Dalğa Arena

Dalğa Arena və ya sponsorluq razılaşmasına əsasən Liv Bona Dea Arena[1]Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011-ci ildə FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt , Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə) , Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həm də Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionu FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 Azərbaycanın bir tanıtım stadionlarındandır.[2][3][4][5]

Dalğa Arena stadionu
Xəritə
Tam adıAFFA Futbol Mərkəzi
YeriBakı, Azərbaycan
Təməli qoyulub2009
Tikilib2011
Açılış tarixi6 iyun 2011
SahibiAFFA
Tamaşaçı tutumu6,700
Ev sahibi komandaŞamaxı FK
Meydançanın ölçüləri105x68
Ot örtüyüTəbii

İstinadlar