Elton Con

Elton Con (ing. Sir Elton Hercules John və ya doğum adıyla ing. Reginald Kenneth Dwight; 25 mart 1947[1][2][…]) — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu.

Elton Con
Recinald Kennet Vayt
Ümumi məlumatlar
Doğum adıReginald Kenneth Dwight
LəqəbiElton John
Doğum tarixi25 mart 1947(1947-03-25)[1][2][…] (77 yaş)
Vətəndaşlığı
Uşağı2
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, bəstəkar, kino aktyoru, klaviaturaçı[d], pianoçu, səsyazma sənətçisi[d], SPİD fəalı[d], musiqiçi, söz yazıçısı[d]
Fəaliyyət illəri1962-ci ildən
Janrlarrok, pop-rok, qlam rok, soft-rok[d], R&B
Musiqi alətləripiano
Səs tembritenor
Albom şirkətləriUniversal Records[d], Island Records[d], Geffen Records[d], Mercury Records[d], MCA Records[d], Def Jam Recordings[d]
Təhsili
  • London Universiteti[d]
Mükafatları"Britaniya imperiyası" ordeni komandoru Cəngavər bakalavrı "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri Kennedi Mərkəzinin fəxri mükafatı Companion of Honour
Academy Award for Best Original Song "Qremmi" mükafatı
National Humanities Medal
"Qızıl qlobus" mükafatı "Oskar" mükafatı
eltonjohn.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünyanın ən məşhur musiqiçilərindən biri olan Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxəylə yayılıb. Eltonun Şahzadə Diananın xatirəsinə yenidən yazdığı hit mahnısı "Candle in the Wind" hələ də ABŞ və Britaniya çartları tarixində ən çox satılmış mahnı olaraq qalmağa davam edir. Con bu günə kimi, musiqidəki uğurlarına görə 5 dəfə Qremmi mükafatına, o cümlədən, "Yaşayan Əfsanə" mükafatına layiq görülüb. Kinolar üçün yazdığı mahnılar sayəsində namizəd olduğu üç Oskarın birini qazanıb. Rolling Stone jurnalının 2004-cü ildə hazırladığı siyahıda Elton, musiqidə ən çox iz qoymuş 50 sənətkardan biri seçildi.[3] Geniş xeyriyyə fəaliyyəti olan Conun həm musiqidəki, həm də xeyriyyə sahəsindəki fəaliyyətlərinə görə, 1998-ci ildə Kraliça ikinci Elizabeth ona cəngavərlik titulu verdi. Musiqiçinin adı eyni zamanda həm Şöhrət xiyabanı (Hollivud), həm də Bəstəkarlar xiyabanında əbədiləşdirilib.

Elton Con 1980-ci ildən QİÇS-lə mübarizə kampaniyasına qoşulub. O, 1992-ci ildə QİÇS-lə mübarizə proqramını maliyyələşdirən Elton John AIDS Foundation təşkilatını yaradıb.[4]

2005-ci ildə uzunmüddətli ortağı kanadalı kinorejissor David Furniş ilə sivil münasibətə girdi. Onlar 2014-cü ildə İlgiltərə və Uelsdə eynicinsli nikah qanuni olanda evləndilər.[5][6] Daşıyıcı ana sayəsində uşaq sahibi olmuşdur.[7][8]

İstinadlar

Xarici keçidlər