılar yaşayan ərazilər
  Yaşayış olmayan ərazilər (dağlar, əkin sahələri və s.)
1926–1989-cu illər ümumittifaq siyahıyaalınmasına əsasən DQMV əhalisinin sayı və etnik tərkibi
Xalqlar1926[12]
nəfər
%1939[13]
nəfər
%1959[14]
nəfər
%1970[15]
nəfər
%1979[16]
nəfər
%1989[17]
nəfər
%
Toplam125159100,00%150837100,00%130406100,00%150313100,00%162181100,00%189085100,00%
Ermənilər11169489,24%13280088,04%11005384,39%12106880,54%12307675,89%14545076,92%
Azərbaycanlılar[18]1259210,06%140539,32%1799513,80%2717918,08%3726422,98%4068821,52%
Ruslar5960,48%31742,10%17901,37%13100,87%12650,78%19221,02%
Ukraynalılar350,03%4360,29%2380,18%1930,13%1400,09%4160,22%
Belaruslar120,01%110,01%320,02%350,02%370,02%790,04%
Yunanlar680,05%740,05%670,05%330,02%560,03%720,04%
Tatarlar60,00%290,02%360,03%250,02%410,03%640,03%
Gürcülər50,00%250,02%160,01%220,01%170,01%570,03%
Digərləri1510,12%2350,16%1790,14%4480,30%2850,18%3370,18%
DQMV-yə daxil olan inzibati ərazi vahidləri üzrə əhalinin etnik tərkibi (1979)[19][20][21][22]
İnzibati-ərazi vahidiƏhalinin toplam sayıErmənilərAzərbaycanlılarDigərləri
Xankəndi ş. ə/d38 948 (100%)33 898 (87,0%)4 303 (11,0%)747 (1,9%)
Ağdərə rayonu44 586 (100%)37 050 (83,1%)7 050 (15,8%)486 (1,1%)
Əsgəran rayonu20 094 (100%)14 772 (73,5%)5 231 (26,0%)91 (0,5%)
Şuşa rayonu16 019 (100%)2 881 (18,0%)12 955 (80,9%)183 (1,1%)
Hadrut rayonu14 792 (100%)12 489 (84,4%)2 239 (15,1%)64 (0,4%)
Xocavənd rayonu27 742 (100%)21 986 (79,3%)5 486 (19,8%)270 (1,0%)

Rəhbərlər

İcraiyyə Komitəsi

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri:

SıraAd və soyadBaşlanğıc tarixiBitmə tarixi
1
Armenak Nikitinoviç Qaragözov
(1890–1938)
7 iyul 19236 noyabr 1923
2
Ərşad Xudayarqulu oğlu Məhərrəmov
(1887–1935)
6 noyabr 19231 dekabr 1923
3
Armenak Nikitinoviç Qaragözov
(1890–1938)
1 dekabr 19231 noyabr 1928
4
Məşədi Səlim İbrahimov
(1871–1937)
1 noyabr 19287 mart 1930
5
İslam Abdulla oğlu Hacıyev
(1889–1938)
7 mart 19305 sentyabr 1931
6
Əsədulla Telman oğlu Cəfərov
(1897-?)
5 sentyabr 193130 sentyabr 1935
7
Suren Mirzəyeviç Badamyan
(1890–1938)
30 sentyabr 193530 sentyabr 1937
8
Hayk Avetisoviç Qarqaryan
(1904–1988)
30 sentyabr 193715 aprel 1939
9
Şura Tağıverdi oğlu Həsənov
(1900–1940)
15 aprel 19391 dekabr 1940
10
Qriqori Serqeyeviç Petrosyan
1 dekabr 19405 iyul 1944
11
Muşeq Avakoviç Qriqoryan
(1900–1970)
5 iyul 194426 oktyabr 1945
12
Yeqişe Semyonoviç Akopov
(1902-?)
26 oktyabr 19457 iyul 1951
13
Şamilqulu Zabir oğlu Məmmədov
(1895–1961)
7 iyul 195120 may 1953
14
Paşa Asaturoviç Aruşanov
(1916–2004)
20 may 19538 may 1954
15
Ruben Tevosoviç Şahramanyan
(1914–1930)
8 may 195425 iyul 1963
16
Muşeq Qriqoroviç Ağacanyan
(1924–1952)
25 iyul 196318 fevral 1974
17
Armais Əmiroviç Aslanov
(1923–1992)
18 fevral 197430 avqust 1988
18
Semyon Amayaqoviç Babayev
(1932)
30 avqust 19887 iyul 1991
19
Leonard Georgiyeviç Petrosyan
(1953–1999)
7 iyul 199123 noyabr 1991

Həmçinin bax

İstinadlar

Mənbə

Xarici keçidlər