Denilson

Braziliyalı futbolçu

Denilson de Oliveyra Araujo (port. Denílson de Oliveira Araújo;24 avqust 1977[1][2], Diadema[d], San-Paulu ştatı) — Braziliyalı keçmiş peşəkar futbolçu. Yarımmüdafiəçi kimi çıxış edib. San Paulo, Real Betis, Flamenqo, Bordo, Əl-Nəsr, Dallas, Palmeyras FK, İtumbiara, Hayfon, Kavala klublarının, Braziliya milli futbol komandasının keçmiş oyunçusu.

Denilson
Ümumi məlumatlar
Tam adıDenilson de Oliveyra Araujo
Doğum tarixi24 avqust 1977(1977-08-24)[1][2] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu177 sm
Çəkisi65 kq
Mövqeyicinah yarımmüdafiəçisi[d]
Karyerası
Gənclik karyerası
Braziliya San Paulo
Klub karyerası[* 1]
1994–1998Braziliya San Paulo110 (8)
1998–2005İspaniya Real Betis186 (13)
2000 Braziliya Flamenqo11 (3)
2005–2006Fransa Bordo31 (3)
2006–2007Səudiyyə Ərəbistanı Əl-Nəsr15 (3)
2007–2008ABŞ Dallas8 (1)
2008Braziliya Palmeyras FK27 (3)
2009Braziliya İtumbiara? (?)
2009Vyetnam Hayfon1 (1)
2010Yunanıstan Kavala0 (0)
Milli yığma[* 2]
1996–2003Braziliya Braziliya66 (10)
Təltif və medalları
Dünya çempionatları
GümüşFransa 1998
QızılKoreya/Yaponiya 2002
Konfederasiyalar kubokları
QızılSəudiyyə Ərəbistanı 1997
Amerika kubokları
QızılBoliviya 1997
KONKAKAF Qızıl kubokları
BürüncABŞ 1998

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Denilson de Oliveyra Araujo 1977-ci ildə Braziliyanın San-Paulu şəhərində dünyaya göz açıb.

Sol cinah yarımmüdafiəçisidir. Karyerasına 1995-ci ildə doğulduğu şəhərin eyniadlı klubunda başlayıb. "San-Paulu"nun heyətində 112 matça çıxıb və 6 qola imza atıb. 1998-ci ildə astronomik qiymət- 40 milyon dollar qarşılığında İspaniyanın "Betis" klubuna transfer olub. "Betis"in heyətində 165 oyunda meydana çıxıb və 12 qola imza atıb, lakin "Betis"in heyətində çıxış etdiyi son mövsümdə ağır zədəyə məruz qaldı. Zədədən sonra əvvəlki formasını heç cür bərpa edə bilməyən futbolçu hazırda ABŞ-nin "Dallas" klubunda çıxış edir. "Dallas"ın heyətində bu mövsüm cəmi 8 matça çıxıb və 1 qola imza atıb. Onu da nəzərinizə çatdıraq ki, o, Braziliya yığmasının heyətində 61 matça çıxıb və rəqib qapılarından 9 qol keçirib. Dç-2002-də iştirak edib və bu mundialın qalibi olub.

İstinadlar