Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri

bok resmi

Dağlıq Qarabağın ətrafında Ermənistan işğalı altında olan Azərbaycan əraziləri – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi.[1]

  Dağlıq Qarabağ
  Onun ətrafındakı 7 rayon
Zolaqlı sahələr − erməni separatçıları tərəfindən iddia edilən ərazilərdir (12.05.1994–27.09.2020)

Ərazilər haqqında ümumi məlumat

12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar:

  • Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir.
  • Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci il tarixində Laçın şəhəri, ZabuxSus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[3]
  • Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.[4]
  • Cəbrayıl rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı, 2-ci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhərinin işğaldan azad edildiyi Azərbaycan Prezidenti tərəfindən bəyan edilmişdir.
  • Zəngilan rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 29.10.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. 2020 Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun inzibati mərkəzi olan Zəngilan şəhərinin işğaldan azad edildiyi Prezidenti Əliyev tərəfindən bəyan edilmişdir.
  • Ağdam rayonu — 1993-cü ildə ərazisinin 77 faizi (o cümlədən 23.07.1993 tarixində rayon mərkəzi) işğal olunub. Üçtərəfli bəyanatın şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə[2] qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 22 noyabr tarixində Azərbaycan Ordusu tərəfindən Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edildiyi Prezidenti tərəfindən bəyan edilmişdir.
  • Füzuli rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 23.08.1993 tarixində rayon mərkəzi) işğal olunmuşdur. Horadiz əməliyyatı zamanı ərazinin üçdə ikisi (yaşayış məntəqələrinin üçdə biri) işğaldan azad edilmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində isə qalan bütün ərazisi işğaldan azad edilimişdir. 17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhərinin işğaldan azad edildiyi Prezident tərəfindən bəyan edilmişdir.

İşğal olunmuş ərazilərin sahəsi və əhalisi


İşğal olunmuş DQMV ərazisi (açıq qırmızı rənglə göstərilib) və ətraf rayonların xəritəsi (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən)
1. Kəlbəcər rayonu
2. Laçın rayonu
3. Qubadlı rayonu
4. Zəngilan rayonu
5. Cəbrayıl rayonu
6. Füzuli rayonu
7. Ağdam rayonu
Birinci Qarabağ müharibəsi (1988–1994) nəticəsində Azərbaycanın tam və ya bir hissəsi işğal olunmuş və 27.09.2020-ci i tarixinədək işğal altında qalmış inzibati ərazi vahidləri (1988-ci ildə mövcud olmuş inzibati ərazi bölgüsünə əsasən)
İnzibati ərazi vahidinin adıƏrazisinin ümumi sahəsi (km2)[5]Ərazisinin Ermənistan nəzarətinə keçmiş hissəsi, km2Ərazisinin Ermənistan nəzarətində keçmiş hissəsi, %-ləÜmumi əhalisi 1989[6]
1DQMV4388 km24388 km2100%187769
2Kəlbəcər rayonu1936 km21936 km2100%43,713
3Laçın rayonu1835 km21835 km2100%47,339
4Qubadlı rayonu802 km2802 km2100%28,110
5Zəngilan rayonu707 km2707 km2100%32,698
6Cəbrayıl rayonu1050 km21050 km2100%49,156
7Füzuli rayonu1386 km2462 km233%89,417
8Ağdam rayonu1094 km2842 km277%131,293
Cəmi13,198 km212,022 km291%609,495
DQMV ətrafında olan, ərazisi tam və ya qismən işğal olunmuş rayonların əhalisinin etnik tərkibi, % (nəfər), 1979[7][8]
AzərbaycanlılarErmənilərLəzgilərRuslarKürdlərCəmi
Kəlbəcər rayonu99,5% (40,329)0,1% (49)0,1%(30)0,1% (46)0.1 (4)100% (40,516)
Laçın rayonu94,5% (44,665)0,1% (34)0,1% (23)0,1% (28)5,2% (2,437)100% (47,261)
Qubadlı rayonu95,5% (26,537)0,1% (26)0.1% (21)1,4% (312)0100% (26,673)
Cəbrayıl rayonu98,5% (42,415)0.1% (41)0,1% (33)1% (434)0100% (43,047)
Zəngilan rayonu97,6% (28,685)0.1% (35)0,1% (19)2,0% (590)0100% (29,377)
Füzuli rayonu96,6% (73,464)1.1% (833)0,1% (39)2,0% (1,544)0100% (76,013)
Ağdam rayonu99,0% (107,493)0.4% (387)0,1% (95)0,4% (398)0100% (108,554)
Cəmi97,9% (363,588)0,4% (1,405)0,1% (260)0,9% (3,352)0,7% (2,441)100% (371,441)

İstinadlar