Emil Edde

Emil Edde (ərəb. إميل أده‎; 5 may 1883[2], Dəməşq27 sentyabr 1949[3][2]) — Livanlı maruni siyasətçi. Livanın baş naziri və prezidenti olmuşdur.

Emil Edde
ərəb. إميل أده‎‎
Livan prezidenti
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriDəməşq, Suriya
Vəfat tarixi (66 yaşında)
Təhsili
  • Müqəddəs İosif Universiteti[d] (–1900)[1]
İxtisasıHüquq
Fəaliyyətisiyasətçi, vəkil
Uşaqları3
Dinixristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

Emil Edde 1883-cü (bəzi mənbələrə görə 1886-cı) ildə Dəməşqdə dünyaya gəlmişdir. Babası və atası Fransa konsulluğunda tərcüməçi işləyirdilər. Orta təhsilini Beyrutdakı yezuitlər məktəbində almış, 1902-1909-cu illərdə Eks-an-Provansda yaşamışdır. Atasının səhhəti ilə əlaqədar Beyruta qayıtmalı olmuş və orada vəkil kimi çalışmışdır. 1913-cü ildə Raymon, 1917-ci ildə Andre, 1921-ci ildə Pyer adlı oğulları dünyaya gəlmişdir.

Hərbi xidməti

Birinci Dünya Müharibəsi zamanı Misir cəbhəsində vuruşmuş Emil Edde Fransa ordusunun suriyalı və livanlı könüllülərdən ibarət Şərqi Legionunun (Légion d’Orient) yaradıcılarından biri olmuşdur. Sözügedən legion Livan hərbi qüvvələrinin təməli sayılır.

Baş nazirliyi

11 oktyabr 1929-cu ildə 25 mart 1930-cu ilə qədər Edde Livanın baş naziri vəzifəsində çalışmışdır.

Prezidentliyi

1936-cı ildə Edde Milli blok adlı siyasi partiya yaradaraq ona rəhbərlik etməyə başladı. Elə həmin il Livan prezidenti oldu. 1941-ci ildə Vişi hökumətinin siyasətinə etiraz olaraq istefa etdi.

1943-ci ildə Livanın müstəqillik qazanmasından sonra 11 gün ərzində (11-22 noyabr) yenidən prezident vəzifəsini icra etmişdir.

İstinadlar

Xarici keçidlər