Docikko

Docikko (ドジっ娘?)otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan termin ("doci" yapon dilində "kobud səhv" deməkdir). Docikko yapon ranobelərində, animelərindəmanqalarında tip personaj kimi istifadə olunur.[1]

3D pazlı səhvən dağıdan Vikipe-tan.
Əlində gül çələngi daşıyan docikko.

Bu söz "ドジっ子" kimi də yazıla bilər. Belə yazıldıqda sadəcə qadın yox, kişi personajlar üçün də aid edilə bilər.

Ümumi götürüldükdə, bu cür personajlar gözəl, qəşəng, eləcə də şirin və sadəlövh kimi görünürlər, oxucularda onlara qarşı simpatiya yarana bilər. Personaj tez-tez hər gün evməktəb fəaliyyətlərində — ev işlərində, idman yarışlarında, hətta adi gəzintidə də uğursuzluğa uğrayır. Personaj addımbaşı yıxılır, əngəllərdən keçə bilmir. Həmişə etdiyi səhvlərə görə onun qanını qaraltsalar da, personaj həmişə öz yaxşı tərəfini göstərir, hər şeyi alt-üst etdiyinə görə peşmançılıq çəkir.[1] Docikkoların etdiyi hərəkətlərə misal kimi pilləkanlardan sürüşmək, içkini yerə tökmək, müştərilərə xidmət edərkən qab-qacaqları sındırmaq və s. göstərmək olar.[2][3]

Animelərdə, video oyunlardaotaku mədəniyyətinin digər əsərlərində şirin yöndəmsizlik kişi oxucuların "aşiq olması" üçün dizayn olunmuş moe personajlarının atributlarından biri hesab olunur. Buna baxmayaraq, şoco manqalarında əsas müsbət personajlar tez-tez docikkolar olurlar. Məsələn, "Aim for the Ace!" manqasında Hiromi Oka, "Seylor Mun" manqasında Usaqi Tsukino kimi.[1]

Docikko personajlarına olan diqqət "docikko-moe" (ドジっ娘萌え?) adlanır.[4]

Nümunələr

  • Miyuki Takara ("Lucky Star")
  • Astraea ("Heaven's Lost Property")
  • Mikuru Asahina ("Haruhi Suzumiya")
  • Kirin Todo ("The Asterisk War")
  • Usaqi Tsukino ("Seylor Mun")
  • Yasuna Oribe ("Kill Me Baby")
  • Yui Hirasava ("K-On!")
  • Ayumu Kasuqa ("Azumanga Daoih")
  • Şelli ("Akame ga Kill!")

İstinadlar