Dayan Kiton

Dayan Kiton (ing. Diane Keaton; həqiqi adı — Dayan Holl, ing. Diane Hall; 5 yanvar 1946-cı ildə, ABŞ-də Los-Ancelesdə anadan olmuşdur,[1] — ABŞ aktrisası, kinorejissoru və prodüseri.

Dayan Kiton
ing. Diane Keaton
Doğum adıDayan Holl
Doğum tarixi (78 yaş)
Doğum yeriLos-Anceles, ABŞ,
Vətəndaşlığı
Partnyorları
Fəaliyyətiaktrisa, kinorejissor, prodüser
Fəaliyyət illəri1969 — indiyədək
Təhsili
  • Neyborhud Pleyhaus teatr məktəbi[d]
Üzvlüyü
MükafatlarıOskar mükafatı, "Qızıl qlobus" mükafatı, "BAFTA" mükafatı
IMDbID0000473
dianekeaton.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dayan Kiton Oskar kino mükafatını, "Qaydalı və qaydasız mükafat" filmindəki roluna görə "Qızıl qlobus" mükafatını, "Enni Holl" filmindəki ən yaxşı qadın roluna görə "BAFTA" mükafatını almışdır. ABŞ hüdudlarından kənarda Frensis Ford Koppalanın "Xaç atası" (1972, 19741990) film trilogiyasında və Allen Vudinin filmlərindəki rollarına görə tanınmışdır. Dayan Kitonun iştirakı ilə çəkilən filmlər 2,7 milyard dollardan çox gəlir qazandırmışdır.[2].

Tərcümeyi-halı

Dalan Kiton aktrisalıq fəaliyyəti üçün anası Dominis Dunnenin qızlıq soyadını götürmüşdür.[3]. 1969-cu ildə o, "Saçlar" musiqisi ilə ilk dəfə səhnəyə çıxmışdır. Elə həmin dövrlərdə onun Allen Vudi ilə uzun müddət davam edən əməkdaşlığı başlamışdır[4], bu əməkdaşlığın ən pik nöqtəsini "Enni Holl" komediyasındakı baş rola görə aldığı Oskar mükafatı oldu.

Dayan Kitonun Allen Vudi ilə münasibətləri çəkiliş meydançasından kənarda da inkişaf etsə də,[5] onlar ayrıldılar və Dayan Kiton Uorren Bitti ilə yaxınlaşdı. Onlar birlikdə tarixi film olan və Oskar mükafatına təqdim olunan "Qırmızılar" filminin çəkilişində birlikdə işlədilər. Onun yaradıcılıq fəaliyyətində 1996-cı ildə çəkilmiş və baş rolda ifasına görə "Oskar"a təqdim olunan "Marvinin otağı" filmi, 2003-cü ildə çəkilmiş "Qaydalı və qaydasız məhəbbət" filmi, rejissoru olduğu "Tvin Piks" serialı və prodüseri olduğu, 2003-cü ildə "Qızıl palma budağı" mükafatı alan "Fil" filmi əsas yer tutur.

Dünya kino tarixində Dayan Kiton plastik cərrahiyəyə kəskin mənfi münasibətilə tanınmışdır.[6]. 2006-cı ildən o, L'Oreal kosmetik firmasının nümayəndəsidir.»[7].

Şəxsi həyatı

Dayan Kiton heç vaxt ərdə olmamışdır. O, qızı Deksteri (1996-cı ildə anadan olmuşdur) və oğlu Dyuku (2001-ci ildə anadan olmuşdur) övladlığa götürmüşdür.[8][9].

Məlumatlara görə Dayan Kiton 2011-ci ildə dəri xərçənginə tutulsa da, ona qalib gəlməyi bacarmışdır.[10].

Filmoqrafiya

Filmin çəkilmə iliFilmin adıFilmin orijinal adıFəaliyyəti-rolu
1970Sevgililər və digər yabançılaring. Lovers and Other StrangersJoan Vecchio
1972Xaç atasıing. The GodfatherKey Adams
1973Yatan adaming. SleeperLuna Şlosser
1974Xaç atası 2ing. The Godfather Part IIKey Adams
1975Eşq və ölüming. Love and DeathSonya
1977Mister Qudbarın axtarışındaing. Looking For Mr.GoodbarTereza Dann
1977Enni Holling. Annie HallEnni Holl
1978İnteryerləring. InteriorsRenata
1979Manhettening. ManhattanMeri Uilki
1981Qırmızılaring. RedsLuiza Brayant
1984Xanım Soffeling. Mrs. SoffelKeyt Soffel
1984Balaca təbilçi qızing. The Little Drummer GirlÇarli, aktrisa
1987Radio dövrüing. Radio DaysYeni il şənliyində müğənni
1987Körpə ətrafında hay-küying. Baby BoomJ.C.Viatt
1990Xaç atası 3ing. The Godfather: Part IIIKey Adams
1991Gəlin atasıing. Father of the BrideNina Beks

Xarici keçid

İstinadlar